Ah, ellinlər, ellinlər

Dünyada kim öz dahiyanə əsərlərini və fikirlərini müəlliminin adıyla qələmə alar?

Doğrudan da, qədim yunanlar nə qədər zəkalı, nə qədər ədalətli insanlar olublar. Təbii ki, yaratdıqları şəhər-dövlətlər də eləcə, ağıllı və ədalətli olub. Gör bu adamların zəka və ədalət hissi nə qədər güclü olub ki, öz filosof, sərkərdə və siyasi xadimlərinin sağlıqlarında mərmərdən heykəllərini qoydurublar. Daha oturub haçan öləcəklərini gözləməyiblər ki, qoy bu qüdrətli və alicənab nüsxələr sağ ikən necə dəyərləndiklərini görsünlər.

Şerdə «oda» janrını da heç vaxt bizdə olduğu kimi, dövlət başçılarını mədh etmək üçün yox, nəcib və böyük şəxslərin əməllərini əbədiləşdirmək üçün yaradıblar.

Lakin sizə bu qəribə və möcüzəli insanların hələ heç kimin ağlına gəlməyən bir cəhətini də xatırlatmaq istəyirəm. Bu cəhət nədir?

Məlumdur ki, müəllim atadan da irəlidir. Əlbəttə, dərslikləri çeynəyib-tüpürən müəllimlər yox. Özlərindən, öz sinələrindən, zəngin həyat və elmi biliklərindən danışan müdrik müəllimlər…

Lakin dünyada kim öz dahiyanə əsərlərini və fikirlərini özündən qabaq yaşamış müəlliminin adıyla, sanki onun fikirləri və dünyagörüşü kimi qələmə alar? Heç kim. Kim artıq dünyadan köçmüş müəllimini öz fikirlərinin və dünyagörüşünün tərcümanına və carçısına çevirər? Heç kim.

Amma Platon məhz belə edib. Bütün zəkasını, bütün təfəkkür və düşüncələrini (əlbəttə, «Qanunlar» və «Siyasət» traktatlarından başqa) Platon unudulmaz müəllimi Sokratın diliylə verib və heç yerdə də deməyib ki, bütün bunlar mənim dünyagörüşümdür. Və 2500 ildən artıqdır ki, bu bənzərsiz fəlsəfi dialoqlar bəşəriyyətin yaxşı nümayəndələrini tərbiyə edib.

Buna baxmayaraq, yunanlar bilirdilər ki, bütün bu fikirlər Platonun öz düşüncələridir. Ona görə heç vaxt onları Sokratın yaradıcılığı kimi təqdim etməyiblər.

Amma fakt faktlığında qalır. Çünki yaxşı və dərin zəkalı müəllim sanki kobud bir ağac parçası olan uşaq və ya gəncdən gözəl, parlaq bir musiqi aləti yonur.

Dünyada ədalət və ədalətsizlik nə qədər incə bir məsələdir. Amma görün «Yefrimton» dialoqunda Platon, Sokratın diliylə məsələni necə ustalıq, necə dərinliklə açıb göstərir və 10 ildən çoxdur ki, mən bu dialoqu tərcümə və çap etdirmişəm, amma hələ heç bir kəs mənə yaxınlaşıb bu əsərin məziyyətləri barədə bir kəlmə də söz deməyib.

Ona görə mən bütün əsərlərimi – roman, povest, hekayə və pritçalarımı yalnız və yalnız özüm üçün nəzərdə tutub yazır və özüm üçün də çap etdirirəm.

Реклама
Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: