Həyat nədir?

Yaşamaq nə deməkdir?

Başqa canlılar, heyvanlar, quşlar, həşəratlar üçün həyat yalnız özü kimilərin yenilərini dünyaya gətirməkdən ibarətdir.
Qızıl balıq 100 kilometrlərlə iti axan dağ çaylarından üzüyuxarı üzüb gedərək, çayın mənsəblərində kürüsün, yəni minlərlə qızıl balıqların rüşeymlərini töküb… ölür. Çünki onun həyat dairəsi, həyat məqsədi bu idi. O bunun üçün «proqramlaşdırılmışdı».
Təbiidir ki, insan dəstələrinin, xalqların 90 faizinin də dünyaya gəlib-getməsi qızıl balığın, qaranquşun və ya tısbağanın gəlib-getməsindən qətiyyən fərqlənmir. Eləcə, balaca qara pıspısa da bir parça nəcis tapıb, onu gələcək nəsli üçün fırlada-fırlada min bir əzabla itələyib aparır və bununla da ömür silsiləsini başa vurur. Eləcə də, insan.
Ona görə bu cür insanların kütləvi şəkildə hər gün müxtəlif səbəblərdən vaxtsız ölümü sübut edir ki, Allah üçün onların doğuluş və ölümünün artıq heç bir əhəmiyyəti yoxdur.
Bəs, axı bəşəriyyətin həmin 5-6 faizinin, bəlkə də daha da azının, həyatı Tamam başqa mahiyyətdədir. Onlar kainatın böyük təkamülünün tamaşaçıları, nəinki tamaşaçıları, hətta araşdırıcıları, bütün hadisələrin səbəblərini öyrənən, açan məxluqlardır ki, belələrinə yalnız heyrət etmək olar.
Onlar, bu sehrli 5 faizə daxil olanlar kimlərdir?
İlk növbədə filosoflar, tarixçilər, fiziklər, kimyaçılar, bioloqlar, astrofiziklər, fizikoximiklər, bioximiklər və sair və sairdir. Aralarında əlbəttə, tək-tük böyük yazıçılar da olur. Çünki adi yazıçıların və şairlərin küçədə siqaret satanlardan fərqi çox azdır, xüsusilə bizdə.
Bəli, yaşamaq göylərə, dənizlərə, dağlara, çöllərə, ağaclara, otlara, güllərə, səhərin açılmasına, axşamın düşməsinə tamaşa etmək, çayların, dənizlərin, quşların (bülbüllərin) səslərinə qulaq asmaq və başqa bu kimi «əhəmiyyətsiz» şeylərə əhəmiyyət verməkdir.
Azərbaycanda isə neçə nəfər belə şeylərə vaxt ayırır? Hansı siyasi xadim, hansı deputat, hansı vəzifəli, hansı xalq şairi və yazıçısı belə şeylərlə maraqlanır? Demək olar ki, heç biri.
Lakin insanı ən böyük fərqləndirən, ona ən böyük ləzzət verən cəmiyyətə tamaşa etməkdir. Çünki heç bir təbiət hadisəsində bu qədər qəribə, əcaib və gülməli səhnələr olmur.
Ona görə əsl sosioloqlar yəqin ki, bu səhnələrdən ən böyük ləzzət alırlar.
Bir bayatıda deyilir:

Dünya bir pəncərədir,
Hər gələn baxar gedər.

Amma əslində heç kim o pəncərədən baxıb getmir. Hamısı əyilib yerdə nəsə axtarır. Biri tapır, çoxu tapmır. Başını qaldırıb pəncərədən baxanda isə artıq buna imkan olmur.

Реклама
Categories: Qızıl fəlsəfə | 1 комментарий

Навигация по записям

One thought on “Həyat nədir?

  1. o sizin dediyiniz filosoflar, tarixçilər, fiziklər, kimyaçılar, bioloqlar, astrofiziklər, fizikoximiklər, bioximiklər o vaxt uğurlu olacaqlar ki, onlar bəşəriyyətin surətini başqa bir planetdə yara bilsinlər.

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: