«Banalnı» mülahizələr müəllifi

Elçin ədəbiyyatımızı zibillədiyinin fərqindədir?

Yazıçı Elçin (vallah, adamın yazıçı deməyə dili də gəlmir) hansı bir qəzetəsə (adını unutmuşam) geniş bir müsahibə verib. Əlbəttə, maraqlı və mənalı heç bir fikir və ədəbi düşüncə yoxdur, lakin bir neçə məqamdan başqa.

Elçin, yazıçı Ə.Əylisliyə Çingiz Aytmatovdan etdiyi tərcüməsini orijinalından yüksəkdə tutduğuna görə  gülür.

Əlbəttə, Əkrəmin dünya şöhrətli yazıçının povestinin tərcüməsini orijinaldan güclü şəklə salmasını iddia etməsi ona xas olan anormal düşüncə tərzindən başqa heç nə deyil. Lakin bu, eyni zamanda hardasa, mərdi-mərdanə deyilmiş bir fikir, bir hərəkətdir, həqiqət olub-olmamasından asılı olmayaraq.

Lakin özgəsinin gözündə çöpü görüb, öz gözündə tiri görməyən Elçinin özüdür. Belə ki, mərhum atası kimi tamamilə uydurma süjetlər quraşdırıb, onları bədii əsərlər kimi çap etdirib xalqa sırıması Əkrəmin iddiasından qat-qat anormallıq, gülməli və hətta cinayətdir. Ona görə cinayətdir ki, ədəbiyyatımızı zibilləyir və çoxlu kağız korlayır. «Toyuğun itməməsi» və «Dolça» kimi həyat həqiqətlərindən tamam uzaq, uydurma, saxta povestləri bədii ədəbiyyat nümunəsi hesab etmək ədəbi manyaklıq kimi bir şeydir.

Fransa radiosunda hekayəsinin oxunmasına gəldikdə isə, əzizim, bu sovet dövrü üçün adi bir hadisə idi. Fransadan gəlib Yazıçılar İttifaqına baş çəkən, ədəbiyyat yığıncaqlarında iştirak edən hər hansı bir fransıza bir hekayə verib, onun Fransız radiosunda səsləndirilməsini xahiş etmək o vaxt adi bir şey idi.

Bütün ölkələrdə radioda, efirdə şeir və hekayə püskürmək nə çətin işdi ki? Necə ki, o dövrdə Moskva mətbuatında kitab çap etdirmək. Tərcüməçiyə və ya nəşriyyat işçisinə hörmət elə, Azərbaycan ədəbiyyatı üçün ayrılmış yerə adını saldır. O vaxt Moskvada çap olunmağın yolu ancaq bu cür idi.

Çap olunmuş oncildlik külliyyat da olsa-olsa, özünün ifadəsincə desək, «sosrealizm» nümunələrindən başqa heç nə deyildir.

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: