Qızıl lalələr

Bu qədər gözəllik nə üçün, kimin üçündür?

Gənc şairlər ikən dostum Fikrət Sadıq «Qızıl lalələr» adlı kiçik bir şeir yazmışdı. Şeir çöldə sevgilisini gözləyən oğlanın bu sözləri ilə bitirdi:

O, gəlmir, siz niyə qızarırsınız,

Ey qızıl lalələr, qızıl lalələr.

Lakin lalələrin qızıllığının mənası daha dərindir, daha doğrusu, heç yoxdur.

Bu il həyətimiz lalə ilə doludur. Mən Fikrət Sadıqın hansı bir laləyə yaxından tamaşa edib-etmədiyini deyə bilmərəm. Şamaxı çöllərində lalə çox olur. Yəqin, uzaqdan çox görüb.

Amma yaxından baxanda dünyada heç bir dahi toxucu və heç bir toxucu maşını bu qədər zərif şey toxuya bilməz. Çünki hələ dünyada bu qədər zərif ipək yaradılmayıb. O qədər zərifdir ki, bir balaca toxunan kimi büzüşür, əzilir. Qoparanda isə bir dəqiqə də yaşamır.

İlahi, bu qədər gözəllik nə üçün, kimin üçündür? Arılar üçünmü? Arılar nə qanır gözəllik nədir. Onlar bizim kim harda şirə var, ora cumurlar.

Lalənin isə şirəsi yoxdur, ətri də yoxdur. Bəs bu qədər gözəllik, bu qədər qan rəngi nə üçündür?

İşbaz arılar bunu bilir.

Ümumiyyətlə, gözəllik nədir? Hər hansı bir qız yalnız bir dəfə istifadə üçün doğulsaydı, görəsən necə olardı? Amma onlar hədsiz dərəcədə çox istifadə üçün yaradılıblar.

Lalələrin gözəlliyi isə heç bir maddi əhəmiyyət daşımır və bir neçə gün sonra özləri də, bu möcüzəli zərif ləçəkləri də öz-özünə qopub tökülür.

Əgər heç kim üçün deyilsə, lalənin bu gözəlliyi, bu bağrı qanlar bəs nə üçündür?

Məgər kainat kimin üçünsə yaranıb? Yox. Heç kim üçün. Kainat da lalələr kimi tamamilə mənasızdır.

Budur, əlimdə gözəl bir fincan var. Baxdıqca doymaq olmur. Onunla çay, ya da su içirəm. Sanki ləzzət verir. Amma öz-özümü aldadıram, nə çay, nə də su fincanın gözəlliyi ilə yaxşılaşmır. Gözəllik heç bir real fayda vermir, yalnız göz oxşayır. O da bir müddət. Sonra doyursan, tamamilə adiləşir, mənasızlaşır. Həyətimizi dolduran qızıl lalələr kimi.

Bilmirəm nəyə görəsə onlara yazığım gəlir.

Реклама
Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: