Qəribə ələkçi

Bir nəfər evinin qabağından axıb gedən çaya girib, əlindəki ələyi hey suya batırıb qaldırır, sevinclə guya, nəsə tapır və təzədən yenə ələyi suya batırır.

Dizə kimi suyun içində olub tamamilə islanmış bu adamı dəli hesab edib ötüb keçirlər və yalnız tək-təklər dayanıb gülə-gülə ona baxırlar.

Və yalnız bunu görən mində bir nəfər dayanıb tamaşa edir və bunun nəylə qurtaracağını gözləyir.

O isə heç kimə və heç nəyə əhəmiyyət vermədən hey ələyini suya salıb doldurur, sonra qaldırıb sanki nəsə bir zərrəcik tapıb sevinir və yorulmadan, bezikmədən, usanmadan suyu ələyir.

Bəzən doğrudan da ələkdə nəsə bərq vurur, amma bir anlıq.

Bir dəfə bir qoca bu islanmış adama xeyli tamaşa edib dedi:

— O, dəli deyil, onun gözləri tamam başqa şeylər, bizim heç birimizin görmədiyi incilər görür. Bu adamın çox böyük xəzinəsi var və o, tarixin və dünyanın ən zəngin məxluqudur.

Реклама
Categories: Pritçalar | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: