Məntiqsiz ölkə

Məntiq ağıl və sağlam düşüncənin tacıdır. Lakin çox vaxt xarakterlərin əyriliyi ucbatından bir ölkədə az, birində normal olur.

Məntiqsizlik iki cür olur: şüurlu və şüursuz. Şüurlu məntiqsizlik riyakarlıq adlanır və belələri hakimiyyət başına gələndə ölkədə sağlam düşüncəyə yad olan siyasət başlanır. Məsələn, Rusiyada.

Çar dövründə və xüsusilə, humanist, tərbiyəli və yüksək mədəniyyətli, amma qətiyyətsiz II Nikolayın hakimiyyəti illərində məntiq və sağlam düşüncə bərqərar idi. Sonra qətiyyətli məntiqsizlik hakimiyyəti gəldi və böyük imperiyanı yetmiş il cəhənnəmə döndərdi.

Yeltsin məntiqsizlikdən bezmiş xalqın istəyi ilə hakimiyyətə gəldi. Sanki məntiq və sağlam düşüncə epoxası başlandı. Amma bu on illik parlaq dövr qəfildən Yeltsinin Rusiya üçün ənənəvi olan böyük bir məntiqsizlik addımı ilə başa çatdı. O, ölkəni qətiyyətli və məntiqsiz Putinə təhvil verib getdi və bir sıra kiçik hissələri qopan nəhəng imperiyada yenə məntiqsizlik başlandı.

Elə ölkələr də var ki, xalq şüursuz məntiqsiz, rəhbərlik isə şüurlu. Gürcüstan tamamilə məntiqlə, məntiqin sintezi ilə yaşayır. Əlbəttə, milli mənafeyi məntiqsizliklə qorumaq məcburiyyətində. Bu ölkə kiçik bir imperiyadır. Əzəli vətəni kiçik bir vilayət olan Gürcüstan çarizm dağılanda qəfildən qonşu ölkələrin əraziləri hesabına xeyli böyüdü. İndi bu qonşularıın bəziləri fürsətdən istifadə edib qəhrəmanlıqları hesabına Gürcüstandan qopdular.

Torpaq şirin şeydir və cürcülər bizdən fərqli olaraq itki ilə heç cür barışmaq istəmirlər.

Məntiq və məntiqsizlik ölkəsi isə bizik və bunun da məntiqi əsası və izahı var.

Putin məntiqə zərrə-zərrə qayıtmağa məcbur edilir. Bizdə isə əhalinin şüursuz məntiqsizliyi nəticəsində bu, baş vermir və bəzi novruzəlilərin düşündüklərinin əleyhinə olaraq heç vaxt da baş verməyəcək. İş o yerə çıxıb ki, məntiqsizliyi sözlə məntiqli etməyə heç ehtiyac da görülmür. Məntiqsizlik açıq-aşkar tüğyan etsə də, onu sözlə bəzəməyə, əksinə olduğunu iddia etməyə heç ehtiyac görülmür. Çünki «dözümlü xalq» çörəyini daşdan da çıxarıb, məntiq tələb etməyi heç ağlına da gətirmir.

Əhalinin yüz yox, min yox, heç on min nəfərindən biri də qəzet və kitab oxumayan ölkədən siyasi və mənəvi məntiq gözləmək gülüncdür.

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: