Dilqəmin ilk kitabı

Azərbaycanda yaxşı şair olmaq çətindir. Ya gərək aşıq olasan (Zəlimxan, Ramiz Rövşən və başqaları kimi), ya da Sabir kimi satirik. Çünki tərənnüm ediləsi heç nə yoxdur. Küçədə, bazarda, meydanda, işdə adamların üzünə baxın, hamısı qayğılı, problemlərlə dolu.

Şeir üçün xoşbəxtlik, firavanlıq, despotizm rejimi və s. lazımdır. Düzdür, despotizm var, amma şairlər onunla mübarizə aparacaq xarakterdə deyillər.

 Bütün bunlar tariximizin dərinliklərindən gəlir və haçan bizdə də firavanlıq olacaq, Allah bilir.

Və bütün bunlar Dilqəm Əhmədin poeziyasında əks olunur. Bu sərbəst şeirlər böyük Luis Xorxe Borxesi xatırladır. Lakin əslində bunlar şeir yox, obrazlı və kədərli düşüncələr toplusudur. Mənə görə, poeziya konkret hecası və qafiyəsi olan ədəbi növdür ki, tarixi Homerə gedib, çatır. Bu ənənə və qayda-qanun yüzlərlə sənət abidəsi sayəsində çoxdan vətəndaşlıq hüququ qazanıb, uzunömürlülüyünü sübut etmişdir.

Ona görə, gənc dostuma məsləhət görərdim ki, “Bozqırdan uçuruma” kitabçasındakı poeziya nümünələri ilə kifayətlənib ya ənənəvi formaya keçsin, ya da çox uğurlu tapdığı prozasını davam etdirsin.

 Onun poeziyası bu həddə, maraqlı və düşündürücüdür. Lakin, dumanlı, müəmmalı və anlaşılmaz da olmaqla.

Nəhayət kitabın nəsr bölməsi. Bu hissə, bu kiçik hekayələr artıq yeni bir yazıçının, yeni bir istedadın zühurudur. Bu hekayələr ipək kimi yüngül və təravətlidir. Onlar isti yay günündə qəfil əsən bir sərin mehi xatırladır.

Dilqəm əlbəttə, hələ nəsrin, yaxşı nəsrin tələb etdiyi reallığın dərinliklərinə getmir. Lakin belə də olmalıdır. Onun həmin vahələri kəşf etməsi üçün hələ vaxtı və imkanları var. Əsas məsələ odur ki, əsl nəsr əsərlərinin necə olmalı olduğunu bilir. Onun hekayələrindən Ceyms Coys “Dublinləri”nin ətri gəlir.

Bu impressionizm hekayələri ölkəmizin həyatının oyatdığı və vicdanlı ürəkləri qüssə ilə dolduran əhval-ruhiyyələrlə doludur.

Dilqəm üçün hər şeydən əsas həqiqətdir. Ancaq o, siyasi pomflet yox, nəsr yaradır, acı reallığı yüngül qüssəlikdə ifadə edir. Bu, çox doğru və uğurlu yoldur.

Hələlik bu hekayələrin bədii və emosional təsiri ürəkləri sarsıdacaq qüdrətdə deyil. Buna nail olmaq üçün hədsiz oxumaq, coysların, kafkaların, muzillərin şedevrlərini yaşamaq, bəli, bu şedevrlərdəki təsvirləri məhz yaşamaq, əlbəttə oxuyaraq yaşamaq lazımdır.

İnanıram ki, bu Dilqəm üçün mümkün olacaq. Onun ürəyi və zövqü var, qalır zəka qədəhini ağzınacan dolduraraq içmək. Bu isə onun iradəsindən, istəyindən və yaratmaq əzmindən asılıdır. Kitabda ən orijinal və təsirli hekayə isə “Bayraq meydanı”dır. Dilqəm ümumilikdə ədəbiyyatımız üçün üç təzə və təravətli obraz yaratmışdır.

Dilqəm Əhməd, təbrik edirəm və sənə bu çətin, həvəs, inad və əzm tələb edən uzun sənət yolunda səbr və dözüm arzulayıram. Qalan şeylər isə özü gələcək.

Axırda müəllifə xatırlatmaq istəyirəm ki, əsərlərindəki həddindən çox yeni sözlərin olması yaxşıdır, amma bəzən o, əndazəni aşır və heç kimin, şəxsən mənim anlamadığım çoxlu yeni sözlər işlədir ki, onların biri də elə “bozqır” sözüdür.

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: