Uşaq təfəkkürlü siyasətçi Zəlimxan

Köhnə qəzetləri vərəqləyərkən ölkə müxalifətinin beşinci dərəcəli siyasilərindən biri olan Zəlimxan Məmmədlinin 2 il əvvəl qəzetimizə verdiyi müsahibə gözümə sataşdı. Aydındır ki, müsahibəni oxumağa ehtiyac olmadı. Çünki adamı oxumağa məcbur edəcək heç nə yox idi. Amma sərlövhəsinə baxın: «Böyük siyasətdən getmək haqda düşünmürəm».

Pah atonnan! Doğrusu, əvvəl «əşi, belə şey ağlına gəlməsin, yoxsa millətin evini yıxarsan» – deyib bir xeyli güldüm.

İşə bax ha, bu adam sən demə, böyük siyasətlə məşğul olduğunu düşünür. Gözümün qabağına rayonlarda, kəndlərdə uşaqların qamışdan at düzəldib, ya da hardansa bir çarx tapıb onu maşın zənn edərək sürdükləri səhnələr gəldi. Belələri indi də var. Çünki uşaq ağlı, uşaq psixologiyası üçün bu, zəruri bir tələbatdır.

Yaxşı, bəs q?rx neçə yaşlı adam ölkədə demək olar ki, heç bir siyasi nüfuzu, təsiri və şöhrəti olmaya-olmaya necə özünün böyük siyasətlə məşğul olduğunu düşünür? Eynilə qamışdan at sürən balaca uşaqlar kimi.

Bəlkə, biz səhv edirik? Bəlkə, bu adam hər həftə hansı bir səfirliyin dəvətiləsə gedib, onlarla ikilikdə oturub dünya siyasətini müzakirə edir?

Hörmətli Zəlimxan müəllim, bəlkə biz bilmirik, doğrudan səni BMT-nin sessiyalarında və ya Avropa parlamentində çıxış etməyə dəvət edirlər? Və bəlkə, sən heç bu dəvətlərə də etina etmirsən?  Əgər belədirsə, daha nə demək olar.

Amma hamı bilir ki, belə şeylər sənin üçün çox-çox əlçatmazdır və ən kiçik səfirliklərdə belə, heç kim sənin kim olduğunu, ən əsası isə siyasətlə məşğul olduğunu bilmir. Bəs belə olduğu halda, sən necə bu cür təntənəli müsahibələr verirsən?

Doğrudur, bəzi müxalifət liderlərimizi keçmişlərdə səfirliklərə və ya xarici ölkələrdəki siyasi müşavirələrə dəvət edirdilər, Allaha şükür, indi onları da saya alan yoxdur. Belə olduğu halda, axı sən bir siyasətçi kimi gözə görünmədiyini, ölkə həyatında heç bir rol oynamadığını, müsahibələrində dediyin sözlərin, iddiaların özündən başqa heç kimə gərək olmadığını bilə-bilə necə bu cür yekə-yekə müsahibələr verirsən?

Bütün bunları düşünəndən sonra fikirləşdim ki, əşi, axı o da insandır, o da yaşamaq istəyir, onun da ailəsi, arvad-uşağı var. Bizneslə məşğul olmaq yəqin ki, əlindən gəlmir. Hərçənd ki, gürcüstanlı olduğu üçün bu, bir az təəccüblüdür. Bəs bu yazıq neyləsin? Axı birtəhər yaşamaq və ailəni dolandırmaq lazımdır, ya yox? Ona görə kişi orda-burda başını girləyib, hər yerdən 5-10 manat alıb birtəhər dolanır.

Danışmağı bacarır, qrammatik cəhətdən cümlələr qurur, kiçik yığıncaqlarda çıxış edə bilir və bu yolla da yaşayır. Bunu da etməsin, bəs neyləsin? Bir daha qeyd edək, fəhləlik yoxdur, tikintilərdə işləməyi də özünə sığışdırmır, həm də artıq gecdir, eləcə də  alverlə də məşğul olmağa utanır.

Amma Gürcüstanda olmasa da, Bakıda soydaşları arasında yekdillik var, bir-birlərinə əl tuturlar, bu yaxşıdır.

Deyə bilərsiz ki, bəs niyə vətəninə gedib orada partiya yaratmır? Hüquqları pozulan həmyerlilərinin qayğısına qalmır? Hamısı gəlib Bakıda siyasət və bizneslə məşğuldurlar. Qəribədir ki, “Borçalı” Cəmiyyətini Gürcüstanda yaratmaq əvəzinə burada yaradırlar. Guya, Borçalı Gürcüstanda deyil, Azərbaycandadır. Orada siyasi və biznes aləmində heç bir rol oynamayan və buna cürət etməyən bu adamlar Bakıda 1 metr uzunluğunda dilləri var və meydan da sulayırlar.

Belələrinin biri də qonşuluğumuzda təmtəraqlı bir ev tikib. Amma özü görünür, şəhərin başqa bir yerində tikdirdiyi villada yaşayır, ildə bir dəfə də bu gözəl binaya və həyətə gəlmir və bu qədər qaçqınlar, köçkünlər it günündə yaşadıqları halda, belə gözəl bina da boş-boşuna qalıb tökülür.

Doğrudan, nə yaxşı ki, bu müxalifət qəzetləri var. Allah onları çap edənlərə və etdirənlərə uzun ömür versin. Bunlar olmasaydı, bu zəlimxanlar görəsən, neylərdilər? Onda yəqin ki, onları heç bir partiya öz sıralarına qəbul etməzdi. İndi necə olsa, müsahibələr verir və üzvü olduğu partiyalarda öz varlığına haqq qazandırır.

Görəsən, ölkədə həqiqi demokratiya olsaydı, müxalifətə siyasi fəaliyyətdə yer verilsəydi, onda zəlimxan məmmədlilər doğrudan da böyük mitinqlərdə, meydanlarda çıxıb böyük siyasətlə məşğul olduqlarını sübut edə bilərdilərmi? Yəqin ki, yox. Çünki bu tayfa açıq mübarizəyə girməkdən çəkinir, ehtiyatla davranır və çörəyini çıxartmağı bacarır.

Advertisements
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: