Kafka, Avropa və ruslar

Başqa xəstələri bilmirəm, yer üzündə bir milyarda qədər ürək xəstəliyindən əziyyət çəkənlər var. Deyirlər ki, ürək sadəcə nasosdur. Bəs onda niyə insanın uğursuzluqlarından, sarsıntılarından sonra ürək şişir, çatlayır və hətta parçalanır?

Deməli, insana qarşı edilən haqsızlıq və ədalətsizliklər və insanın öz səhvi ilk növbədə ürəyə təsir edir.  Bütün mənəvi sarsıntıların zərbəsi ona dəyir.

Ona görə insan, elə ürək deməkdir.

Bu səbəbdən də mən dünyada hər gün insan xəstəlikləri üçün növ-növ dərman yaradan və onu hazırlayan alimlər və həkimlərdən alicənab məxluqlar tanımıram. Təkcə ürək xəstəlikləri üçün bəlkə, minlərlə dərman yaradılıb istehsal olunur və əgər bir gün bu dərmanlar apteklərdən yığışdırılsa, elə həmin gün yüz milyonlarla insan həyatla vidalaşmalı olar.

Lakin xəstəliyin istedadın və onun dünyagörüşünün formalaşmasına təsiri olmur, əgər beynin özü bilavasitə ağır xəstə deyilsə.

Kafka da xəstə idi, amma zəkası yer üzündə ən sağlam və ən qüdrətli zəka idi.

O, həyatın astarını, insanlararası münasibətlərin mexanizmini və hakimiyyətin görünməyən və səylə gizlədilən mahiyyət və davranışını görə bilən yeganə mütəfəkkir idi.

Yeganə olduğu üçün də əlbəttə, əsərlərinin qüdrətini özü kimi heç kim görə və dərk edə bilmirdi. Buna görə dünyada ən tənha yazıçı idi, hərçənd ki, yaxın dostları olsa da. Ən yaxını isə Maks Brod idi.

Mən Brodun romanlarını oxumamışam. Çünki gərək ki, hələ rus dilində çap olunmayıb və hətta heç adı da ensiklopediyalara düşməyib. Lakin bu adam Kafkanın ona etibar edib yazdığı vəsiyyətnaməsinə əməl etməyərək, dostunun əsərlərini yandırmayıb.

Bəs Kafka niyə əsərlərinin çoxunu – «Mühakimə» və «Qəsr» kimi təkrarsız və əlçatmaz şedevrlərinin məhv edilməsini istəyib?

Çünki əvvələn, sənətkarın özündən sonra ona qiymət vermək alçaqlıq və əxlaqi fahişəlikdir və Avropa ədəbi ictimaiyyətinin də yarısı elə, yarısı belədir. Avropa bunu əksər dahilərə münasibətdə dönə-dönə sübut edib, özü də bir dəfə yox, yüz dəfə, rəssamlara (Van Qoq, Qogen, Modilyani və s.), bəstəkarlara (Motsart, Bethoven, Şubert), filosoflara (Ştirner, Şopenhauer, Kerkoqor, Nitşe).

Və Kafka güman ki, özündən sonrakı şöhrətin bir qara qəpiyə də dəymədiyini hiss edir və bilirdi.

İkincisi, bu əsərlərin başa düşüləcəyinə də güman ki, inanmırmış.  Və nəhayət, insan (ruslardan başqa) öz körpəsini boğub və ya hansısa başqa bir şəkildə məhv edə bilərmi? Yox. Ona görə bu işi dostuna həvalə edib və dostu da sağ olsun ki, bu tövsiyəyə əməl etməyib.

Sovet ədəbi ideoloqları, tənqiçi və yazıçıları dolayı yolla onların siyasi rejimlərini və doqmalarını inkar edən bu nəhəngin əsərlərini uzun illər sərsəm bir dəlinin qələm məhsulu kimi söyür, ələ salırdılar.

Lakin Avropanın gündən-günə göyə qaldırıb, sənətin zirvəsinə qoyduğu Kafka zəkasının və istedadının görünməmiş qiymətləndirilməsini görüb yavaş-yavaş ona qarşı münasibətlərini və ifadələrini yumşaltmağa başladılar. Çünki görürdülər ki, artıq bu boyda dahinin əsərlərini sayıqlama kimi izah etmək gülünc təsir bağışlayır. Buna görə nəhayət, 1964-cü ildə Kafkanın bircildliyini, yenə xəstə beynin məhsulu kimi olsa da, kiçik bir tirajla nəşr etməyə məcbur oldular.

Özləri isə…

İqor Buniç parlaq «Partiyanın qızılı» əsərində yazır: «Lenin öləndən sonra onun kəlləsini açan həkimlər dəhşətə gəlib gördülər ki, İliçin beyninin bir yarımkürəsi anadangəlmə xarab olaraq işləmir. İkinci yarımkürəsi də o dərəcədə kəc bağlayıb ki, tamamilə əhəngə dönüb və heç cür başa düşmək olmur dünya proletariatının rəhbəri nəinki son illərdə necə yaşayıb, ümumiyyətlə, hələ uşaq ikən ölməli imiş.

Həkimlər belə hesab edirlərmiş ki, bu cür beyinlə insan heç cür yaşaya bilməz. Ümumiyyətlə, bu beynin sahibini insan adlandırmaq olarmı?» (İ.Buniç, «Zoloto partii», M. 2003, səh.203).

Özləri bu cür beyni çürük adamın yaratdığı dövlətdə yaşaya-yaşaya və belə bir idiotun çürük cənazəsini dəbdəbəli Movzoleyə qoyub, hər gün onu ziyarət üçün bir kilometrlik növbəyə düzülən bir idiot xalq ola-ola dünyanın ən sağlam təfəkkür sahibinin əsərlərini xəstə beynin məhsulu hesab edəsən? Çünki Kafkanın əsərləri onların mənfur təbiətlərinə və ideyalarına zidd idi.

Nəhayət, budur, keçən il yeni Rusiya Ensiklopediyasında Kafanın qüdrəti etiraf edildi, əlbəttə, yenə müəyyən yaramazlıqlarla.

Lakin Kafkanı hələ nankor Avropa da lazımınca dərk etmir. Çünki Kafka üçün ümumiyyətlə, həyatın özü insanlar üçün yaradılan cəhənnəm kimi təsvir olunur.

Adamı o yandırır ki, cəngəllik qanunları hökm sürə-sürə ölkələrdəki yaşayış parlaq bir həyat kimi təqdim olunur və Avropada da, ABŞ-da da hələ də ictimai fikir və xüsusən zövq ən aşağı pillədə qərar tutub. Nitşe və Kafkalar dönə-dönə nəşr olunsalar da.

Rusiya və ya bizə gəldikdə isə hələ də ictimai-əqli sferanın zirzəmisindəyik, özü də uzun müddətə.

Kitablarımın tirajı bunun əyani sübutlarından biridir.

Kaş Mirzə Fətəli və Üzeyir bəyin ruhları qalaydı. Yəni ruh deyilən şey olaydı. Eləcə də, Nitşe və Kafkanın. Ancaq ruh da, hətta olsa belə, beynin sakini və kirayənişinidir. İnsan beyninin. Beyinlər isə, xüsusilə seçilmiş beyinlər heç vaxt yola getmir, bir-birlərini həzm edə bilmirlər, hətta beyindən kənarda, efirdə də.

***

Kafka gecələr yata bilmirdi. Çətinliklə, çox az yatırdı. Yatanda da qorxulu və səksəkəli yuxular onu əldən salıb, əhvalını zəhərləyirdi.

Budur, artıq 90 ildir ki, bu təkrarsız insan rahat-rahat yatır və pis yuxulardan da canı qurtarıb.

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: