Azərbaycanı rüsvay edən Rüfət Abdulla

Martın 25-də NTV-də «Svoya iqra» intellektual komanda oyununa azərbaycanlı bir cavan oğlanı – Rüfət Abdulla adlı birisini göndərmişdilər. Onun rəqibləri Sankt-Peterburq və Tümendən olan rus cavanları idi.

Bu başdan deyək ki, bu adam zərrə qədər savadı, biliyi, məlumatı və səviyyəsi olmadan bütün dünyanın baxdığı beynəlxalq intellektual yarışına gəlmişdi.

Kim göndərib onu? Yəqin ki, ya qohum, ya da yerliləri. Və bu adam səviyyəsini, savadını ya bilərəkdən, ya da bilmədən gəlib belə bir səhnəyə çıxıb və bu cür məsuliyyətli bir missiyanı boynuna götürüb.

3 raunddan ibarət olan, hərəsində 15-20 sual verilən yarışın sonunda Rüfət Abdulla nə qədər xal qazansa yaxşıdır, sıfır.

Bu cavan cəmi 3-4 suala cavab verib, onları da düz vermədiyi cavablara görə itirdi. Ancaq əvvəlki həmkarların hesabına və tümenli rusun riskə gedib bütün xalları uduzduğuna görə Azərbaycan yenə finala çıxdı.

Əlbəttə, xırda məsələdir, lakin mahiyyəti maraqlı və əhəmiyyətlidir. Millət nə vaxtacan qohumbazlıq, yerlibazlıq arqumentləri ilə hərəkət edəcək? Mükafatlar, seçimlər qabiliyyətə görə deyil, nə vaxtacan yerlibazlıq hissləriylə bu cür dılğırlara veriləcək? Nə vaxtacan prezident təqaüdləri adlanan dövlətin və xalqın pulları zəkalı, qüdrətli istedad sahiblərinə deyil, dəyərsiz, dılğır, cılız insanlara layiq görüləcək?

Реклама
Categories: Köşələr | 21 комментарий

Навигация по записям

21 thoughts on “Azərbaycanı rüsvay edən Rüfət Abdulla

  1. Elmidar

    Əlisa bəy, Sizə və yazdıqlarınıza hörmətim böyükdü. Amma yaxından və dəqiq tanımadığınız bir adam haqqında belə yazdıqlarınıza görə təəssüf hissi keçirirəm. Rüfət Abdulla 2010, 2011-ci illərin «Svoya iqra» yəni fərdi oyun üzrə Cənubi Qafqaz çempionudur. Nə? Harada? Nə zaman? oyunu üzrə Azərbaycanın eləcə də Cənubi Qafqazın mütləq qalibidir. Yeni-yeni gənclərin intellektual aləmə gəlməsində böyük pay sahibidir.
    ONu Dpvlət və Hüquq Nəzəriyyəsi sahəsində savadlı şəxslərimizdən hesab edirəm.
    Hörmətlə

  2. Azerbaycani ve ilk novbede ozunu sizin kimi bilmediyini danishan insanlar rusvay edirler. Omrunuzde bir defe Azerbaycanda kecirilen intellektual oyunlara qatilsaydiniz, Rufet Abdullanin kim oldugunu bilerdiniz. O Azerbaycanin en yaxshi intellektual oyuncularindan biridir. Onun oten yay Batumide kecirilen Cenubi Qafqaz cempionatinda «Svoya igra» oyununda ermeni ve gurcu reqiblerini nece meglub etdiyini gorseydiniz bele axmaq-axmaq yazmazdiniz. NTV-deki oyunda ise sadece bexti getirmedi, bu istenilen insanla bash vere biler.

  3. Rufat

    Belə bir məqalə yazmazdan əvvəl bir araşdırma aparmaq da pis olmazdı.Rüfət Abdullanın intellektual uğurlarının sayı sizin yaşınızı çoxdan keçib yəqin ki.Siz bu cür əsassız məqalələr yazanda o ölkəni layiqli təmsil edirdi.Bu gün özümü bir azərbaycanlı kimi çox pis hiss etdim,sizin kimi ziyalısı olanın axırı hara gedir?!

  4. Celal

    sen goresen «Svoya iqra» nedir bilirsen????

  5. Məqalə yazmamışdan, ilk olaraq, araşdırma aparmaq lazımdır mütləq, ilk baxışdan alınan emosiyalara əsaslanıb yazı yazmaq olmaz, xüsusən də əgər yazınızda «qohumbazlıq» kimi ittihamlar irəli sürürsünüzsə.

    Rüfət Fərdi Oyun üzrə Cənubi Qafqaz çempionudur, özü də ikiqat. Erməni və gürcü intellektuallarının yarışdığı, Druz, Burda kimi znatokların jüri olduğu mötəbər bir yarışda qalib gəlib.

    Bu da Faik Hüseynovun onun haqqında fikirləri:

    «Руфат Абдулла, по моему глубочайшему убеждению один из самых перспективных и эрудированных игроков в Азербайджане незаслуженно обделённый славой. Удивительно много знает причём в совершенно разных областях. Кстати единственный такого высокого класса «двуязычный» игрок, т.е. одинаково хорошо играет как на русском так и на азербайджанском языках. Вообще в среде азербайджаноязычных чгк-ашников считается этаким магистром игры, нашим Бурдой, Друзём и Поташёвым вместе взятыми.»

    Sitatın sonu…

  6. Həmin oyunun videosu burada http://www.youtube.com/watch?v=K62Ulwt4Qbk , başqa bir oyunun videosu isə buradadır: http://www.youtube.com/watch?v=sZlHpi0vY7Q oxucular baxıb, özləri qiymət verə bilər. Əlinizdə tutarlı məlumat olmadan konkret bir şəxsi ittiham eləmək cılızlıqdan xəbər verir. Siz Əlisa Nicatsınız ya deyilsiniz, bilmirəm, amma siz Azərbaycanı harada və necə təmsil edibsiniz, mənə o maraqlıdır.

  7. Elbəy Əliyev

    A kişi sənin kim haqqında yazdığından xəbərin var dəfələrlə intellektual aləmdə özünü sübüt etmiş bir şəxs haqqında belə yazı yazmağa sənin nə haqqın var….

  8. Rufat Piriyev

    birincisi san ozun ora getseydin neche suala cavab vererdin?
    2-cisi Rufeti taniyanlar taniyir. san ise tanimadigin adam haqqinda danisirsan. Kim sene bu haqqi verib? Bali Rufet zaif oyun numayish etdirdi. Lakin bunu hech de onun savadsizligi ile elaqelendirmek duzgun deyil. Ola biler heyacanlanib. ola biler movzular onunki olmayib. Ve ya sadece olaraq knopkada reqiblerine uduzub. Rufet Azerbaycanin adini defelerle ucaya qaldirib . Defelerle ham komandada ham da ferdi yarishmalarda qalib galib. Rufet o adamdir ki ilk defe olaraq Azerbaycan dilinde «Xazar» intelektual klubunu yaradib. Bu bloq yazisina kimi sanin kim oldugunu bilmirdim. Eger filosof bele danisirsa onda digerleri haqqinda ne demek olar.
    Rufet man bildiyime gore kifayet qeder yuksek balla (650 bal) ali mektebe daxil olub. Ve bu 1998-ci ilde… o vaxtlar 500 bal yigmaq qehramanliq sayilirdi. eger o zaman prezident teqaudu verilseydi subhesiz Rufete de verilerdi.

  9. Babək

    Salam. Siz əgər bu oyunu deyirsinizsə http://www.youtube.com onda yanilirsiniz… Burada Rüfət kifayət qədər suala cavab verir, və kifayət qədər xal toplamağa şansı olur. Sadəcə risk etmir.

  10. Rüfət Abdulla Svoya İqra üzrə Bakı çempionu, ikiqat Cənubi Qafqaz çempionudur. Yəni gürcü-erməni-azərbaycanlı tusovkasında iki dəfə birinci olub. Təzə başlayanda hamısına uduzurdu, amma 3-4cü cəhdlərdə artıq daha inamla oynamağa başladı. Bu birincisi. İkincisi, bizim yerli oyunçularla rusiyalı oyunçuları müqayisə etmək ədalətli deyil. Xüsusilə də, Sankt Peterburq komandasını udmaq QEYRİ-MÜMKÜNDÜR. Əgər Rüfətin daha 1-2 şansı olsa, o digər bakılılar Emil Madatov və Aleksey Ulanovla bir səviyyədə oynaya biləcək. Birinci dəfə çəkiləndə adam çox ciddi həyəcan keçirir və əməlli taktika da qura bilmirsən. Bütün bunları nəzərə alaraq, mətbəxin detallarını bilmədən belə kəskin reaksiya verməyi və xüsusilə də, «rüsvay» sözünün işlədilməsini yolverilməz hesab edrəm.

    Hörmətlə, Fuad Eminov

  11. Babək

    Bəlkədə siz bu oyunu nəzərdə tuturdunuz: http://www.youtube.com. Ancaq bu o demək deyil ki, Rüfət savadsızdı. Rusiyada rusların arasında baş çıxarmaq elə özü az iş deyil.

  12. Millət nə vaxtacan məlumatı olmadığı adam/hadisə haqda pafoslu koşə yazacaq?

  13. Əlisa müəllim, sizə olan hörmətimə rəğmən deməliyəm ki, bu yazı ilə öz nüfuzunuza böyük bir zərbə vurdunuz. Təəssüf… Gərək bilmədiyiniz, xəbəriniz olmayan şey haqqında yazmazdınız. O dəqiqə bilinir ki, bu oyundan xəbəriniz yoxdur.
    Rüfət Abdulla Cənubi Qafqaz çempionu olanda niyə bircə kəlmə də onun haqqında yazmadınız?

  14. Xanlar

    Bu oyunlarda belə hallar ola bilər. Bir də görürsən oyun alımır.Amma ən azından Rüfət 3 qat Cənubi Qafqaz çempionudur.

  15. Nadir Zamanov

    En azi ictimai televiziyadaki «Xemse» verilishine baxin bazar gunleri saat 7-de Rufet Abdulla ve diger yuzlerle Azerbaycan intellektual oyun ishtirakchilarini en azi sifetden taniyin.

    • Nadir Zamanov

      teklif edirem Rufet Abdulladan uzr isteyesiniz en azi bu sizin terefden bir boyukluk olardi ve intellektual alemdeki oxucu ve perstishkarlarinizi itirmezdiniz.

  16. RƏŞAD ADSIZ

    RÜFƏT ABDULLANIN KİMLİYİ SİZİN KİMİ TƏRƏFDARLARININ SƏVİYYƏSİZ VƏ HƏTTA BƏZİLƏRİNİZİN TƏRBİYƏSİZCƏ CÜMLƏLƏR QURMAĞINDAN DA BƏLLİ OLUR, HƏR KƏS ÖZÜNƏ LAYİQLƏRİ ÇEVRƏSİNƏ TOPLAYAR, ÇİRKLİ SULAR
    ÇİRKLİ SULARLA BİRLƏŞƏR QAB DİBİNDƏ,»ŞƏRHSİZ» ŞƏRHÇİLƏR!!! ƏSLİNDƏ SİZ ÖZÜNÜZ O QƏDƏR BÖYÜK CAHİLLƏR DƏSTƏSİNƏ AİDSİNİZ Kİ, KİMƏ NECƏ ŞƏRH YAZMAQ LAZIM OLDUĞUNU ANLAYACAQ KİÇİK BİR BEYİNDƏN BELƏ MƏHRUMSUNUZ!!!

    • Nadir Zamanov

      dılğır sözü sizcə çox mədəni sözdür? Bura yazanların əksəriyyəti cavan uşaqlardı və səhv edə bilərlər amma ağsaqqaldan bu cür həqarət özü də tanımadığı bir insana qarşı bax bu dözülməzdir.

      • Reshad Adsiz

        Nadir bəy, belə gənc və cavanlarla irəli getməyəcəyik.
        Onlar əvvəlcə Bu böyük insanı bir az tanımalıdırlar və hansısa bir rüfətə görə kimə hücum edərək günah işlətdiklərinin fərqində olmalıdırlar, o böyük adam hətta yanlış etmiş olsa belə….
        Burada Əlisa bəyin ünvanına «axmaq» ifadəsi belə işlədildi,lakin silindi, bunu deyən adamın heç bir əxlaqı ola bilməz. Tanımadığın adama, özü də böyük ziyalıya küçə anlayışlarıyla müraciət etmək, ona «sən» demək ləyaqətli adamın işi deyil.

  17. RESHAD ADSIZ

    Buradakı həqarət dolu cəfəng şərhlərə cavab verdiyim halda nədənsə o yazım təsdiq olunmadı, əcaib vəziyyətdir, kimə nə yazdığını bilməyən səviyyəsiz şərhçilər meydan sulayır

  18. RESHAD ADSIZ

    KÜTLƏ SÜRÜSÜ HALINDA BASQIN ETMƏKDƏN BAŞQA HEÇ BİR SƏMƏRƏLİ ADDIM İRƏLİ ATA BİLMİRLƏR

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: