Lənkəran armudları

İnsanlar kimi xalqlar da bir-birlərinə paxıllıq edirlər. Xüsusən, qonşular və xüsusən də Zaqafqaziyada.

Hər xalqın özünəməxsus ədəbiyyatı, incəsənəti, mətbəxi və nəhayət, meyvə növləri var. Bu meyvələri min il ərzində dədə-babalar hansı bir sirr iləsə yetişdirmişlər. Lakin qəribə olsa da, bəzən həmin meyvələr öz kiçik regionlarını, hətta rayonlarını min illərlə tərk etmir və bəzən heç özgə regionda bitmirlər də. Onlar sırf yerli iqlimə bağlı olub özgə torpağına, özgə suyunua dözmürlər.

Ağaclar insanlar kimi ölümdən qorxmur. Bunun mən dönə-dönə şahidi olmuşam. Nə qədər qulluq etsəm, torpaq töksəm, peyin və gübrə versəm də, bəzi növ ağaclar həyətimizdə bitmir ki bitmir. Bir-iki il qalıb, hətta az-çox meyvə də gətirib, sonra qəfildən quruyurlar.

Əlbəttə, həyətimizin torpağı pis olduğuna görə beş-altı il nə əkdimsə, hamısı yandı. Sonra kiçik quyular qazıb, Şamaxıdan torpaq gətirdərək tökdüm. Nəhayət, ağaclar tutdu.

Lənkəranın təkrarsız meyvə – əsasən də armud ağacları… Ah, ah, bu armudlar necə bənzərsiz, necə dadlı, necə sulu, necə şirəlidirlər.

«Nararmudu, semendarmudu, mələs (talış dilində məleç) armudu, lətənc armudu, daş armud, qara armud, sarı armud və nəhayət, şəlem armudu»…

Bu armudlara yalnız üç rayonun – Lənkəran, Astara və Masallının şəhər və kəndlərində rast gəlmək olar. Onlardan bəziləri, məsələn, daş armud, qara armud yəqin ki, artıq yoxdur. Belə ki, bir zamanlar həmin üç rayonun bütün kəndlərində əvvəlcə dəfnə yarpağı əkmək, keçən əsrin 60-70-ci illərində isə kütləvi şəkildə limon və xüsusilə mandalin əkmək dəb düşdü və sadaladığımız armudlar hər yerdə kütləvi halda qırıldı.

Bir də köhnə ağaclar qocaldı, təzələri isə əkilmədi.

Lakin dediyim iki armuddan başqa qalanları hələ var. Bəzi evlərdə onları calaq edib satırlar.

Bilirsizmi, dad da vərdişdən asılıdır. Dad hissi üçün də zövq lazımdır. Bu isə əksəriyyətdə yoxdur.

Mən Lənkəranda yaşaya bilmədim. Yaşamağa qoymadılar. Bakıda da bəxtimə pis həyət düşüb. Amma yenə o ağaclardan gətirib əkmişəm, böyüyüblər. Nə qədər yaşayacaqlar, özləri bilir. Hər halda, mən meyvələrini dərib yeyəcəyəm.

Budur, eyvanımın lap qabağında ətirli, dadlı, sulu lətənc armudu ucalıb. Gələn il mütləq gətirəcək.

Meyvə növləri millətin qızıl sərvətidir. Onlar insanlardan çox yaşayır. İnsanlara sevinc, sağlamlıq və ləzzət bəxş edirlər. Amma çoxları bunu qanmır və onların qədrini bilmirlər.

Advertisements
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: