Çörçill yazır

«Əgər hələ məyus ola bilirsənsə, deməli, hələ cavansan».

Çörçillin bu dərin mənalı sözlərini necə şərh etmək olar? Çox geniş.

Əvvələn, həyat və insanlar uzun ömür yaşayan insana belə, son dəqiqəsinə qədər pis mənada sürpriz verə bilər. Yəni insan nə qədər təcrübə məktəblərindən keçsə də, yenə aldanır. Koroğlu əbəs yerə demirdi ki,

Yüz il lotuluq işlətdim,

Axır oldum xam Koroğlu.

Ona görə bu fikirdə «hələ cavansan» sözləri mənfi mənada işlədilib. Lakin bütün münasibətlərdə qaya kimi sarsılmaz dayanıb yaşamaq da mümkün deyil. Çünki bu zaman ola biləcək faydalardan da məhrum olmaq olar.

Lakin münasibətləri elə qurmaq da olar ki, heç vaxt məyus olmayasan. Amma bunun üçün bazar alverçisi səviyyəsinə yüksəlmək lazımdır ki, bizim kimi insanlar üçün daim əlçatmazdır.

Ona görə hələ gəncliyindən məyus olanlar daim olacaqlar. Çünki hər min nəfərə, bəlkə lap yüz min nəfərə bir məyus olanlar düşür. Bu, Təbiətin sirri, daha doğrusu, həyat adlanan oyunda oynamağa qadir olmayanların nəsibidir. Lakin paradoks budur ki, Təbiət belələrinə stavka edib məqsədinə çatır.

Nədir Təbiətin məqsədi?

Təbiət həyat üçün «brak» məhsullarında möcüzə yaradıb, ona tamaşa edərək ləzzət alır. Eynilə xrustal ustasının yaratdığı şedevrindən ləzzət aldığı kimi.

Və bir qəribəsi də odur ki, hər belə ustanın yaratdığı möcüzə təkrarsız olur.

Təbiət onu daim məyus edərkən, bu adam buraxdığı səhvin acığını çıxmaq üçün cavab hazırlayır. Təbiət də elə bunu istəyir.

Belə adamların «purjini» olmur və onlar başqalarından elə bununla fərqlənirlər. Çörçillin bu kəlamında hər şeyə hazır olmaq tələb olunur və hər şeyin ola biləcəyini nəzərə alıb ehtiyat mənbəyi toplamaq, ehtiyat variantı hazırlamaq lazımdır. Lakin bu, nadir hallarda baş verir və ya gec olur.

Təbiət məqsədinə çatmaq üçün əlində olan bütün qüvvələri – hakimiyyəti, dostları, düşmənləri, hər cür sənətsevər dövlətlilər və xeyirxahları səfərbər edib məyusun bütün təşəbbüslərinin qarşısını alaraq, onun qəzəbini kristallaşdırmasına nail olur, onun həyatını cəhənnəmə döndərib ondan nektar və bal alır.

Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: