Allahın şansı

Allah hər bir insana əlbəttə, gəncliyində şans verir ki, gələcək həyatını və firavanlığını təmin etsin. Etdi, etmədi, necə etdi, bu artıq Allahın işi deyil. Sonra onu qətiyyən görmür və insanlar onu qətiyyən maraqlandırmır.

İnsanların bir xeylisi praqmatik və ayıq olub bu şansdan və fürsətdən istifadə edir, gələcəyini – əlbəttə, öz imkanları çərçivəsində – təmin edir.

Mən belələrinin neçəsini tanıyıram. Birisi də lap yaxın idi. Keçən əsrin 60-cı illərinin əvvəllərində Lənkəranda tərəvəz bazası vardı və uzun illər mənim ən yaxın yoldaşım və sevimli dostum olan Ənvər adlı bir oğlanın bacarıqlı mühasib olduğunu görüb ora baş mühasib qoydular.

Bazaya tərəvəz sezonu vaxtı hər gün kolxoz və sovxozlardan 100 tonlarla əvvəlcə kələm, sonra da xiyar və pomidor gələrdi. Baza onları qəbul edib dövlət qiymətinə alar və Rusiyaya yola salardı. Bu zaman haqq-hesab aparılanda hər gün on minlərlə pul qazanmaq mümkün idi. Sovxoz direktorlarına bir az pul verib 100 ton məhsulu 90-95 kimi asanlıqla uçota almaq mümkün idi.

Və beləliklə, «qanuni» yolla bir sezonda bir neçə «Volqa» avtomobilinin pulunu qazanmaq mümkün idi.

Amma pul mədəninə düşən gənc, təcrübəsiz və xeyirxah dostum bunun qabağında dayana bilmədi. Şirniklənib başqa bir yol tutdu.

Məlumdur ki, sezon vaxtı qiymətlər demək olar ki, hər gün dəyişir. Bu gün məsələn, 30 qəpiyə qəbul edilən tərəvəz sabah 20-25 qəpiyə enirdi. Məhsulun çoxluğundan-azlığından qiymətlər, bir daha təkrar edirik, hər gün dəyişirdi.

Beləliklə, dostum bazanın rəhbərləri və yaxın adamları ilə əlbir olaraq məhsulun alınma tarixini bircə gün dəyişməklə külli-miqdarda pul əldə edirdilər. Əgər bir az realist, təcrübəli və ağıllı adam olsaydı, bunu 1-2 dəfə edib, sonra qanuni yol tutardı. Amma deyildiyinə görə, onlar hərgünki qazancı axşam saymağa imkanları olmadığından pulları tərəziyə qoyub, çəkib bölüşərmişlər.

O vaxtlar həmin günlərdə şəhərdə arabir Ənvəri görərdim. Mən o vaxt tələbə idim və hardasa işləyirdim. Rastlaşanda deyərdim ki, Ənvər, gedək çay içək. Gülüb deyərdi ki, mən çay içmirəm, konyak içirəm. İçmək istəyirsənmi?

Və o, sərxoş olmasa da, sanki daim məst idi. Sonra təbii ki, məsələ açıldı, hamısını tutub güllələnmə hökmü ilə həbs etdilər. Ancaq güllələyə bilmədilər. Çünki «Pravda» qəzetində bu barədə yazılan yazını oxuyub Fransada tələbələr sovet səfirliyinə hücum edərək, gənc adamların güllələnməsinə etiraz etmişdilər.

Beləliklə, dostum bir neçə il türmələrdə qaldı, sonra onlara 15 il iş kəsildi. Ancaq dostum ona kimi yaşamadı. Elə məhkəmə günlərində acından öldü və yüz minlərlə pullar özgələrə qaldı.

Mən bu cür onlarla fakt bilirəm. Elə lap ətraf yaxınlarımızda da. Ona görə yalnız ya külli-miqdarda sərvəti olub böyük rüşvət verərək xilas olmaq, ya da çox yüksək dairələrdə yaxın adamın olmaqla bu cür avantüraya gedib xilas olmaq olur. Əksəriyyət məhz bu yolu seçir və Allahın onlara verdiyi şansdan bu cür əyri yolla faydalanıb, cəzadan da yan keçirlər.

Реклама
Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: