İsgəndər Həmidovun «qəhrəmanlığı»

Bir toyuq başı belə, kəsməyən adam özünü necə qəhrəman hesab edə bilər?

Keçmiş general-leytenant və daxili işlər naziri, məşhur tribunalar pələngi və dil pəhləvanı, dünya şöhrətli İsgəndər Həmidovun «Hürriyyət» qəzetində dərc olunan geniş müsahibəsinə nəzər saldım. Bircə şey yadımda qaldı, çeçen lideri Cövhər Dudayevi və özbək-əfqan generalı Dustumu Bakıya, Əbülfəz Elçibəyin yanına çağırması.

Doğrudan da, qəribə hadisələrdir. 8 milyonluq əhalisi olan ölkənin daxili işlər naziri, prezidentin sağ əli bir neçə yüz minlik əhalisi olan Çeçenistandan və uzaq Əfqanıstandan ermənilərlə vuruşmada kömək xahiş edir. Bu hadisə nə qədər gülünc və qəribə olub, uzun bir panflet üçün yaxşı mövzudur. Ancaq biz vurulmuş bir adam üçün çox da dərinliyinə getmirik.

İkincisi, amma bu adam hələ də harda həqiqət lazımsa, yenə qorxub üstündən keçərək cavab vermir: «Bu barədə danışmaq istəmirəm», «Bu məsələni aça bilmərəm». Yəni hələ də qorxur. Amma bu cür ola-ola görün özü haqqında nə bəyan edir: «Azərbaycandan bir jurnalist gedib Şamil Basayevdən müsahibə götürmək istəmişdi, o da əsəbi şəkildə demişdi ki, qəhrəmanınızı – İsgəndər Həmidovu türməyə soxub gəlib Çeçenistanda qəhrəman axtarırsınız?!»

İşə bax ha, 1 il ərzində nazir ola-ola Azərbaycanın bircə düşmənini də həbs etməyən, məhv etməyən, bircə erəmənini belə, güldən artıq incitməyən, Azərbaycanın demokratik hökumətini heç nə ilə qorumayıb, onun qəbirqazanlarının bircəsini də qəbrə göndərməyən, ümumiyyətlə, bir toyuq başı da kəsməyən bir adam özünü qəhrəman hesab edir.

Nə idi sənin qəhrəmanlığın? Mitinqlərdə havaya söz püskürməkmi?

Qəhrəman da illərlə həbsdə yatarmı? Qəhrəman ölər, həbsə getməz. Qəhrəman səngərdə və ya S.Alyenda kimi kabinetində vuruşub həlak olar. Biz səndən bunu istəmirik, Allah eləməsin, amma axı qəhrəman da sizin kimi yaşaya bilməz.

Özünü bozqurd hesab edirsən, «türkəm-türkəm». Ə, türk və ya bozqurd olub axı neylədiniz? Hansı düşməni parçaladınız? Bozqurd heç vaxt həbsə dözmür. Qurdun əsirlikdə ürəyi partlayır. Sən isə 8 il həbsə dözüb gəncliyini yelə verdin və indi də özünün qəhrəman olduğunu iddia edirsən.

Qəhrəman Şamil Basayev kimi olar ki, o boyda rus imperiyasının gecəsinə, gündüzünə haram qatmışdı.

Amma sən əgər zərrə qədər qətiyyətli olsaydın, indi Azərbaycanın bir neçə yüz zəkalı və ləyaqətli oğlanları bu cür ağır günə düşməzdilər.

Ümumiyyətlə, sənin barəndə geniş danışmaq olar. Acı olsa da, demək lazımdır ki, sən bu 1 ildə daşıdığın vəzifəyə qətiyyən uyğun deyildin, çünki təbiətin başqadır. Sən mədəni, humanist, qətiyyətsiz bir adamdın. Günah səndə deyil, günah səni o vəzifəyə qoyanda idi ki, miskincəsinə qoyub qaçaraq, gözəl və zəngin ölkəni layiq olmadığı bir qismətə düçar etdi.

Bəlkə, nəzərdə tutub etiraz edə bilərsən ki, bəs 200-300 adamın qabağına düşüb Mütəllibov parlamentinə hücum etməyim?

Əzizim, bu, qəhrəmanlıq deyil, ölünü döymək idi. Məgər o vaxt kiməsə müqavimət göstərən hakimiyyət vardı?

Hakimiyyət olmayanda ən qorxaq da qəhrəmana dönə bilər. Bir prezidenti ki, arvadlar otağından buraxmayıb həbs edələr, o harada görünüb?

Məgər icazəli mitinqlərdə «ölü fili» – sovet imperiyasını söyüb guruldamaq qəhrəmanlıq sayıla bilər?

Heyf ki, sən demişkən, hər şeyi açıb tökmək olmur. Sən nazir ikən həqiqətən qəhrəman ola bilər, qəhrəmanlıq edə bilərdin. Amma zəka və qətiyyət defisiti buna imkan vermədi.

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: