Zənginlik

Zənginlik, əbədilik və ölməzlik mənasında heç də Qəddafi kimi tonlarla qızıl və Mübarək kimi milyardlarla dollar sahibi olmaqda deyil. Bunlara sahib olan da, ayda 5-10 min manat qazanan da eyni yeməkləri yeyir, eyni maşınlarda gəzir, eyni villalarda yaşayır, başqa heç bir fərq olmur.

Tarixə gəldikdə isə heç bir milyonçunun adı qalmır. Çünki belələri gələcək üçün faydalı və ibrətamiz heç bir iş görmürlər. Yeri gəlmişkən, belələri heç bu arzuda, bu ölməzlik iddiasında da olmurlar. Onları sadəcə, «kef eləmək» maraqlandırır.

Lakin hazırki əsrdə xeyirxah milyonçular da meydana çıxır, istisna şəklində olsa da.

Zənginlik daxildə olur və yalnız tək-tək hallarda idrak, dərin traktatlar və qüdrətli sənət əsərləri – poeziya, nəsr, dramaturgiya, musiqi, rəngkarlıq və memarlıq əsərləri ilə üzə çıxır.

Bəs bu zənginlik necə əldə olunur? Onun cövhəri heç şübhəsiz ki, kiçik toxumlar kimi ürəkdə və beyində insanla birlikdə dünyaya gəlir. Bu yoxsa, heç bir erudisiya, savad, bilik, elm, mütaliə, səyahət, müəllim və təhsil insanı dahi edə bilməz və onun sənət əsərlərinə çevrilə bilməz. Belələri heç bir yaxşı ilə pisi, böyüklüklə adini ayıra bilməyəcək və sənətin qüdrətini, gözəlliyini dərk edə bilməyəcək.

Listin rapsodiyaları çoxdur, yalnız biri heyranedici, əlçatmaz gözəlliyə malikdir. Onu bizim diplomlu erudit doktor və ya akademiklərimizdən heç biri tanımır və tanıya da bilməzlər. Eləcə də, Bethovenin 32 sonatasından hansının «Appasionata» olduğunu ayıra və tanıya bilməyəcəklər.

Eləcə də, Nitşenin «Zərdüşt belə deyirdi» fəlsəfi traktatında hansı fəslin şedevr olduğunu qətiyyən müəyyən edə bilməyəcək. Bunun üçün həmin ürəkdə «toxum» olmalıdır, yəni zövq.

Mən nə qədər eruditlər tanıyıram ki, mənim oxuduqlarımı oxusalar da, onlarda heç bir təsir buraxmır. Təsir buraxmırsa, seçə bilmirsənsə, yaxşı və dərini ayıra bilib ona heyran olmursansa, daxilən heç cür zənginləşə bilməzsən. Necə ki, belə də olur.

Belələrinin yalnız bir faydası olur ki, kitab mağazalarına vaxtaşırı baş çəkib, kitab rəflərini genişləndirirlər.

Lakin əksəriyyət – universitet professorları, Akamediya müxbir və həqiqi üzvləri nə Kafka oxuyan, nə də anlayan olurlar.

Aralarında mənim də dostlarım olan belələri «rasşot»la düşünür, hər şeydə dəqiq hesablama aparır və heç kimlə münasibətdə səhvə yol vermirlər. Bu cür universitet professorları bu sahədə həqiqətən, mahirlik doktorlarıdır.

Bəs ürəkdə toxumları olanlar? Onlar hələ uşaq yaşlarından rahatlıq və dinclik nə olduğunu bilmirlər. Gecə-gündüz axtarır, min bir əziyyətlə istədiyini tapır, oxuyur, seçir, yaşayır və beyinlərində, ürəklərində toplayırlar.

Alicənab və müdrik Monteni oxuyun. Görün, hələ orta əsrlərdə yaşayan bu böyük insan öz məşhur esselərini yaratmaq üçün özünə qədər mövcud olan nə qədər əsərləri, traktatları oxuyub, nə qədər seçib, nə qədər yaşayıb.

Bəli, dahi belə formalaşır.

Hafiz, ya Səməd Vurğun, Rəsul Rza və ya Ramiz Rövşənə aludə olmaqla heç bir parlaq poeziya yaratmaq olmaz. Şekspirin sonetlərini, Mirzə Şəfinin nəğmələrini, Nizaminin lirikasını, gəncsənsə Bayronun poemalarını dönə-dönə oxumaq və əzbərləmək lazımdır.

Yaradıcı sadəcə yaxşı şair və ya nasir olmaqla kifayətlənməyib ümumiyyətlə, bəşər mədəniyyətinin bütün xəzinəsindən bəhrələnməlidir.

Bəli, qədimlərdə hind brahmanları «upanişad»ları yaradıblar. Lakin onlar özlərinə qədər nə yaradılıbsa, hamısını mənimsəyib süzgəclərindən keçiriblər. Hərəsi özünə qədər yaradılan sərvətlərə sahib olandan sonra sərvət yaradıblar.

Bütün bunlar bu günlərdə gözəl aşıq-şair Zəlimxanın əsərlərinin bibloqrafiyasını çap etdirdiyini görəndə yadıma düşdü. Bəli, hər qələm əhli Ramiz Rövşən kimi öz kitabını və yazdıqlarını «kitablar kitabı» hesab edir. Lakin kitablar kitabı yaradanlar özlərinə, öz sənətlərinə və yaratdıqlarına ayıq gözlə, amansız bir realist nəzərləri ilə baxmağı bacarırlar.

Özünə, pozasına, yaratdıqlarına heyran olmaq arvad işidir. Baxın, avtobuslarda qucaqlarında gələcək kartof və ya kulyok satanları, ən yaxşı halda savadsız müəllim və üzdəniraq həkimləri gəzdirən ana körpəsinə necə heyrandır. Amma bilmir ki, sabah bu uşaq, qeyd etdiyimiz kimi, bu balaca körpə qız ən yaxşı halda televiziyada göbək rəqsi oynayan olacaq və ya nəşəxor sürücü, siqaret satan… Necə ki, cavanlarımızın 80 faizi bu cürdür.

Saysız mətbuat orqanlarında saysız əsərləri çap olunmuş Höte və ya Cek London və ya Volterin bibloqrafiyası çap olunar ki, bu böyük sənət və idrak nümunələri itib-batmasın və 130, 55 və 90 cildlərdə yığılıb xalqın, bəşəriyyətin sərvəti kimi qorunsun. Zəlimxan müəllim kimi 7-8 kitabda çap olunanların ayrıca bibloqrafiyası olmaz. Çünki onsuz da bəy nə yazıbsa, kitablarında çap olunub və onların heç birini itib-batmaq təhlükəsi gözləmir.

Sənətdə zənginlik özünü, başqalarını, mühitini və dünyanı, keçmişdə bütün yazılanları mənimsəməkdə, dərk etməkdə, ədalətsizlikləri görməkdə, onunla heç vəchlə barışmamaqda və buna görə paxıllar ordusu ilə əhatə olunmaqda və tənhalıqda işıq saçmaqdadır.

Paneqerik olub sənətdə iz buraxmaq bir yerə sığmaz.

Bəli, hələ Platon sübut edib ki, ədalət və ədalətsizliyin sərhədini müəyyən etmək çətindir. Ancaq anadangəlmə və illərlə zərrə-zərrə toplanılan sərvətlərin sintezinə malik olanlar xeyir və şəri, ədalət və ədalətsizliyi ayıra bilərlər. Ətrafında paxıllar sürüsü olmaq sənətkarın xoşbəxtliyidir. Robert Muzil əbəs yerə əsərlərinin kiçik tirajından şikayətlənirdi, çox əbəs yerə. Bu gün onun «Xüsusiyyəti olmayan adam» romanı «XX əsrin böyük romanları» rublikası və epiteti ilə çap olunur. Müəllifin həmin tirajının azlığından şikayət etdiyi roman. Hərçənd ki, bunun artıq Muzilə heç bir xeyri yoxdur.

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: