Prezident seçkiləri və bizim Zülfüqar

Ay Allah, bu necə insanlardır! Hamısı elə bil robotdur, eyni sözü təkrar edirlər. Zülfüqar aydındır, o da gördüyünə yox, qulaqlarına inananlardandır. Qardaşım Əbülhəsən bəy isə realist bir siyasətçi və böyük intellekt sahibidir və çox güman ki, onun Zülfüqara verdiyi müsahibənin məğzində tamam başqa bir istək dayanıb. Doğrudur, o da qarşıdakı prezident seçkilərindən və namizədlərdən danışır, amma görünür, elə-belə.

Zülfüqara gəldikdə isə, ay həmkarım, iş yoldaşım, diribaş və hazırcavab jurnalist dostum, axı sən necə belə ciddi-cəhdlə, belə «seryoznı» qarşıdakı prezident seçkilərindən və namizədlərdən danışırsan?

A kişilər, axı Rafiq Əliyev və ya Rüstəm İbrahimbəyov deyil, axı lap Allahın özü də namizədliyini irəli sürərsə, Məzahir müəllim, kimi aydındır, qeyrilərini isə seçkilərə buraxıb-buraxmamağı və ya hansı faizlə iştirak etməyi məgər pozulmaz və dəyişməz bir ənənə əsasında elan etməyəcəkmi?

Əgər bunu bilirsənsə, bəs niyə bu boyda kişinin vaxtını alırsan? Yox, əgər bilmirsənsə, bağışla məni,  bilmirəm səni necə adlandırım ki, xətrinə dəyməsin. Çünki bir yerdə işləyir, bəzən çörək yeyir və çay da içirik. Axı sən özün də bu mərasimin qurbanı olmusan və neçə il qabaq parlamentə namizədliyini irəli sürüb, gülməli nəticəsini görmüsən.

Ya bəlkə, elə-belə, söz tapmayıb qəzet səhifəsini doldurmaq üçün trafaret suallar verməkdən bezikmirsən?

Uzunçuluq olsa da, 10-15 il qabaq baş vermiş əhvalatı xatırlatmaq istədim. O vaxt parlament seçkiləri ərəfəsində dostlarımdan Kamran adlı birisini çox qayğılı və gərgin görüb soruşdum:

— Kamran, nə olub?

— Daha demə, Əlisa müəllim, başımı qaşımağa vaxtım yoxdur.

— Axı nə olub?

— Deputatlığa namizədliyimi irəli sürmək üçün imza toplamaqla məşğulam.

Mən heyrətlə: – Nə? İşə bax ha, deməli, hörmətli cənab öndər rəhmətə gedib?

Kamran duruxub dedi: – Yox, niyə ki?

— Bəs onda əzizim, sən necə deputat olmaq istəyirsən?

Doğrudan da, bir müddət sonra Kamranın bu səyləri, bu əziyyətləri tamam heçə getdi. Nəinki deputat ola bilmədi, heç namizədliyini də hörmətli Məzahir müəllim qəbul eləmədi.

Zülfüqar üçün elə bil Azərbaycan prezident seçkilərinə hazırlaşan Fransa respublikasıdır ki, ən əsas işdən – seçkilərdən, Seçki Komissiyasından, onun sədrindən heç yerdə danışılmır və bu barədə söhbət də getmir. Çünki heç kimin bircə namizədin də bircə səsini də pozmağa və ya saxtalaşdırmağa hünəri çatmaz.

Doğrusu, onun bu müsahibəsini oxuyub yəqin ki, Məzahir Pənahov cənabları və başqaları qarınlarını tutub xeyli güləcəklər. Çünki gülməli olan hadisəyə gülməmək mümkün deyil.

 

 

 

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: