Hüseynbala Səlimovun bəsirəti

Mirzə Fətəli Axundov və Əli bəy Hüseynzadə

 «Azadlıq» qəzetində publisist və analitik Hüseynbala Səlimovun «İki böyük kulturoloji mühit» yazısını ləzzətlə oxudum.

Əvvəla qeyd edək ki, bu zəkalı publisistin seçdiyi həyat yolu rejimin nə dərəcədə böyük şəxsiyyətlərə düşmən kəsilməsinin canlı timsalıdır. Əlbəttə, əyilməz və sarsılmaz insanlara.

Hüseynbala Səlimov beş-altı belələrinin ilk sırasındadır. Bu cür adamların ümumiyyətlə, sınmış ziyalılar korpusunda varlığı heyrət doğurur. Doğrudan da polad sınar, əyilməz. Heç bir təsir, heç bir təzyiqə baxmayaraq.

Keçək əsas məsələyə. Mən hələ keçən əsrin 70-ci illərinin sonlarında çap olunan «Gəncəli müdrik» romanında və xüsusilə onun ikinci hissəsində Mirzə Şəfinin həyatının Tiflis dövrünün təsvirində çar imperiyasının Azərbaycanda yeritdiyi anti-İran, antifars  mədəniyyəti konsepsiyasını və onun təbliğatının səbəblərini açmağa çalışmışdım.

Çar hökumətinə lazım idi ki, azərbaycanlılar türk adlansınlar, İran-fars mədəniyyətindən və ədəbiyyatından fərqli olduqlarını hiss və bəyan etsinlər.

Bəs niyə? Bununla onlar yenicə İrandan qopardıqları gözəl məskəni – Azərbaycanı rahat həzm etmək istəyirdilər. Və azərbaycanlılar rus mədəniyyətinə üz tutub, bir də İranla birləşmək xülyasına düşməsinlər. Və İran da ağzını açanda onlara desinlər ki, bəs azərbaycanlılar İran-fars mənşəli deyillər və mədəniyyətləri də tamam sizinkindən fərqlənir.

Hüseynbala Səlimov öz məqaləsində bu açıqlamanı açıb göstərmir, amma çar imperiyasının geo-kulturoloji konsepsiyasını çox dəqiq tutub.

Hüseynbalanın bu kiçik yazısında məni heyrətə salan onun Mirzə Fətəli Axundov yaradıcılığının məhz bu geopolitik siyasətin tərkib hissəsi olması haqqında dahiyanə açıqlaması oldu.

Bəli, çar rejimi məhz buna görə Azərbaycan dahisi Mirzə Fətəliyə bir-birinin dalınca şedevrlər yaratmaq və çap etdirmək imkanı vermişdir.

Əli bəy Hüseynzadə irsinə gəldikdə isə, H.Səlimov çox doğru olaraq onun böyük heç nə yaratmadığını qeyd edir. Və hətta orasını demir ki, sağlam düşüncədən çox-çox uzaq olan bu adamın yaratdıqları da Azərbaycan xalqı üçün tamamilə yad, qondarma bir dildə – fars-türk-azəri dillərinin qarışığından ibarət olan bir qondarma dildə yazılmışdır. Mirzə Fətəli isə Əli bəydən 70-80 il qabaq təmiz Azərbaycan türkcəsində yazıb-yaratmaqla necə parlaq bir zəka sahibi olduğunu sübut etmişdir.

Bəli, Axundov yaradıcılığı H.Səlimovun kəşf etdiyi kimi imperiya geopolitik siyasətinə xidmət edirdi. Lakin Mirzə Fətəli bu fürsətdən istifadə edib həm də öz xalqına, onun mədəniyyətinə xidmət etmişdir. Təkcə xidmət deyil, onun yeni ədəbiyyatının atası olmuşdur.

Mirzə Fətəli çar I Nikolayı aldatmışdı.

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: