Pərvanəsiz xalq

Gecəyarısı yuxudan oyanıb qalxdım və həmişəki kimi işığı yandırıb həyatın mahiyyəti haqqında, nəyin ölməz olması, nəyin əbədi olduğu barədə (əlbəttə, həyatın özünün mövcudluğu müddətində) düşünərkən gözəl, zərif bir məxluq – kiçik bir pərvanə hardansa gəlib əvvəlcə qabağıma qondu, sonra lampaya doğru uçub xeyli fırlandıqdan sonra özünü odlu şüşəyə vurub yandı.

Hə, deməli, həyatın mənası budur. Nəyinsə pərvanəsi olursan və onun oduna yanırsan. Əlbəttə, söhbət dəyərli, qiymətli şəxsiyyətlərdən gedir. Üzeyir bəy kimi bəzilərinin bəxti gətirir. Kimsə güclü bir şəxs onları himayə edir.

Çoxları isə canlarından qorxub buqələmun kimi yaşayaraq, hakimiyyət rəmzlərinin ayaqlarını sözlə yalamaqla ad-san qazanıb köçürlər. Amma sonra sənətləri ələkdən keçirilir, əsl qiymətləri üzə çıxır, heykəlləri uçurulur.

Lakin yaxşı da, pis də, dəyərli də, dəyərsiz də eyni bir acı sonluğa məhkumdur.

Bəs belə olduqda həyatı, sənəti nəyə həsr etməli? Nəyə bel bağlamalı? Təsəlli hardadır? Dindəmi? Milli fədakarlıqdamı? Həqiqət uğrunda mübarizədə və ölməkdəmi?

Axı Misirdə, Liviyada, Suriyada hər gün onlarla, yüzlərlə cavan həqiqət və ədalət üçün uf demədən ölümə gediblər və gedirlər.

Eynilə balaca pərvanə kimi.

Yalana qulluq edib ad-san, firavanlıq yaxşıdır və ya bu pərvanə kimi yanıb getmək?

Bizdə pərvanələr yoxdur. Bunun üçün beyinlərdə xüsusi neyronlar olmalıdır ki, bizlərdə və türkdilli xalqlarda (istisnalar olsa da) yoxdur.

Bizim üçün öz ətrafından, öz mənafeyindən yüksəkdə heç nə yoxdur. Və beş-on nəfərdən başqa pərvanə tapa bilməzsən.

Məsləki «Mersedes» avtomobilində olan bütöv bir xalq da mövcud ola bilərmiş… Siz Allah, küçələri dolduran «Cip» və «Mersedes»lərin rulları arxasında oturan o özündənrazı dılğırlar sürüsünün üzlərinə baxın. Adamın tüpürcəyinə də heyfi gəlir.

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: