Alverçilik

İnsan beyni müəyyən peşə ilə doğulur. Lakin yenicə dördayaqlı olduğu dövrlərdən başlayan bu formalaşma 10 milyon illərlə əvvəllər məməlilər fəsiləsinə aid olub və daha ümumi xarakter daşımışdır. Yəni 200-250 milyon il əvvəllər məməlilər beyni eyni idi. Biz bu barədə ikinci yazımızda bəhs edəcəyik. Bu, beynin ən qədim qatıdır. Bu yazıda isə insanların əsasən alverçilik peşəsi beyni ilə formalaşdığını sübut etməyə çalışacağıq. Əslində burada sübuta ehtiyac da yoxdur. Hər şey göz qabağındadır. Lakin cüzi bir fərqlə.

Ətrafa baxın, hamı alverlə məşğuldur. Bütün sahələrdə. Respublikamızda 5 milyon avtomobil var. Deməli, təxminən 2 milyon yarım şəxs nağd alverçidir. Çünki bu «Mersedes»lər və «Cip»lər yalnız alverlə alınır.

Dəqiq hesablanarsa, xalqımızın 90 faizdən çoxu alverçi beyni ilə doğulur. Hətta məsələn, güclü filologiya professoru da öz sahəsində beynəlxalq miqyasda alverlə məşğuldur. O, öz elminin yüksəkliklərini fəth etməklə deyil, müəyyən məbləğ və ya qazanc hesabına alverlə, kimisə tərifləmək və monoqrafiyalaşdırmaqla məşğuldur. Və ya məsələn, şair Nəbi Xəzri istedadsız, amma məşhur rus şairi Prokofyevi tərcümə edib çap etdirirdi ki, o da Rusiyada Nəbinin şeir kitabçasını tərcümə edib və ya çap etdirsin.

Bəli, yerdə qalır alverlə məşğul olmayan bir neçə faizimiz. Lakin onlar, məsələn, hər hansı bir prokuror ona görə bilavasitə alverlə məşğul olmur ki, daha asan qazanc növü tapıb. Deməli, həmin bir neçə faizin də müəyyən, əslində böyük hissəsi alverçi beyni sahibidir.

Bəs beyni alveri bacarmayıb, daha yüksək prinsiplər üçün doğulanlar? Bəli, belələri var. Hərçənd ki, hədsiz dərəcədə çox azdır, amma var. Aydındır ki, kütləvi olmadıqlarına görə belələri dəstədən geri qalır. Çox halda çətin yaşayırlar.

Bizdə belələri olsa, bəlkə də bir və ya bir neçə min nüsxədir. Lakin başqa ölkələrdə və başqa xalqlarda nisbət bizdə olduğundan fərqlənir.

Biz güneyli-qüzeyli və ya osmanlı türkləri əsasən alverçi beyinliyik. Elə bir çox Asiya xalqları da.

Amma qonşularımız bizdən fərqlənirlər. Yəni Yaponiyadan qabaqda olub, bizdən isə geri qalırlar.

Biz isə alver üçün imkan olmayan şəraitdə belə, (məsələn, sovet dövründə) fürsət tapıb yenə öz qədim peşəmizlə məşğul olurduq. Ermənilər və gürcülər isə əksinə, yox. Ona görə onların elm sahəsində 200, 100 akademikləri vardı, bizim isə bircəsi də yoxdu.

Bu, geniş və hələ toxunulmayan mövzudur. Biz yalnız onun ümumi cizgilərini cızdıq.

Qayıdaq insan beyninin, yəni xarakterinin formalaşdığı daha qədim dövrlərə. Əlbəttə, o dövrlərdə hələ nə insan, nə də ayrı-ayrı heyvanlar vardı. Ümumi, dördayaqlı və quyruqlu məməlilər mövcud idi. Yalnız çox-çox sonralar bu məməlilər – atlar, donuzlar, itlər və başqalarının əcdadları yavaş-yavaş yeni növ kimi formalaşdılar.

Əlbəttə, hər şeyə qadir Təkamülün hökmü ilə. Bu növlər müəyyən landşaftda, arealda yaşayıb, sonralar indiki vətənlərini tapdılar. Lakin bizim bu çox ulu əcdadlarımız olan ümumi heyvan babalarımız yenicə əmələ gəlib formalaşan beyinləri ilə yenə başqalarından fərqləndilər. Yəni bizim ulu, qədimdən qədim əcdadlarımız insan formasına keçid mərhələsində əvvəlki formada olan beyinlərini dəyişmədilər. Orqanizm dəyişdi, beyin isə yox.

Bu Təkamülün zarafatı idimi? Yaxud, səhvi və ya təcrübəsi idimi? Müəyyən etmək çətindir.

Lakin fakt faktlığında qalır, xalq xalqlığında, beyin də beyinliyində. Nəticədə başqalarından fərqli olaraq bizdə bu gün eşşək beyinlilər, qaban beyinlilər, ayı və ya canavar beyinlilər başqa millətlərdə olduğundan qat-qat çoxdur.

Biz nə istəyirik, nəyə can atırıq?  Heç nəyə. Yəni arvad almağa, özünəbənzərlər çıxarmağa və bir də yeyib-içməyə, vəssalam

 

 

 

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: