İki yol

Qarşıda iki yol uzanırdı. Birincisi ilə getmək lazım deyildi, çünki divlərin, cinlərin, əjdahaların məskəninə aparırdı.

İkinci yol isə doğma obalara, kəndlərinə, gecələr itlər hürən və babaların nəvələrə «Məlikməmməd» nağılını danışdığı komalara, evlərə aparırdı. Amma bu yolla heç kim getmirdi.

Nizami də, Xaqani də, Məshəti də, bütün şirvanilər də.

Beləliklə, bir sürü nəhəng klassiklər öz doğma xalqlarına deyil, yadlara və düşmənlərə xidmət edirdilər.

Kimə lazımdır «əxi»?

«Əxi» nədir?

Hətta pantürkçü Əli bəy Hüseynzadənin də bütün yazıları nə ərəbcədir, nə farscadır, nə də türkcə. Özü də özünü pantürkist hesab edən bir şəxsin.

Əsrlər boyu bizdə nə ilə fəxr ediblər? Mənfur əhəməni və sasani işğalçılarının dilini bilmək və bu dildə yazmaqla.

Nədir gözlərinizi bərəldirsiz, düz demirik?

Bəs niyə əsrlər boyu həmin imperiyaların daxilində olsalar da, bir erməni, bir gürcü də ərəb və ya farsca yazmadı? Çünki ağlı başında olan müəllif öz xalqı üçün, xalqının dilində yazar, əcnəbinin, yadın, düşmənin dilində yox.

Cənab professorlar, nədir füyuzat? Bəlkə, nəinki siz, heç Əli bəy cənablarının özü də bilmirdi. Bəs necə olub, hansı ağılla jurnalına bu adı qoyub? Çünki bununla gözə qum atmaq, özünün yüksək səviyyəsini nümayiş etdirmək istəyib. Halbuki, bu, tamam əksinə olan bir səviyyənin məhsuludur.

Ona görə yaşasın füzulilər, nəsimilər, xətailər, vaqiflər, sabirlər ki, bizim üçün klassik poeziya qoyub getdilər. Eşq olsun Mirzə Fətəliyə ki, dahiyanə komediyalarını doğma dilində yaratdı.

Əks təqdirdə, özgə ölkənin komandasında oynayıb öz ölkəsinin qapısına qol vuran futbolçu kimi, belələri ilə fəxr etməyə dəyərmi?

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: