Hədsiz qayğı məhv edir

Bu günlərdə bir neçə ay qabaq əkdiyim qozun cücərtisinin qaralıb məhv olduğunu görəndə bu həqiqəti bir daha başa düşdüm.

Hər şeydə olduğu kimi görünür, qayğının da öz ölçüsü və həddi var. Həddi aşanda isə özünə qarşı çevrilir. Bu, ailə münasibətlərinə də aiddir və yazılmamış qanundur. Neçə dəfə şahidi olmuşam ki, oğlunu və ya qızını hədsiz sevən, daha doğrusu, əndazəsiz sevgisini gizlədə bilməyib addımbaşı nümayiş etdirən atanın övladı haçansa onun üçün cəhənnəmə çevrilir. Dava-dalaş və hətta pozğunluğa qədər çatır. Nəticədə övlad ya məhv olur, ya da böyüyüb valideynlərin düşməninə çevrilir. Buna aid onlarla misal göstərə bilərəm.

Deməli, hədsiz qayğı və güclü qidalarla bəslənilmək əks nəticə verir. İstər ağac, istərsə də övlad olsun. Xəstəliklər əmələ gəlir, orqanizm deffekt olur və qeyd etdiyimiz kimi, ölümlə nəticələnir.

Yadımdadır, sovet dövründə Bakıda Mayorov adlı bir Şəhər Soveti sədrinin müavini vardı. O vaxt vəzifəlilərin imtiyazları çox böyük idi və onlar xüsusi mağazalardan ən yüksək keyfiyyətli mallar və ərzaqla təmin olunurdular, özü də açıq-aşkar. Bu ərzaqlar onlara bazar qiymətindən hədsiz dərəcədə ucuz satılırdı.

Həmin Mayorovun ailəsi də hədsiz yüksək keyfiyyətli qidalanmalardan, növ-növ ikra, kolbasa, konfet, şokolad və s. növ-növ ərzaq və qida məhsullarından birdən-birə hamısı eyni vaxtda zəhərlənmişdi. Deyəsən, ölümdən güclə qurtarmışdılar. Sən demə, vitamin bolluğundan zəhərlənmə olurmuş.

Lakin hədsiz istək və mənəvi qayğı daha təhlükəlidir. Sevgini gizlətmək lazımmış. Sevdiyin qızla belə, münasibətdə də. Mən bunun çox şahidi olmuşam. Gözəllər daha çox quşbeyin olur. Onlara vurğunluğunu qətiyyən bildirmək olmaz. Çünki bu, tamamilə əks nəticə verir. İspan mütəfəkkiri Unamunonun dünya şöhrətli «Duman» povestində bu, çox gözəl ifadə olunub.

Bir təşkilatda (müəssisədə) direktor dostum var. Təbiətinin zorakılığı nəticəsində ətrafında bir dəstə gözəl cəmləşib, pərvanə kimi onun başına dolanırlar. Və onun hər cür təzyiqinə və hətta təhqirinə dözüb uzaqlaşmağı heç ağıllarına da gətirmirlər. Ona görə «raba lyubvi» düz deyil, qadınlar və qızlar sevgini yox, zorakılığı xoşlayırlar.

Doğrudur, ağaclar belə deyil. Onlar qayğını sevir və qayğıkeş sahiblərini hətta tanıyırlar və ona hər yaxınlaşanda bioloji enerji də göndərirlər. Amma burada da hədsiz qayğı olmaz, çünki Mayorovun ailəsi kimi zəhərlənə bilərlər. İstər faydalı gübrə, istər su, istərsə də torpaqla.

Canlıların orqanizmi hədsiz mürəkkəbdir. Yaxşı yerdə əkdiyim narlar boy atmır, daş-kəsəkdə özü bitmiş nar isə hey sürətlə böyüyür.

Xalqa yaxşı qayğı göstərən, kobud və qəddar olmayan, hətta açıq düşmənlərini belə, yüngülcə cəzalandırıb səfalı yerlərə sürgün edən monarx məhvə məhkumdur.

Çar II Nikolay və başqaları buna ən gözəl nümunədir.

Stalin kimi, Putin kimi və başqaları kimi qəddar və hiyləgər monarxlar isə nəinki uzun illər hökm sürür, hətta ağlasığmaz dərəcədə sevilirlər də.

Xalqın beyni mamlı-matan gözəlin beyni ilə tamamilə eynidir.

Təzə qoz əkib gözləmək olar, təzə gözəl tapmaq olar, təzə xalq yetişdirmək isə çətindir və mümkün deyil.

Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: