Ah, Veyninger, Veyninger!

Bu günlər bir dahi praqmatikin ki, bizdə belələri doludur, tərtib etdiyi və Moskvada çap olunan «Aforizmlər» toplusunda… xüsusilə iki kəlamı oxuyanda yanıb-töküldüm, nə töküldüm! Necə deyərlər, burda nitqim tükəndi, burda sözum qurtardı.

Yadıma düşdü ki, 25 yaşında canına qəsd edən və 23 yaşında dahiyanə «Cins və xarakter» traktatını çap etdirən yəhudi filosofu Otto Veyningerin əsərinin sonunda gəldiyi nəticəni bəyənməməklə necə axmaqlıq etmişəm.

Bu gənc mütəfəkkir necə dərin nəticəyə gəlibmiş.

Məsələ bundadır ki, 4 milyard il əvvəl okeanda əmələ gələn və yalnız nüvə və protoplazmadan ibarət olan ilk canlı hüceyrələr ki, milyard il eləcə qalıb və yalnız ikiyə bölünməklə artıb-çoxalıblar.

Həyatın necə gözəl çağı imiş. Dünyada necə təmizlik və xoşbəxtlik var imiş.

Bunu nə Platon, nə onun dostu və əleyhdarı Aristotel, nə Kant, nə Şopenhauer, nə də Nitşe (hətta Nitşe də ha!) başa düşmüşlər.

Bu xoşbəxtlik, bu ədalət, bu təmizlik və ilahilik artımın yeni bir forması əmələ gələnə kimi davam etmiş, elə ki, o dadlı və murdar forma əmələ gəlib, o andan həyat öz bakirəliyini, gözəlliyini və təmizliyini itirib, hər yanda fahişəlik başlayıb.

Və bütün həyat dünyasını rəzalətlər bürüyüb. Əcaib, qorxunc məxluqlar, dinozavrlar və axırda da ən pisi olan insanlar əmələ gəlib.

Ah, özünə qəsd edib murdar bir prosesin məhsulu olan həyata kişi və qəhrəman kimi tüpürən, Otto!

Mən səni başa düşdüm.

Həmin dediyim iki aforizm belədir: «Xalq dövlət üçün deyil, dövlət xalq üçün mövcuddur».

Və «Oğru və rüşvətxoru qəhrəmana çevirmək öz xalqına xəyanət etmək deməkdir».

Bunları oxuyandan sonra necə dəli olmadığıma (bəlkə də artıq olmuşam, xəbərim yoxdur) təəccüb edirəm. «Yer üzünün əşrəfi» (S.Vurğun) adlandırılan bir canlı növü «qavno» ikən necə də yüz min kitablarda beləcə, mədh olunur.

Veyninger bunu dərk etdiyinə görə 25 yaşında ikən intihar etdi.

90-cı illərdə Azərbaycan baha olduğun söyləyib bir neçə il türkmən qazından imtina etdi. Yüz-yüz minlərlə gözəl palıd, dəmir, vələs və başqa ağaclar qırıldı, dağlar ağacsız qalıb çılpaq oldu, soyuqdan minlərlə körpə və qocalar xəstələnib öldü.

Sanki heç nə baş vermədi və əvəzində bir neçə yüz milyon dollar «dövlətimizə» qalıb Saparmurada çatmadı. Əslində dünyada nə pis hadisə, nə ədalətsizlik, nə zorakılıq baş verirsə, heç kimdə günah yoxdur. Çünki 2 milyard il əvvəl canlı varlıqlar bir çoxalma vasitəsindən imtina edib, başqa bir üsula keçdilər. Bunu onlara kim tövsiyə etdi? Nə onları buna məcbur etdi?

Bax, günahkar həmin KİM və ya NƏdir.

Реклама
Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: