Əyrilik məddahları

İnsan çox vaxt bilərəkdən, gündəlik qazanc xatirinə yalana qulluq edir. Dediklərinin və qulluq etdiyinin yalan və əbədi olmadığını bilsələr belə. Bunlar nə boyda vəzifədə olsalar da, xırda adamlardır və ümumiyyətlə, çox vaxt yalanın əbədi və ya müvəqqəti olduğu barədə heç düşünmürlər də. Böyük məmurlar, kiçik istedadlar və kütlə adətən, belədir.

Lakin bəzən böyük istedadlar da yalanın düz və əbədi olduğunu düşünüb ona xidmət edirlər. Nəinki xidmət, hətta özlərini bütünlüklə ona həsr edirlər.

Düz olmadığını bəlkə də bilirlər, lakin əbədi olduğuna bütün varlıqlarıyla inanırlar. Kommunist rejiminin zorla tətbiq olunduğunu yəqin ki, nəinki rus yazıçı və şairləri, hətta Azərbaycan yazıçı və şairləri də bilməyə bilməzdilər.

Ruslarla işimiz yoxdur. Çünki onların ən böyük istedad sahibləri ağıllı tərpənib əyri rejimin bir gün uçula biləcəyinin mümkünlüyünü düşünərək, onu ifşa edən əsərlər də yazıb çap etdirmiş, ya da əlyazma şəklində evlərində qoymuşdular. Və həqiqətən də həmin «sandıq ədəbiyyatı» bir gün onların üzünü ağartdı.

Lakin bizim qabaqcıl istedadlarımız, xalq şairləri və yazıçıları, «ədəbiyyat generalları» belə şeyləri heç ağıllarına da gətirmirdilər. Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Mirzə İbrahimov, Mehdi Hüseyn, Süleyman Rəhimov və onlarla başqaları, bütün Yazıçılar İttifaqının üzvləri belə idilər.

Süleyman Rüstəm kommunizmin düzlüyünə, əbədiliyinə və təntənəsinə o qədər inanırdı ki, hər il oktyabr ayı gələndə ona bir şer həsr edərdi. Nəticədə ömrünün axırında onun Oktyabr inqilabına həsr olumuş bir yox, iki yox, üç yox, beş yox, təxminən əlli-altmış şeri yazıldı. Bu, əlbəttə, sənətin, poeziynın faciəsidir. Yaxşı ki, Cənub şerləri, qəzəlləri var. Hərçənd ki, onların da bəzi misra və beytləri kommunizmə «bulanıb».

Səməd Vurğun və ya Rəsul Rzadan da cəmi bir kitabça şer yadigar qaldı.

Elə nasirlərimizdən də.

Təsəvvür edin ki, şairlər fars şairi Hafiz kimi hamılıqla bir gözəli daim tərifləyib, onun hüsn-camalını, tər buxağını, al yanaqlarını, ala gözlərini və ən əsası şux əndamını tərifləyib göylərə qaldırırlar və bir gün bu cananın birdən-birə ipək donu üzündəki maska ilə bərabər sürüşüb düşür. Məlum olur ki, gözəl sən demə, üz-gözünü xora basmış, bədəninin hər yeri əyri-üyrü, cüzam xəstəliyinə tutulmuş bir «xanım» imiş. Ona görə əsl istedad sahibi mədh etdiklərinin sabahını da nəzərə almalı, bir gün onun yerinə tamamilə başqa birisinin keçə biləcəyini nəzərə almalı, bütün yaradıcılıq ehtiyatını son qətrəsinə qədər ona həsr etməkdən çəkinməlidir. Axı dünyada əbədi heç nə yoxdur, üstəlik, əyrilik açıq-aşkar görünürsə.

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: