Hiyləgərlik şedevri

Rusiya prezidenti Putini dünya tarixində ən hiyləgər və ən riyakar dövlət başçılarından biri kimi təbrik etmək olar. Artıq o, bunu dönə-dönə sübut edib, hətta Stalini də bu sahədə kölgədə qoymuşdur.

Lakin budur, bu dahi hiyləgər və riyakar despot bu günlərdə bu sahədə yeni bir ustalıq nümayiş etdirdi. O, Dumaya təqdim olunan qanun layihəsində böhtana görə cərimə və hətta həbs cəzası tətbiq olunmasını tələb edir. Aydındır ki, bu, mətbuat və internetdə hər cür fikir azadlığını pozmaq və hər cür tənqidi boğmaq niyyətinə yönəlib.

Müzakirələr başlayanda Putin bəyanat verib böhtana görə həbs cəzasının əleyhinə olduğunu bildirdi. Guya, o, fikir azadlığının tərəfdarıdır və humanist bir dövlət başçısıdır. Qanun layihəsi müzakirə olunub səsə qoyularaq, Duma tərəfindən cinayət işi qaldırılması maddəsi təsdiq olundu. Guya, Putinin təklifi rədd edildi.

Pah atonnan, hiyləgərliyin dərəcəsinə bax. Görün bu adam bir oxla neçə hədəfi vurur. O, qanunun Duma tərəfindən qəbul olunmasını və özünün təklifinin rədd edilməsini parlamentin onun iradəsindən asılı olmayaraq müstəqil bir qurum olduğunu nümayiş etdirir. Guya, baxın, görürsünüz də, mən təklif edirəm, amma Duma qəbul etmir, neyləmək olar, hüquqi dövlətdir.

Və eyni zamanda özünün təklif etdiyi ən mürtəce qanun layihəsini parlamentə qəbul etdirir.

Bəli, Rusiyada 1990-cı ildən bu yana hökm sürən mətbuat və xüsusilə, televiziya azadlıqlarına son qoyulur. Artıq təkcə NTV kanalının bütün demokratik proqram və layihələri, o cümlədən, bazar günləri və bazar ertəsi axşamı nümayiş etdirilən «NTV-şniki» və «Çestnıy ponedelnik» proqramları ləğv edilib.

Bəli, Rusiyada yeni stalinizm təntənə ilə həyata keçir. Bizim «uzaqgörən» analitikimiz və «ekspertimiz» Ənvər Börüsoy isə 1 il qabaq Rusiyada Putin epoxasının başa çatdığını elan etmişdi. Doğrudan da, kişinin proqnoz vermək kəlləsinə heyran qalırsan. Çünki olsa-olsa, Putin hələ cəmi 12 il Rusiyada təkbaşına diktatorluq edəcəkdir.

 

 

 

Реклама
Categories: Köşələr | 1 комментарий

Навигация по записям

One thought on “Hiyləgərlik şedevri

  1. RESHAD ADSIZ

    Anarxizmlə despotizm əxlaqsızlığın iki üzüdür…

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: