Yenidən gəncləşmək mümkünmü?

Müdrik Nizami Gəncəvi 900 il qabaq onun yolunu göstərib…

Bu başdan deyək ki, belə görünür ki, mümkündür. Çünk bunu neyronlarım və hüceyrələrim istəyir. Niyə? Kim yenidən xoşbəxtlikdən və sevgidən məst olmaq istəməz?

Axı «mən» kiməm? Mən həmin neyron və hüceyrələrin cəmləşdiyi, əl-ələ verib «işlədiyi» və yaşadığı bir toplumam. Mən xoşbəxtəmsə, deməli, onlar xoşbəxtdir. Mən varamsa, deməli, onlar var. Buna görə hər gecə gənclik illərimə və sevgilərimə qayıdıram ki, onlar bunu istəyir.

Bəs qayıtmaq mümkünmü? Əlbəttə. Belə olmasaydı, hüceyrələr və neyronlar bunu istəməz, yuxu adlı bir tamaşada ani də olsa, ülluziya da olsa, o dövrə qayıtmazdım.

Bu, Ziqmund Freydin «Ləzzətin mənası» dahiyanə əsərinin müddəalarına zidd görünsə də, əslində məsələ elədir ki, insan ayıqlıqda ölümə, yuxuda isə ölməzliyə və gənclik çağlarına can atır.

İngiltərədə min il qabaq əkilən tis (küknar) ağacının min il yaşadıqdan sonra təbiəti aldadıb necə gəncləşməsi faktı artıq elmə məlumdur. Müdrik və ağıllı ağac gəncləşməyin yolunu tapıb. Bəs biz o yolu necə tapaq?

Müdrik Nizami Gəncəvi 900 il qabaq onun yolunu göstərib.

Arktika və Tundra vadilərində əbədi qarlar diyarının suyu və havası! Bunu Nizami hardan və necə bilib, bu, sirrdir. Məsələ bundadır ki, Tundranın şimal hissələrində ilin 11 ay yarımı torpaq qar altında olur. Hər şey, bulaqlar da donur. Yalnız yayın ortasında 10-15 gün qarlar əriyir, gün yumşaq torpağı qızdırır, saysız güllər-çiçəklər baş qaldırır, torpaq ölməzliyin qapılarını açır. Necə?

Yerin altından yolu açılıb sızılıb-çağlayan kiçik bulaqlar yüngül sudur.

Siz təmiz dəmir görmüsüzmü? Yox. Amma mən görmüşəm. Bilirsiz, bu qara metal təmiz halda necə gözəl, necə qəribə, sehrli təsir bağışlayır? Bütün başqa metallar da eləcə. Təmiz halda olan qızıl hara, tərkibinin yalnız yarısı qızıl olan bizim əşyalarımız hara.

İçdiyimiz suda iki hidrogen və bir oksigendən əlavə dünyada nə desən var. Nə cür «zir-zibil» istəsən var və bizi də, yəni hüceyrələrimizi, neyronlarımızı da qocaldıb, onların «doğmaq», bölünmək xüsusiyyətlərini də sıradan çıxaran həm suda, həm də havada olan «zir-zibillər»dir.

Tundra havasında hava böyük faizlə təmiz oksigendir. Hətta azotun faizi də planetin başqa yerlərində olduğundan azdır.

Bulağın suyunda isə yalnız təmiz dəmir, maqnezium və başqa element və qazlar mövcuddur.

Və bütün bu xüsusiyyətlər və komponentlər qarlar diyarının suyunu hər cür zərərli mikroblardan azad edib, canlı orqanizm və onun hüceyrələri üçün saflayıcı, təmizləyici və gözəl qidalandırıcı xarakter daşıyır.

Orada 1-2 həftə yaşayıb, o bulaqların suyunu içib, havası ilə nəfəs alanda qoca orqanizmin neyronları və hüceyrələri «toz-torpaqdan» və hər cür «hiss-toz»dan  təmizlənir, yenidən bölünmək və artmaq xüsusiyyəti əldə edib çoxalmağa başlayır və orqanizm – beyin, ürək, böyrəklər, ciyərlər, göz, qulaq və nəhayət, dəri gəncləşir və 80 yaşlı qoca 30-40 yaşlı cavana çevrilir. Bəs onda insanlar niyə bunu etmirlər? Əvvələn, işlərinə, vəzifələrinə, əməllərinə «yapışıblar». Qopmaq qeyri-mümkündür, hətta illik məzuniyyət vaxtı da.

İkincisi, bu cür mühitə öyrəşiblər. Üçüncüsü, bu işdən xəbərləri yoxdur. Dördüncüsü, qarlı Tundrada 1-2 həftə yaşamaq imkanı olanlar çox azdır. Dördüncüsü, həvəs yoxdur. Beşincisi, tənbəllik qoymur. Altıncısı, ağıl və qətiyyət çatışmır.

Beləliklə, təbiətin bu uzun ömür ehtiyatı həyat və gənclik xəzinəsi kimi layiq və ehtiyacı olanlar üçün də əlçatmaz olaraq qalır.

Реклама
Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: