Paxıllıq

İnsan, xüsusilə əgər o, az-çox qələm sahibidirsə, ən dərin ehtirası heç şübhəsiz ki, paxıllıqdır. Elə-belə insanlara gəldikdə isə, onların daxilində ümumiyyətlə, paxıllıqdan başqa heç nə yoxdur.

Nə qədər böyük kişilik, mərdlik və alicənablıq lazımdır ki, Anar Həsənli olub deyəsən: «Əlisa müəllimin elmi – bizlik deyil».

Uzun illərdən bəri 3 dostum qalmışdı. Biri 30 ililk, biri 15-16 illik, üçüncüsü də 6-7 ilik. Budur, hər üçü qırılıb qaldı.

Ona görə dünyada ən etibarlı, sədaqətli dost – düşməndir. Belələri elə ilk gündən səni həzm edə bilməyib açıq düşmənə çevrilir və sənə nəinki tükənməz mövzu, həm də uzun ömür bağışlayırlar. Çünki sən həm də onlara baxıb, onların nifrətini görüb dözüm yığırsan və özünü təhlükələrdən qoruyub yaşayırsan.

Dostlar isə.

Ey, Kafka, sən necə dahilər dahisisən ki, bu cür qüdrətli və qorxunc insan ehtirasını görməmisən? Bəlkə də görmüsən, mən tapa bilməmişəm.

Lakin böyük Nitşe onu da görüb. O, yazır: «Əsl dost nəinki sənin uğursuzluqlarını, hətta uğurları da sənə bağışlaya biləndir».

Lakin, əziz Messir, əgər bu dostun özü də az-çox qələm sahibidirsə, sənin uğurlarını sənə bağışlaya bilərmi? Yox, əsla bu mümkün deyil. Belə bir dost ola bilməz. Beləsi yoxdur və hələ dünyaya gəlməyib.

Budur, Lənkəranda hələ də sağ olan 35 illik yeganə dost. Uzun illər dözdü və hisslərini gizlətdi. Çünki ailəmizin həyatı çətin keçirdi. Bu da ona ləzzət verirdi və bununla təsəlli tapırdı.

Amma budur, o da qocalır və bizim artıq az-çox firavan həyatımızı və nəhayət, külliyyatın çapını görüb səssizcə maskasını qoparıb atdı.

İnsan yalnız mənfi mənada qəliz və mürəkkəbdir. Müsbət mənada isə hamısı bəsit, boş və sadədir.

O biri iki dost da eləcə, dözməyib yoruldular. Daim rolda olmaq, rol oynamaq çətin və əzablıdır.

Yalnız və yalnız çox gənc olub qoca müəlliminə ürəkdən bağlı olmaq, ona sadiq qalmaq mümkündür. Tariyel, Seymur və ya Dilqəm kimi.

Platon, Sokrata olduğu kimi. Aristotel isə yaşca Platona yaxın olduğu üçün onun böyüklüyünə dözə bilmədi.

Bir də, yalnız qələm sahibi olmayan qələm əhlinə dost ola bilər. Çətin olsa da. Çünki həzm etmək olmur, boğazda qalır, insanı boğur.

Addımbaşı söhbətlərdə qüdrətini, səndən qat-qat üstünlüyünü və dərinliyini görüb bütün bunları həzm etmək çətindir. Adam ya dəli, ya da infarkt ola bilər. Ona görə fürsət ələ düşən kimi qaçıb uzaqlaşırlar və düz də edirlər. Ən yaxşı yol budur. Hərçənd ki, içində mina, napalm gəzdirirsən ki, adı paxıllıqdır.

Özünü professor kimi içiboş insanlara həsr edib, təsəlli axtarırsan. Lakin bu, içindəki bombanı zərərsizləşdirə bilmir və sən daim cəhənnəmi içində gəzdirirsən.

 

 

 

Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: