Nobel mükafatı və Kamal Abdulla

…Belələri yalnız qum göyərəndə Nobel mükafatına layiq görülə bilərlər

Söz çıxıb ki, guya, Slavyan Universitetinin rektoru professor Kamal Abdulla Nobel mükafatı alacaq. Hələ namizədlikdən söz getmir a, quşbeyin jurnalistlər ordusu artıq Nobel mükafatını bu adama verib.

Əvvələn, Kamal Abdulla bir yazıçı kimi bundan sonra 100 il yaşasa da və 100 kitab çap etdirsə də, Nobel mükafatını ala bilməz. Çünki bunun üçün tələb olunan elementar tələblər onun əsərlərində yoxdur. Bu adam hətta əsl prozanın nə olduğunu belə, bilmir. Öz həmkarları – Elçin və başqaları kimi, hər hansı bir hadisənin təsviri onun üçün prozadır.

İkincisi, Nobel mükafatına hər hansı bir namizədi mütləq bundan qabaq bu mükafatı almış bir laureat  təqdim etməlidir. İndi bilmirəm, bu qayda-qanun bəlkə də dəyişilib, amma çətin. Ya bəlkə, həqiqətən də Nobel mükafatı laureatları Kamal Abdullanın nəsrinin qüdrətinə əsr və valeh olub, belə tələsik yığışıb onu təqdim etmişlər.

Üçüncüsü, bu mükafata hər il onlarla, hətta yüzlərlə yazıçı, şair, dramaturq və s. təqdim olunur ki, onların yanında Kamal Abdullanı görmək üçün bəlkə də elektron mikroskopu lazımdır.

Aydındır ki, tənqidçilikdən fərqli olaraq yazıçı anadan belə doğulur. Doğrudur, hürə-hürə it olanlar da var, ancaq belələri ədəbiyyat tarixində heç bir təsir buraxmırlar. Hərçənd ki, bizim bəsit oxucular kimilərinin arasında şöhrət qazanmaq da mümkündür.

Mən hörmətli professor Kamal bəyə düşmən deyiləm və o da başqa dost həmkarları necə yazırsa, eləcə də yazır. Ancaq insanın özünə, öz yaratdıqlarına kənardan baxmağı da vacibdir və hətta ona belə bir təklif olunsaydı belə, Kamal müəllim gərək buna razı olmayaydı.

Doğrudur, Nobel laureatları içərisində böyük yazıçılarla bərabər, Kamal Abdulla səviyyəsində və hətta ondan da aşağıları olur və dünyanın ən böyük yazıçılarının əksəriyyəti bu mükafatdan kənardan qalıb. Bu da bir növ, təbiidir. Çünki bu mükafatı verən İsveç Akademiyasının üzvləri də ədəbiyyatın mahir bilicisi deyillər və çox zaman hay-küyə, səs-sədaya aldanıb laureat seçirlər. Yadınıza salım ki, XX əsrin dünyanın ən böyük yazıçıları saylıan S.Batler, C.London, C.Coys, F.Kafka, M.Prust, R.Muzil, V.Vulf, X.Borxes və başqaları Nobel mükafatından kənarda qalmışlar.

Bununla belə ən azı gərək Orxan Pamuk kimi Fransa, İngiltərə, Almaniya və s. ölkələrin bir çox ədəbi mükafatlarına layiq görüləsən ki, axırda Nobel mükafatına da yaxınlaşasan.

Əsl bədii ədəbiyyat, eləcə də fəlsəfə və başqa ali sənətlər konyuktura və praqmatizm hissləri güclü olan sənətkarlara yaddır. Bizdə isə belələri doludur. Hamısı da Elçin, Kamal müəllimin özü və başqaları kimi konyuktura və praqmatizm dahiləridir. Ona görə belələrinin yaradıcılığına həyat həqiqətləri heç cür yol tapa bilmədiklərinə görə əsərləri də özləri kimidir və belələri yalnız qum göyərəndə Nobel mükafatına layiq görülə bilərlər.

Bədii ədəbiyyat heç vaxt kreslo ilə əldə edilə bilməz və yaranmır. Dünya şöhrətli yazıçıların, Nobel laureatlarının heç biri Elçin və Kamal bəylər kimi uzun illər dövlətdə yüksək rəsmi vəzifə sahibi olmayıblar. Bunlar bir yerə sığmır, amma bizim bu mahir ədəbiyyat dəllalları zorla sığışdırmağa çalışırlar. Böyük ədəbiyyat çox zaman rəsmi ideologiya ilə daban-dabana zidd olaraq yaranır. Yəni bir daha təkrar edirik, həyat həqiqətləri aşıb-daşan əsərlər hətta mürəkkəb ifadə tərzlərinə baxmayaraq, dünya nəsrinin zirvələrində dayanırlar (Coysun «Uliss» romanı kimi).

Həyat həqiqətləri acı olur və yüksək vəzifə tutan yazıçılar aydındır ki, belə acı «yeməklərə» heç vaxt yaxın düşməzlər. Ona görə belələri heç vaxt bədii əsərin predmetinin nə olduğunu belə, dərk etməyəcəklər. Məsələn, bütün Azərbaycan yazıçıları, xüsusilə onların «generalları» 50 ildir ki, bircə yerdə bircə dəfə də Frans Kafkanın adını çəkmirlər. Çünki onlar bu təkrarsız dahinin əsərlərinə hələ də dəli sayıqlaması kimi baxırlar və bu əsərlərin bütün dünyada göylərə qaldırılmasına mat-məəttəl qalıblar.

Ay qardaş, axı hökmən gərək yazıçı olasan? Çox da atan və ya ətrafların bu sahənin «generalları» olub, çox da yazmaq və ya çap etdirmək indi hər küçədən keçən üçün adi bir iş olub.

Di gəl ki, ənənə güclüdür və xüsusilə, siyasi həyatdakı ənənəçilik hər cür boşluğun və sabun köpüyünün parıldamasına imkan yaradır.

Doğrudur, Avropada da mahir ədəbiyyat dəllalları var ki, onların da demək olar ki, hamısı yəhudilərdir. Bu da təbiidir. Çünki bu millətə məxsus olanların işbazlıqda dünyada tayı-bərabərləri yoxdur. Məsələn, neçə ildir ki, birisi bir roman yazıb, mərkəzində və süjetində  belə bir ideya qoyub ki, bəs İsa peyğəmbər ölməmişdən qabaq Marina Maqdalina ilə yaşayıb və hətta bir oğlanları da olub.

Və mahir işbaz bu roman sayəsində yüz milyonlarla pul qazanıb.

Heç dəxli var. İsa kiminlə yaşayıb-yaşamayıb, bunun ədəbiyyata nə dəxli. Hə, nə olsun, İsanın oğlu olub, olsun da. Di gəl ki, milyon-milyon tirajla nəşr olunan bu üzdəniraq roman bütün dünyadakı beyinsiz eşşəkləri vəcdə gətirib.

Bəli, belə-belə işlər olur və bizdə də bu yəhudi beyinlilər maşallah, hələ də var və özlərindən də razıdırlar.

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: