Cavabsız suallar

Özü demokrat ola-ola, Yeltsin Rusiyada hakimiyyəti azadlıq və ədalətin düşməni olan qəddar və məkrli Putinə niyə verdi?

Dünyada çox şeyi başa düşmək olmur. Məsələn, ondan başlayaq ki, ümumiyyətlə, kainat, dünya niyə yaranıb? Məqsəd nədir? Və bütün bu saysız planet, ulduz və qalaktikaların nə mənası var? Belə çıxır ki, heç bir mənası yoxdur və həyat deyilən qeyri-adi varlıq növü tamamilə təsadüfi və necə deyərlər, plandan əlavə bir şeydir və qətiyyən əvvəlcədən nəzərdə tutulmayıb. Yaradanın nəyinə lazımdır ki, Yer kürəsində həyatı yaradıb, ətrafında yüz minlərlə nəhəng astroidlər fırladıb bu həyatı daim təhlükədə saxlasın? Yaxud yerin üstünü soyudub, içini daha da qızdıraraq yeraltı ərimiş metal çayları yaratsın? Niyə Təbiət insan və heyvanların artıb-çoxalmasını bu qədər ağlasığmaz dərəcədə çox istəyib lazım olduğundan milyon dəfələrlə artıq toxum səpərək, eyni zamanda onları minlərlə ağır xəstəliyə düçar etsin?

Yaxud yəhudi kəlləsi Karl Marksın nəyinə lazım idi ki, kommunizm ideyasını ortaya atıb, bəşəriyyəti bir müddət dəli eləsin? Milyonlarla insanları həyəcana gətirib qırğına versin, böyük bir ölkədə hətta bu kommunizmi tətbiq edib 70 il yüz milyonlarla insanın başına fəlakətlər açsın?

Yaxud gürcü çəkməçinin oğlu İosif Cuqaşvili neynirdi ki, gecə-gündüz Rusiya bolşevik imperiyasının sərhədlərini daim genişləndirib, bütün dünya ölkələrini Sovet Sosialist Respublikalarına qatsın?

Yaxud özü demokrat ola-ola, gəl başa düş ki, Yeltsin Rusiyada hakimiyyəti niyə hər cür demokratiyanın, azadlıq və ədalətin düşməni olan qəddar və məkrli Putinə versin? Bu boyda Rusiyada məgər bir nəfər ağıllı və ədalətli və nəhayət, ləyaqətli siyasi xadim tapa bilmirdi?

Bu cür suallar çoxdur və mən onların əlindən gecə-gündüz rahatlıq tapa bilmirəm. Budur, bu günlərdə İsveçrədə Beynəlxalq Atom Mərkəzində nəhəng bir elementar hissəcik kəşf olunub. Proton, elektron və neytronla yanaşı, yeni bir elementar hissəcik. Bu, kainatın fiziki quruluşunu tamamilə dəyişir. Ümumiyyətlə isə necə olub ki, bütün maddələr, elementlər bu qədər kiçik hissəciklərdən yaranıb ki, yüz milyonu bir çay qaşığına yerləşə bilər? Bu qədər xırdalıq nəyə lazım idi?

Əgər kainatın kərpicləri, elementlər bir partlayışla qəfildən öz-özlərindən yaranıbsa, bəs bu qədər fiziki qanunauyğunluqlar hardandır? Baxırsan görürsən ki, hər şey dəqiq və dəyişməz qanunlarla idarə olunur. Əvvəlcədən hazırlanmasa, bu qanunlar necə yarana bilər? Öz-özünə mümkünmü?

Beləliklə, beyində getdikcə böyüyən nəhəng bir sual işarəsi əmələ gəlir.

Axı kainatda bir və ya bir neçə günəş və onların da Yer kimi planetləri olsaydı bu, kifayət etməzdimi? Bu qədər qalaktikalar ki sayları milyardları keçir, nəyə lazımdır və necə əmələ gəlib?

Yaxud insanları əmələ gətirib, onları saysız dadlı, ləzzətli, istəkli, cəzbedici şeylərlə əhatə edərək, şirnikləşdirərək, sonra da pozğuna çevirib, axırda da bu pozğunluğa görə cəhənnəmə atıb cəzalandırasan? Burda məntiq hardadır?

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: