Bəşər Əsədin müsahibəsi

Rusiya kanallarının birində Suriya diktatoru Bəşər Əsədin müsahibəsinə qulaq asdım. Müsahibə bir çox cəhətdən maraqlı idi.
Əvvələn, diktator ingiliscə başqaları kimi nıqqana-nıqqana yox, çox sərbəst, rahat və doğma dilində danışırmış kimi danışırdı.
İkincisi, nitqində heç bir pafos yox idi.
Üçüncüsü, səmimi etiraflar vardı. Məsələn, müxbir qızın – İşinizdə heç, bir səhv buraxmısızmı? – sualına diktator müsbət cavab verdi ki, bizimkilərin dilindən heç vaxt belə şey çıxmır.
Dördüncüsü, bütün diktatorlar kimi ölkəsindəki qırğınların, dövlət terrorizminin səbəblərini və nəhayət, vətəndaş müharibəsinin günahını ABŞ və Qərb ölkələrinin üstünə yıxdı və bunun səbəbini də neft və neft yolları ilə bağladı.
Beşincisi, bütün diktator və totalitar dövlət başçıları kimi axırda müxbirin – Niyə Çin və Rusiya hər dəfə sizi müdafiə edib devrilməyə imkan vermirlər? – sualına – Onlar məni yox, rejimi xilas edirlər – cavabını verdi.
Cavab müəyyən mənada həm doğru, həm də yalan idi. Doğru cəhəti o idi ki, Rusiya və Çin kimi dünyanın 2-3 imperialist dövlətləri həqiqətən də Suriya rejimini bütün beynəlxalq yığıncaqlarda və BMT-də daim müdafiə edib xilas edirlər. Lakin bildiyimiz kimi, rejim Bəşər Əsəddən ibarətdir və əgər o, devrilsə, rejimi də onunla birlikdə tar-mar olacaq.
Yaxşı, bəs niyə axı bu mənfur Rusiya və Çin daim bu cür diktatorlara himayədarlıq edirlər? Çünki özləri də elədir. Kim özünə bənzəri sevməz? Fikir vermisizsə, qızlar, qadınlar daim özləri kimi arvada bənzər oğlan və kişiləri xoşlayırlar. Lakin burda məsələ siyasi mövqe üstündədir. Çin və Rusiya bütün diktator rejimlərinin yıxılıb, axırda beynəlxalq aləmdə tək qalacaqlarından qorxduqlarına görə həmin rejimləri qoruyurlar. Həm də bu rejimlər onlar üçün yağlı bir silah müştəriləridir.
Ona görə yalnız Rusiya və Çinin hesabına dünyanın son totalitar və diktatura rejimləri – Şimali Koreya, Kuba, Venesuella, İran, Suriya və daha bir neçə belə rejim yaşayır. Əgər Çində və Rusiyada demokratiya qalib gəlsə (bu isə çox çətin baş verə bilər), sözsüz ki, dünyada bircə dənə də diktatura rejimi yaşaya bilməz.

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: