Qismətdən qaçmaq olarmı?

Allah özü qisməti müəyyən edirsə, bu, mümkünmü? Yaradan özünün müəyyən etdiyi acı qismətdən qurtarmaq üçün yol qoyurmu? Bu acı qisməti hər hansı bir məqsəd və niyyət üçün cızıbsa, ondan qaçmaq mümkünmü?

Əlbəttə, palçığa bulanmaqla, məsələn, Nizami Cəfərov yolu ilə getməklə bu, mümkünsə onda belə çıxır ki, əslində Allahın heç bir planı yox imiş. Əgər olsaydı, sadəcə simanı dəyişməklə qismətdən qaçmaq, qurtarmaq olardı.

Hətta Nitşe kimi bir yarımallah da yazanda ki,

                  Şahanə taleyini

                 Daşımaq olmuş çətin?

                 Sev onu, neyləməli,

                 Odur sənin qismətin.

                                   (tərcüməsi bizimdir)

Deməli, sifətini itirmədən qismətdən qaçmağın mümkünsüzlüyünü hətta o da təsdiq edib, acı tale ilə barışmağı məsləhət görür.

Lakin bəlkə, çıxış yolu var? Bəlkə, sınamağa dəyər?

Lüdviq Van Bethoven taleyin hökmünə etiraz edir, qiyam qaldırır, boyun əymirdi. Amma qismətdən xilas ola bilmədi.

Ola bilsin onun bu üsyanı elə Allahın qisməti imiş ki, bu etirazı «5-ci simfoniya» və ya «Appasionata» kimi dahiyanə əsərlərlə ifadə etsin. Ölkədən qaçmaq, yad ölkədə uğur qazanmaq çıxış yolu ola bilərdi, lakin qismət orada da səni təqib etməyəcəkmi?

Təsadüf və səy köməyə gələ bilməzmi? Məsələn, alicənab bir metsenat işə qarışa bilər. Amma bizim Mübariz Mənsimovla qəribə şəkildə qurtaran əhvalat kimi, qismətin nə qədər qüdrətli manevrlər ehtiyatına malik olması bunu da inkar edir. Bizim bu adama xidmətimizin bəhrəsini tale kənar adamlara – nəşriyyat direktoruna və keçmiş kolxoz sədrinə bağışladı.

Tale qismətdən qaçmağın bütün yollarını tupikə döndərir.

Amma qismət qətiyyən bitərəf olub qalmır və hər cür təşəbbüsün qarşısını yeni bir formada alır. Bizcə, yeganə çıxış yolu qismətin ağlına gəlməyən bir vasitə ola bilər, yəni qisməti aldatmaq. Və bu da insana firavan yaşamağa deyil, sadəcə, orta səviyyədə yaşamağa imkan verər. Başqaları, sələflər buna getməyiblər. Biz isə getdik və nəticədə indiyə qədər yaşayır və yaşadırıq. Hərçənd, bu, çox baha-başa gəlir, amma itki də böyük olmur.

Реклама
Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: