Heyrətamiz fakt

Sadəlövhlük və ya idiotizm

Mərhum filosof, hələ sovet rejimi nəhəng sürünənlər və elmin işbazlıq və «raşşot»la idarə olunduğu onilliklərdə başı daşdan-daşa dəyən fəlsəfə elmləri doktoru Ağayar Şükürovun ölümündən bir müddət əvvəl Akademiyada yeni həqiqi və müxbir üzvlüyə keçirilən seçkilərdə öz namizədliyini irəli sürüb, nəticəsini gözləyərək koridorda gəzə-gəzə – seçiləcəyəm, mütləq seçiləcəyəm, məndən başqa heç kimin burada iyirmi altı monoqrafiyası çap olunmayıb. Hamısıyla dost olduğum Rəyasət Heyəti üzvləri məni qoyub başqa kimi seçəcəklər?  – deyə hey öz-özünə danışırmış.

Elm nəhənglərinin yalnız «peşka» olduğu, ölkədəki bütün siyasi, ictimai, elmi, iqtisadi və inzibati məsələlərin yuxarılarda, Partiya Mərkəzi Komitəsinin rəhbərliyi və rəhbəri tərəfindən həll olunduğu bir sistemin içində ola-ola Ağayarın bu cür düşünməsi onun nə qədər, yumşaq desək, bəsit və sadəlövh bir insan olmasından xəbər vermirdimi?

Çox pis, sıravi həkim, amma siyasi labirintlər ustası olub Respublika Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin olunaraq, on il bu vəzifədə işləyən Vəli Axundovun kreslosunu tərk edərkən özünü Az.EA-nın həqiqi üzvü seçdirib, hətta vitse-prezident təyin etməsi məgər Ağayar Şükürovun gözlərinin qabağında baş verməmişdimi?

Bütün bunları görə-görə, bütün bunların içində ola-ola elmi xidmətlərinə görə mütləq akademik seçiləcəyinə inanmaq…

Bu necə olur? Necə olur ki, on illərlə parlament və prezident seçkilərinin nəticələrinin hər dəfə total saxtalaşdırılmasının özü də dönə-dönə, təkrar-təkrar şahidi ola-ola Azərbaycanın bütün müxalifət partiyalarının liderləri və onların ətrafındakı danabaşlar sürüsü növbəti seçkilər yaxınlaşanda həyəcana gəlib bu dəfə mütləq seçiləcəklərinə inanmaları idiotizm deyil, bəs nədir?

Necə olur ki, mərhum Cəfər Vəliyevin hələ 90-cı illərin əvvəllərində keçirilən prezident seçkiləri zamanı – biz hər gün cənab prezidentlə zəngləşib hər şeydə məsləhətləşirik, – deməsi, ölkədə keçirilən bütün seçkilərin mahiyyətini açıqlaması bu qədər partiya liderlərinə heç nə demir ki, demir.

Bəli, elmindən, savadından, siyasi təcrübəsindən, siyasi cibgirliyindən və mahirliyindən asılı olmayaraq bu respublikada kiçik də olsa, siyasi və elmi ambisiyası olan bütün şəxslərin beyni eyni cür Don Kixot beyni olub günün ən elementar reallıqlarından xəbərsizdir. Bu reallıqların içində ola-ola, başları ələt daşına dönə-dönə dəyə-dəyə bütün partiya liderləri növbəti seçkilər yaxınlaşanda erkək marallar kimi həyəcana gəlib kişnəməyə başlayırlar.

Məndən incisələr də deməliyəm ki, bu, yalnız beyin defektinin nəticəsi ola bilər.

Beynin hökmü dəhşətdir. Xüsusilə, əgər bu beyində dərketmə mexanizmi irsi olaraq işləmirsə.

Advertisements
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: