Soğan

Mən soğanı çox sevirəm və o hər gün süfrəmin bəzəyidir. Çünki jenjen kimi bir şeydir.

Bu günlərdə qırmızı soğanın bu il qabığının bir neçə qat olduğunu görüb əvvəlcə təəccüb etdim. Sonra yadıma düşdü ki, axı bu il qış görünməmiş dərəcədə şaxtalı keçdi və müdrik Təbiət beləcə, öz yetirməsinin qayğısına qalır.

Və ümumiyyətlə, Təbiət bütün bitkilərin və heyvanların qayğısına qalıb ən ağlasığmaz şəraitdə də onların bitib, doğulub böyüməsi, çiçəklənməsi və düşməndən qoruna bilməsi barədə fikirləşir. Təkcə bir misal: bir çox bitkilərin tikanlı olması məhz düşmənlərinin onların yarpaqlarını yeməsinə mane olmaq üçünmüş.

Eləcə də, Təbiət heyvanların qayğısına qalıb onların düşməndən müdafiə olunması, nəslinin qırılıb qurtarmaması üçün bir çox vasitələr fikirləşib.

İnsana isə Təbiət böyük beyin bağışladığına görə onun özünü müdafiə etməsini tamamilə öz ixtiyarına verib. Buna baxmayaraq, hər gün bəlkə də, yüz minlərlə insan vaxtından əvvəl məhv olub gedir. Hamısı da ağla üstün gələn tamah və ehtiras ucbatından.

Lakin onda bəs 65 milyon il əvvəl Təbiət Yer kürəsinə nəhəng bir astroidi göndərməklə dünyada ağalıq edən minlərlə dinozavr növünü, yəni canlıların 80 faizini niyə məhv edib?

Bu beyinsiz sürülərin bağırtısından bezdiyinə görəmi? Daha kamil canlı olan məməlilərin və insanların meydana gəlib yaşaması üçün şərait yaratmaq üçünmü?

Axı dinozavrlar hələ də yaşasaydılar, insanların meydana çıxmasına heç cür imkan olmazdı. Ümumiyyətlə, insanların nəyi və harası Təbiətə xoş gəlib? Heç şübhəsiz ki, onların içindən çıxan ayrı-ayrı nüsxələrin istedad və zəkası! Amma indi ki, bu cür nüsxələr – Platon və Bethovenlər artıq tükənib, bəs onda Təbiət bu səs-küyə, bu maşınların bağırtısına, bu atom bombalarına və başqa silahlara, bu eybəcər göydələnlərə necə dözür? Güman ki, dözməyəcək. Amma o, bizə nə qədər vaxt verib? Hə, bax bu, çox maraqlıdır.

Реклама
Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: