Mirzə Cəlil və Mir Cəfər Bağırov

Mehriban xanım Vəzirlə bir neçə kəlmə söhbət

Dostlarımın dediyinə görə, hədsiz hörmət bəslədiyim Mehriban Vəzir xanım internetdəmi, hardamı Mirzə Cəlilin son illərinin faciəsinə və ölümünə görə Mir Cəfər Bağırovu müqəssir hesab edib, haqqında kəskin ifadələr işlədib.

Əgər Mehriban xanım həqiqətən belə yazıbsa, ona xatırladım ki, 1930-33-cü ilin ortalarına kimi Mir Cəfər Bağırov Azərbaycanda olmayıb. Mirzə Cəlil də məlum olduğu kimi, həmin 2-3 ildə ağır şəraitdə yaşayaraq, 32-ci ildə də vəfat edib. Mir Cəfər Bağırov isə o illərdə Moskvada Kommunist Universitetində təhsil alırmış. Yəni tələbəlik edirmiş.

Və onun Mirzə Cəlilin başına gələnlərdən (hamamda kassir işləməyi, dolanacağının ağırlığı və ölümü) qətiyyən xəbəri olmayıb. Hətta xəbəri olsa belə, o, Azərbaycanda baş verən hadisələrə təsir etmək imkanından məhrum olub.

O illərdə isə Azərbaycana bir-birinin dalınca ermənilər və yəhudilər rəhbərlik ediblər.

Mir Cəfər Bağırovun isə qeyd etdiyimz kimi, heç bir vəzifəsi və ümumittifaq miqyasında təsir dairəsi olmayıb.

O illər çox kəskin və spesifik dövr idi. Bu gün çox az adam həmin dövrün siyasi hadisələrinin mürəkkəbliyini dərk edə bilir. Stalindən başqa bütün Siyasi Büro üzvləri belə, amansız cəza orqanı olan OQPU rəhbərliyinin (Yaqoda və başqaları) nəzarətindən kənarda olmayıb, təhlükələrdən uzaqda deyildilər. Həmin dövrdə kim olursa-olsun, bu gün «mənəm-mənəm» deyənlər sabah birdən-birə yox olurdu.

Mən Mir Cəfər Bağırovun heç bir qohumu deyiləm, heç yerlisi də deyiləm və özünü də mələk hesab etmirəm. Amma gəlin heç vaxt unutmayaq ki, 1933-50-ci illərdə, yəni Mir Cəfər Bağırovun Azərbaycanın şəriksiz rəhbəri olduğu dövrdə bir qarış Azərbaycan torpağı da heç kimə verilməyib. Nə Ermənistana, nə Gürcüstana, nə də Rusiyaya. Halbuki, həmin respublikalar gecə-gündüz bunun üçün çalışırdılar.

Hörmətli Mehriban Vəzir xanım, elə bilirəm ki, mənim kimi, sizin kimi hamımız üçün ölkəmizin ərazisi, hətta bir kəndi belə, kim olursa-olaq, hamımızın firavanlığından və həyatından da dəyərlidir. Bu, bir. İkincisi, bütün yüksək vəzifəlilərin təqibinə, həbsinə və güllələnməsinə əmrlər yuxarıdan gəlirdi və belələrini Mir Cəfər Bağırov deyil, heç Allah da xilas edə bilməzdi. Üstəlik, bir neçə il sonra Mir Cəfər Bağırovun öz həyatı belə, bir müddət tükdən asılı idi.

Mən tamamilə əminəm ki, Mir Cəfər Bağırov olmasaydı, indi Azərbaycan adlı ölkə də olmayacaqdı və ən yaxşı halda Ermənistan və Gürcüstan daxilində kiçik bir muxtar vilayət olacaqdıq.

Mehriban xanım, 100 il, 80 il bundan qabaq yaşamış siyasi xadimlərə və hadisələrə qiymət verərkən çox ehtiyatlı olmaq lazımdır. O dövrü diqqətlə öyrənmək, siyasi şəraitə və atmosferə dərindən bələd olmaq lazımdır.

Mən əminəm ki və sonrakı hadisələr də göstərdi ki, Mir Cəfər Bağırovun Cəlil Məmmədquluzadəyə böyük hörməti olub. (Teyyub Qurbanın «Düşmənlərindən güclü şəxsiyyət» kitabında bu barədə yazılıb). Sadəcə, başa düşmək lazımdır ki, dövr – qardaş səni kim apardı – dövründən də pis idi və SSRİ Elmlər Akademiyasının prezidenti, Stalinin sevimlisi akademik Nikolay Vavilovun ondan da böyük olan qardaşı Sergey Vavilov heç nəyə görə və tamamilə yanlış olaraq, günahsız yerə həbsxanalarda çürüyürdü. Və Nikolay öz qardaşına heç nə ilə kömək edə bilmirdi.

Bəli, Cəlil Məmmədquluzadə Azərbaycanın ən böyük dahi övladlarından biri idi və əgər 1-2 il də yaşaya bilsəydi, bəlkə də Bağırovun qayğısı ilə nisbətən firavan da yaşaya bilərdi.

Mehriban Vəzir xanım, bir daha təkrar edirəm, Mir Cəfər tamamilə məndən uzaq bir rayonda doğulub, yaşayıb və bu gün mənim dostlarım içində demək olar ki, bircə nəfər də həmyerlim, lənkəranlı yoxdur. Bu da təbiidir və belə də olmalıdır. Sadəcə olaraq bir şeyi də yadınıza salım ki, məhz Mir Cəfər Bağırovun vaxtında Bakıda cəmi 1 və ya 2 rusdilli orta məktəb vardı. Bu gün isə paytaxtımızdakı məktəblərin az qala yarısı rusdilli məktəblərdir. Və bu, haçan edilir? O vaxt Azərbaycan Rusiyanın müstəmləkəsi idi, bu gün isə müstəqil respublikadır. Və bir gülməli cəhəti də budur ki, artıq rus dilinin heç bir beynəlxalq statusu və hörməti yoxdur, amma yüz minlərlə kütbeyin analarımız və atalarımız kütləvi halda hələ də övladlarını ancaq rusdilli məktəblərdə oxudurlar.

Və siz əgər yolunuzu Bakı Dövlət Universitetinə, Azərbaycanın milli təhsil məbədinə salsanız, fasilələrdə və ya dərs qurtaranda minlərlə quşbeyin tələbə qızların necə ağız-ağıza verib iftixarla rus dilində danışdıqlarını görə bilərsiniz.

Mehriban Vəzir xanım, Mirzə Cəlil onsuz da yazdıqlarını yazmış, dahiliyini sübut etmişdi. Yaşı da kifayət qədərdi. İndi 5-10 il də yaşa bilərdi-bilməzdi, bu başqa məsələ. Bu, əlbəttə, faciədir, lakin millət üçün yuxarıda dediyim məsələ ondan da qat-qat böyük faciədir. Bu barədə düşün və yaz, hörmətli Mehriban Vəzir xanım.

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: