Varlılar və yoxsullar

«Bütün xoşbəxt ailələr bir-birinə bənzəyirlər, bədbəxt ailələr isə hərəsi bir cür bədbəxtdir».

Lev Nikolayeviç Tolstoy «Anna Karenina» romanını bu sözlərlə başlayır. Avropa və içində Rusiya da olmaqla bizim də daxil olduğumuz Yaxın və Orta Şərq ölkələrində xoşbəxt və bədbəxt ailələrin nisbəti fərqlidir.

Ailə xoşbəxtliyi nədir? Butilitar düşüncə mənasında sağlamlıq və firavanlıq. Bədbəxt ailənin göstəricisi isə xəstəlik və ehtiyac sayıla bilər.

Bu kontrast Avropa ölkələrində 30-70 və ya 40-60 götürülə bilərsə, yəni xoşbəxt ailələr 30, bədbəxtlər 70 sayıla bilərsə, Yaponiya, Cənubi Koreya və Uzaq Şərqin bir neçə ölkəsi istisna olmaqla, Şərqdə isə təxminən xoşbəxt ailələr 10, bədbəxt ailələr isə 90 və ya 20-80 nisbətindədir. Afrikadan isə danışmağa dəyməz. Çünki bu qitədə on milyonlarla ac ailələr var.

Bəs bu, necə olub və niyə belədir? Bunun dərin bioloji, siyasi, sosioloji, psixoloji və nəhayət, iqtisadi səbəbləri var.

Həyatda iradəlilər, mühitə sürətlə uyğunlaşanlar, hiyləgər və kobudlar və nəhayət, bayağılar və hətta kütbeyinlər əsasən güclü olub, özlərinə və ailələrinə firavanlıq təmin edə bilirlər.

Bu, çoxdan sübut olunmuş faktdır. Və hətta Nitşe bu həqiqəti «Anti Darvin» adı altında çox parlaq bir esse ilə ifadə etmişdir.

Burası aydındır. Yaxşı, bir halda ki, hər yerdə əhalinin 90 faizi qeyd etdiyimiz kimi iradəli, kobud, sırtıq, acqurddursa, bəs niyə hamı belə deyil? Axı doğrudan da, ətrafa baxanda 10 nəfərdən olmasa da, 100 nəfərdən birinin bu keyfiyyətlərdən məhrum olduğunu görürük. Yəni iradəli, qətiyyətli, kobud, sırtıq, tamahkar, hiyləgər deyillər.

Mən çoxlarına oxşayan birisini tanıyırdım ki, iradəli və qətiyyətli olduğuna görə xeyli pul toplamışdı. Amma hiyləgər və müəyyən dərəcədə kifayət qədər ağıl sahibi olmadığına görə axırda hamısını itirib acı günlər yaşadı.

Belələri də var. Lakin mən onlardan bəhs etmək istəmirəm.

Mən xalqın cəmi 1-2 faizini təşkil edən və kobud, yırtıcı hisslərdən məhrum olan ədalətli, ağıllı, namuslu və prinsipial şəxslərdən danışmaq istəyirəm ki, onların ailələrində çox nadir hallarda firavanlıq və xoşbəxtlik olur. Əsasən hamısında, bütün bu cür adamların ailələrində xəstəlik adi haldır. Bəs bu, hardan gəlir? Firavan ailədə xəstəliklər yoxdur, olmur, ehtiyac içində yaşayanlarda isə bu, adi haldır. Bunu tamamilə pis qidalanmağın ayağına yazmaq olmaz. Kasıb yeməklərlə də sağlam qalmaq olar. Bəs əsas səbəb nədir? Bəxtin gətirməməsimi? Axı bunun da səbəbləri var.

Bəli, bu çox maraqlı məsələdir. Çoxlu fiziki iş görmək, ucuz qəndlə çay içmək, çoxlu duzlu və istiotlu yeməklər və nəhayət, içki və siqaret.

Amma xəstəlikləri bunların da ayağına yazmaq olmaz. Doğrudur, yoxsul ailələrdə bu səbəblərdən xəstəliklər çox baş verir. Amma hər yerdə yox.

Qəribədir ki, varlı ailələrdə siqaretdən soska kimi istifadə edib, əndazəsiz içki hərisi olanlar olur, amma çox az. Yoxsul ailələrin əksəriyyəti üçünsə bunlar adi və hətta mütləq bir şeydir.

Bununla belə, yoxsulların hərəsinin bir cür bədbəxtliyinin ən əsas səbəbi başqadır. Məsələ ondadır ki, Təbiətin özü belələrini sevmir.

Burada həmin bir neçə faizin hətta bir faizini təşkil edən mühitə uyğunlaşmayanlar, bunu özünə sığışdırmayanlar, yüksək mənəviyyatlılar və zəkalılar da çox vaxt bu acı qismətə düçar olurlar və onları görəndə necə fəryad etməyəsən.

Lakin fəryad faydasızdır.

Təbiət mənəviyyat bilmir. Bəs bu mənəviyyatla doğulmaq hardan gəlir?

Bu cür adamlar Təbiətin standartdan kənara çıxan, ona uyğun gəlməyən bir növ «brak» nüsxələrdir ki, yaş ola-ola, qurunun oduna yanırlar.

 

 

 

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: