Əyri binanın əyri kərpici

Bir nəfər qəribə adam nəhəng, amma əyri bir binanın orta kərpiclərindən birinin üstünə düşüb əlindəki çəkiclə hey onu döyəcləyirdi.

Bina əyri idi. Çünki bünövrəsi belə idi. Və yüz minlərlə, milyonlarla əyri kərpiclər bir-birinin üstünə yığılıb, bir-birinə basılıb yastılanır, üst-üstə nəhəng və eybəcər bir «Babil» qülləsi əmələ gətirmişdi.

Və bu həqiqət fanatiki də bir kərpicin üstünə düşüb eyni inadla hey onu döyəcləyirdi. Kərpic yarıq-yarıq olmuşdu, amma yerində möhkəm idi. Çünki altındakı və üstündəki minlərlə kərpiclər onu möhkəm saxlayırdı. Kişi kərpici laxladıb çıxarmaq istəyirdi, amma bu, mümkündümü? Hətta bir gün mümkün olsa belə, lap yeri boş qalsa da, binaya heç nə olmayacaqdı və milyonlarla əyri kərpiclərdən hörülmüş qəsr bunu heç hiss etməyəcəkdi də.

İkincisi, dərhal onun yerinə yeni bir əyri kərpic qoyulacaqdı.

Kərpicsökən kişi isə bunu başa düşmür, özünü qəhrəman hesab edib hey əlindəki çəkiclə kərpici çapmaqdan əl çəkmirdi. Kərpic də çox möhkəm idi və ondan ancaq qırıntılar qopurdu.

Bəlkə, bu bir vərdiş idi, bəlkə də məşğuliyyət idi. Hər nəsə, kərpicsökənə elə gəlirdi ki, öz vətəndaşlıq, vətənpərvərlik borcunu yerinə yetirir və qüvvəsinin tamamilə səmərəsiz sərf olunduğunu anlamırdı.

Anlamırdı ki, sadəcə bir kərpic üçün xoşagəlməz milçək vızıltısından artıq  bir iş görmür. Və yəqin, elə buna görə də ona dəyib-toxunmurdular.

Реклама
Categories: Pritçalar | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: