Cücələr və adamlar

Həyətimizdə cücələr böyüyüb. Rəngləri, tükləri və cinsləri tədricən seçilir. Amma bir şey qəribədir.

Aydındır ki, keyfiyyətcə cücələr eynidir. Ağılları, instinktləri və bizim üçün də ətləri eynidir. Kəmiyyət fərqi ola bilər. Biri kök, biri arıq ola bilər. Biri diribaş və daha cəld, digəri isə əksinə ola bilər. Lakin sahibləri üçün onların rəngi böyük əhəmiyyət daşıyır. Çünki qara rəngli toyuqlar daha dadlı olur. Bəzilərinin isə elə gözəl tükləri olur ki, adam qətiyyən kəsmək istəmir.

Ən pisi əlbəttə, ağ tüklü toyuqlardır. Özləri də əsasən toyuq olurlar.

Amma qəribəsi odur ki, bütün ağlar və xoşagəlməz rənglilər davakar, dənləməkdə heç kimə aman verməyən, hamını qovan olurlar. Təəccüblüdür, deyilmi?

Həyətimizdə biri var, çox gözəldir. Turaca, çöl toyuğuna oxşayır. Özü də böyükdür. Di gəl ki, hamısı onu döyür. Dalaşmağa başlayan kimi dərhal məğlub olub qaçır və ya təslim olur.

Sən demə, zahiri əlamətlərə görə olsa da, «yaxşını» hamı döyür. «Yaxşı» fağır olur, davakar olmur. Pislər isə toyuqlar aləmində də əlbir, yekdil olur, yaxşıları təqib edir, yemək zamanı qovurlar.

Eynilə insanlararası münasibətlər kimi.

«İstedadsızın», «qabiliyyətsizin», «dərrakəsizin» dili uzun olur, davakar və naxal olurlar. Hər şeyi cəld qavrayır, kobud olub qabağa düşürlər. Necə ki, cəmiyyətimizdəki deputatlar, nazirlər və varlılar kimi.

Allah da belələrini sevir və onları sağlam və məhsuldar edir.

 

 

 

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: