O

O, qəhrəman idi. Qəhrəmanlar isə gördükləri işin qətiyyən nəticəsini nəzərə almırlar. Özü də o, adi bir iş yox, tarixi bir iş gördü. Dahiyanə bir iş. Doğrudur, bu iş sözlərdən və mülahizələrdən ibarət idi. Amma necə sözlər, necə ifadələr! O, oyaq, amma əli-ayağı müəyyən dərəcədə bağlı olan pələngin bığlarından bir neçəsini dartıb qopartdı. Əlbəttə, pələngin canı möhkəm ağrıdı. Hətta bəlkə, bir az infarkt da oldu. Amma həmin günlərdə heç nə edə bilmədi. Halbuki, bir pəncə ilə bizim bu cılız bədənli qəhrəmanın nəfəsini kəsə bilərdi. Amma qoca pələng çox səbrli və hiyləgər idi. O, gözləməyi qərara aldı və elə də elədi.
Nəticədə 90-cı illərin ən böyük milli qəhrəmanı bir sıra xırda təqiblərə və hətta qısamüddətli həbslərə məruz qalsa da, yaşadı.
Doğrudur, ona milli qəhrəman adı verilmədi. Amma qəhrəmanlıq şöhrəti üstündə qalırdı.
O, niyə buna getdi? Çünki oyun ləzzətli idi. Onun hissləri ağlına üstün gəldi və o, bu işi gördü. Səndən min qat güclü olanın ölü fil olduğunu sübut etmək əlbəttə, ləzzət verir. Hərçənd ki, fil ölü deyildi, sadəcə demokrat olduğunu göstərməyə məcbur idi.
Və bunun sayəsində qeyri-rəsmi milli qəhrəman 12 il rüsxət alıb yaşadı.
O, ölkədə cəmi bir və ya iki qüdrətli iradə sahiblərindən biri olduğunu nümayiş etdirdi və buna şüurlumu getdi, söyləmək çətindir. Görəsən, bundan sonrakı dövrdə və mübarizədə kim qalib gələcək? Son gülən kim olacaq?
Onun sənətdə Kafka olmağa ağlı və istedadı çatmadı və o, daha qısa, daha real və daha təhlükəli olan kəsə yolla getdi və öz dəhşətli zərbəsini vurdu. Və yalnız 12 il sonra, həm də öz səhvi ucundan cavab zərbəsindən həlak oldu. Son nəticədə kim qalib gəldi və ya kim qalib gələcək, söyləmək çətindir.

Реклама
Categories: Pritçalar | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: