Ədalət nədir?

Qoca Platon “Yefrimton” traktatında ədalətin necə incə bir şey olduğunu, onu həyata keçirərkən necə ehtiyatlı olmaq zərurətini açıb göstərmişdir. Platona görə, ədalət aktını həyata keçirərkən hətta ədalətsizlik də etmək olar. Məsələn, o, atasının biganəliyindən ailənin qulunun ölümünü ona bağışlaya bilər və bağışlamalıdır da. Sual olunur? Əgər ədalət başqasının haqqına və şəxsiyyətinə hər hansı bir qəsd edilməməsi deməkdirsə, bəs onda canlı bir insan olan qulun ölümünə səbəb olmaq ədalətsizlik deyilmi? Platon nəyə əsaslanır, nəyi əsas götürüb qulun ölümünə səbəb olan sahibkara haqq qazandırır?

Əvvəla, Platon ümumiyyətlə haqq qazandırmır, bu hadisəyə görə atasına qarşı iş qaldırıb onu məhkəməyə verən oğula etiraz edir, onun haqsız olduğunu bildirir. Bu işi bir başqası bəlkə də görə bilər, oğulun isə atasını məhkəməyə verməsi ədalət aktı ola bilməz və dialoq yolu ilə filosof ümumiyyətlə, ədaləti müəyyən etməyin necə çətin və incə bir məsələ olduğunu sübut edir.

Platonun dialoqundan belə çıxır ki, bu cür qəliz situasiyalarda zahiri faktlara deyil, sağlam düşüncəyə əsaslanıb ləyaqət və şərəfi əsas götürmək lazımdır. İki tərəfin münaqişəsində ləyaqət və şərəf kimdədirsə, üstünlük ona verilməlidir.

Aydındır ki, bu cəhətdən tərəziyə qoyulsa, Yefrimtonun atasının çəkisi qulun çəkisindən çox-çox ağır olar.

Ümumiyyətlə, həyat hadisələrində qeyd etdiyimiz kimi, ədaləti müəyyən etmək həm çətin, həm də asandır. Çətindir ona görə ki, elə “Yefrimton” traktatında təsvir olunan hadisə kimi elə hadisələr olur ki, orada hətta günah törədilsə belə, nəticə ağır olmadıqda və günahkarın xarakarteristikası təmiz olduğunu görə günahkara güzəşt edilməlidir.

Məsələn, sovet dövründə belə bir hadisə olmuşdur. Bir nəfər kassir hansı bir vacib məsələ üçünsə (deyildiyinə görə ailəsinə çörək almaq üçün) xəzinədən 6 manat pul götürmüş olur. Özü də bu şərtlə ki, hardasa əldə edən kimi və ya əmək haqqını alan kimi gətirib yerinə qoyacaq. Bu zaman qəfildən kassa təftiş olunur və həmin 6 manatın çatışmazlığı aşkar olur. Kassir əhvalatı danışıb artıq həmin 6 manatı əldə etdiyini və yerinə qoymağa hazır olduğunu bildirir. Müəssisənin bütün işçiləri və rəhbərliyi də kassirin çox təmiz adam olduğunu və belə bir hadisənin heç vaxt baş vermədiyini əsas götürüb məhkəmədən ona güzəşt etməyi xahiş etsələr də, faydasız olur. Kassirə 5 il iş kəsilir və o, türmədə ölür.

Əlbəttə, əsası ədalətsizlik üzərində qurulan bir rejimdən başqa şey də gözləmək olmazdı. Rəhbərlərinin özləri bütün günü ədalətsizliklə məşğul olduqları halda başqalarının bu cür bir zərrə günahını bağışlamırdılar.

Mən bir neçə il qabaq yazdığım kimi, yenə təkrar edirəm ki, əgər məsələn, Üzeyir Hacıbəyov kimi bir insan təsadüfən kimisə vurub öldürsə belə, ləyaqətlərinin hədsiz çoxluğu səbəbindən yalnız xəbərdarlıq edilib, zərərçəkənin ailəsinə müəyyən məbləq ödəməklə onun günahı bağışlanmalıdır. Necə ki, böyük Aristotelin özü bunu tələb edir. Çünki Üzeyir bəy tək və təkrarsızdır. Onun “qəsd etdiyi” adam isə kütləvi istehsal məhsuludur.

Fürsətdən istifadə edib yenə hörmətli Fatma Abdullazadədən bir daha soruşuram ki , “bizim adamdır” deyib yüzlərlə dəyərsiz şəxslərə prezident təqaüdi verib, “bizim adam deyil” deyə Əbülhəsən Abbasov, Əli Abbasov və başqa neçə-neçə dəyərli və təkrarsız şəxsiyyətlərdən onu əsirgəmək nə dərəcədə ədalət nümunəsidir? Fatma xanım, inanın ki, bu tərsliyinizə görə, sizin hərəkətiniz gələcəkdə ədalətsizliyin təntənəsinə nümunə kimi heç şübhəsiz ki, dərsliklərə düşəcək.

Реклама
Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: