Mir Cəfər Bağırovun siyasi dühası

II yazı

Xruşşov tərəfindən 1954-cü ildə hakimiyyətdən kənarlaşdırılıb, sonra həbs edilən şanlı Mir Cəfər Bağırovun əleyhinə ən fəal çıxış edənlərdən biri sizcə, kim olsa yaxşıdır? Əlbəttə, ordenli şair Səməd Vurğun.

O, yığıncaq və qurultaylarda deyirdi ki, bəs Mir Cəfər Bağırov onun və ziyalıların mənəviyyatını pozurdu.

Gör bu sözləri kim deyir. O kəs deyirdi ki, gecə-gündüz

                    Bəşərin vicdanı, eşqi, ürəyi,

                    Zehni, düşüncəsi, fikri, diləyi.

                    Bütün yer üzünün xoş gələcəyi,

                    Hər zövqü-səfası partiyamızdır.

yazırdı.

Əgər beləydisə, Kommunist Partiyası Səməd Vurğun üçün bəşərin vicdanı idisə, bəs onda bu partiyanın Azərbaycandakı rəmzi və lideri olan Mir Cəfər Bağırov necə xalqın mənəviyyatını poza bilərdi? Bağırov haqqında bu sözləri o kəs deyirdi ki, hər yerdə iftixarla təkrar etməkdən yorulmurdu:

                  Bəli, bakılıyam, öz şöhrətim var,

                  Mənim babam olmuş 26-lar.

Mənəviyyatlı Səməd Vurğun təkcə bununla kifayətlənməyib Azərbaycan xalqının bu 26 cəlladına ayrıca poema da həsr edib, cəlladbaşı Stepan Şaumyanı göylərə qaldırmışdı. Və bu halda mənəviyyatdan da danışmağa üzü gəlirdi.

Bu adam məddah şair ola-ola, ona «Vaqif» pyesi  (Qacar obrazına görə adam onun yerinə utanır) və çox şit «Fərhad və Şirin» pyesi üçün iki dəfə «Stalin» mükafatı verdirən kim idi? Əlbəttə, Mir Cəfər Bağırov. Çünki onun rəyi olmayanda heç bir mükafat verilmirdi.

Bu hələ harasıdır. Onu dalbadal SSRİ Ali Sovetinin deputatı kim etmişdi? Mir Cəfər Bağırovun razılığı olmadan deputat olmaq mümkündümü?

Və nəhayət, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yaradılarkən Səməd Vurğunu kim akademik seçdirmişdi? Mir Cəfər Bağırovun göstərişi olmadan kim akademik ola bilərdi?

Bəli, insan çiy süd əmib. İnsana nə qədər yaxşılıq edirsən-elə, ayağın bir balaca büdrəyən kimi, birinci o, sənin üstünə çıxıb ayaqlayacaq.

Bu cür bəsit beyinlilər Mir Cəfər Bağırovu ittiham edirlər ki, bəs o, iclaslarda rus dilində danışırdı. Ay beyinsiz eşşəklər, əvəzində Bakıda indiki kimi bir neçə rusdilli orta məktəb deyil, cəmi bir məktəb vardı.

Əvəzində indi olduğu kimi bütün universitetlərdə və hətta Bakı Dövlət Universitetində rusdilli şöbələr, fakültələr yox idi.

Hələ bu harasıdır?  Rossininin dünya şöhrətli «Sevilya bərbəri» operası Azərbaycan dilində tamaşaya qoyulmuşdu və bu, bütün opera tariximizdə yeganə bir hadisədir.

Hələ bu harasıdır? Dunayevskinin misilsiz «Kalina kolluğu çiçək açır» mahnı-romansı Azərbaycan radiosunda Azərbaycan dilində ifa olunurdu. İfaçı isə rus qadın müğənnisi idi ki, mahnını misilsiz bir gözəlliklə, təmiz Azərbaycan ləhcəsində oxuyurdu.

Mir Cəfər Bağırov iclaslarda bəzən bilərəkdən rusca danışmasaydı, onda yuxarıdakı hadisələrə görə onu çoxdan millətçilikdə ittiham edib güllələyərdilər, cənab eşşəklər.

Mir Cəfər dahi bir insan və siyasətçi kimi rusca danışıb, ona qarşı hər cür ittihamçıların ağzını yumurdu. Və hər yerdə keçmiş müsavatçıların, bəy və xanların qabiliyyətli oğul və nəvələrini müdafiə edir, vəzifələrə qoyurdu.

Hələ o dövrdə, rus-sovet şovinizminin hökm sürdüyü illərdə Azərbaycan dilinin inkişafı, tədqiqi və yayılması haqqında güclü elmi məktəb yaranmış, elmi işlər, dissertasiyalar, tədqiqatlar yazılır, qüdrətli türkoloqlar yetişir və Azərbaycan dünya türkologiya elminin mərkəzinə çevrilirdi. Belə olduqda Bağırovun rus dilində danışması qüdrətli bir siyasi-taktiki gediş deyil, bəs nə idi, cənab dılğırlar, məddahlar?

Səməd Vurğun deyirdi ki, o, «Zamanın bayraqdarı» poemasında Kommunist Partiyasını əsərin qəhrəmanı etdiyinə görə Bağırovun qınağına rast gəlmişdir. Mir Cəfər əsəri bəyənmirdi.

Pah atonnan, görəsən Mir Cəfər haqqında bu qədər böyük tərif mümkünmü? Kimdə bu qədər böyük mərdlik və cəsarət ola bilərdi?

Bağırov dövründə Azərbaycan Elmlər Akademiyasının elmi əsərlərinin çoxu indi olduğu kimi rus dilində yazılıb çap olunmurdu. Çünki hamı bilirdi ki, Bağırov yoldaşın bundan xoşu gəlmir. Bəs indi, Azərbaycanın müstəqil dövlət olduğu halda necədir?

Mir Cəfər Bağırov dövründə Azərbaycan xanlıqlarının birləşdirilməsi və ümumiyyətlə, Azərbaycanda vahid milli dövlət yaradılması haqqında film çəkilmişdi. Bağırovdan sonra isə Azərbaycanın parçalanıb, Rusiya ilə birləşdirilməsi hadisəsi bayram kimi qeyd olundu.

Mir Cəfər Bağırov dövründə Ermənistan və Rusiyada bircə dənə də antitürk, antiAzərbaycan əsəri yazıla bilməzdi və yazılmamışdı da. Heç bir erməni akademiki və yazıçısı buna cəsarət etmirdi. Bütün antiAzərbaycan əsərləri, bütün torpaq iddiaları Mir Cəfər Bağırovdan sonrakı dövrdə yazılıb çap olundu.

Çox qəribədir ki, sovet rejiminin və cinayətkar Kommunist Partiyası və onun yaradıcılarının tərənnümçüsü və məddahı olan Səməd Vurğuna heykəl qoyulub, Mir Cəfər Bağırovun isə heç bir abidəsi yoxdur. Əgər sovetlərə və kommunist rejiminə xidmət belə şərəflidirsə, onda ilk növbədə Mir Cəfərə qoyulmalıdır. Elə deyilmi? Çünki respublikanın rəhbəri o, idi, Səməd Vurğun yox.

İkincisi, zəhmətkeş və inadkar tədqiqatçı Teyyub Qurbanın kitabında Səməd Vurğunun Mir Cəfər Bağırova həsr olunmuş poemasından parçalar verilib. Əgər Bağırov mənəviyyatı pozurdusa, onda Səməd Vurğun müəllim necə ona poema həsr edirdi?

İnsanın, xüsusilə çoxdan formalaşmış bir adamın mənəviyyatını heç nə ilə pozmaq olmaz. Pozğunluq anadangəlmə olur. Çünki bu da bir növ istedaddır, özü də çox faydalı istedad. Əbəs deyilmi bu gün ziyalılarımızın 90 faizi bu cür istedad sahibləridir.

 

 

 

Реклама
Categories: Tarixin qürubu | 1 комментарий

Навигация по записям

One thought on “Mir Cəfər Bağırovun siyasi dühası

  1. Azəryar Vaqif

    Səməd Vurğunun şəxsiyyətsizliyi Mir Cəfər Bağırovun böyüklüyünə necə dəlalət edə bilər? Yəni S. Vurğunun misalında M.C Bağırovun müsbət yox, məhz mənfur cəhətləri üzə çıxır. Tək onu yox, neçə-neçə qul düşüncəli simasız adamları himayə edirdi Bağırov. Himayə edirdi, istifadə edirdi axırda da öz qurduğu sistemin qurbanı oldu, o biri partiya liderləri kimi.

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: