Həyat və zəka

Sən demə, böyük ağıl və istedad tamamilə faydasız şeydir…

İnsanların içində, hər yerdə olmasa da, müəyyən ölkələrdə fövqəlistedadlar, fövqəlzəkalar doğulur. Çox qəribədir ki, əksəriyyəti də totalitar rejimlərdə. Ona görə bu zəka onlara nadir hallarda fayda verir. Əksər hallarda ya bəxtləri gətirib yaşayır, ya da böyük Mirzə Fətəli kimi müəllimi Mirzə Şəfinin sözünə baxaraq rus dilini öyrənməyi sayəsində firavan yaşayır, amma öləndən sonra günlərlə basdırılmamış qalır.

Bəs niyə belə olur? Qanuna və mənqiqə görə,  belələri əksinə, gərək daim hörmət və qayğı əhatəsində yaşayalar. Amma belə olmur. Hörmət və firavanlıq yalnız həmin ölkələrin dövlət başçılarının xarakterindən asılı olan bir işdir. Belələri əgər müdrik və qədirbilən orlurlarsa, onda fövqəlzəkalar qayğısız yaşayıb, düşünür və yaradırlar.

Lakin bu, nadir hallarda olur. Əksər dövlət başçılarısa ona mədhiyyələr yazmayan bu cür dahiləri görməyə gözləri olmur. Ən yaxşı halda onları tamamilə talelərinin ümidinə buraxırlar. Hətta mədəni Avropada, zəkalar ocağı Almaniyada da çox vaxt belə olur. Höte və Bethovenin fərqli yaşayış və taleləri buna gözəl misal olar.

Xalq isə, xüsusilə onun oxuyub-yaza bilənləri bu cür zəka titanlarına nifrət edirlər. Xalq onlara yabançı və yad kimi baxır. Həmkarları isə dərhal əlbir olaraq, kütləvi halda ona nifrət edirlər.

Beləliklə, sən demə, böyük ağıl və istedad tamamilə faydasız şeydir və olmasa, insan qat-qat yaxşı və firavan yaşayar. O da hamıya qoşulub, hamı kimi min bir oyundan çıxıb sərvət yığaraq özünün və varislərinin xoş güzəranını təmin edir.

Beləliklə, zəka və istedad zərərli şeylərdir, bəşəriyyətə xas deyil, insan kütlələri üçün yabançı bir şeydir.

Doğrudur, qədim Yunanıstanda, qədim Romada və nəhayət, orta əsr intibah dövrü İtaliyasında dahilər doğrudan da xoşbəxt və firavan yaşayıblar. Hamı onlara hörmət edib, sağlıqlarında heykəlləri qoyulub. Amma bu cür qeyri-adi cəmiyyətlər bir müddət sonra min illərin toz-torpağı içində itib gediblər. Eynilə səhrada birdən-birə qarşına çıxan vahə (oazis) kimi. Və bütün bu üç hadisə təkamülün qeyri-adi röyasına bənzəyir.

Реклама
Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: