Azərbaycanın rəmzi

İllər keçəcək, gənclər Rəşid kimi bir möcüzənin oxuduqlarına tamamilə biganə qalacaq

Üzeyir Hacıbəyovu, hardasa, elə Rəşid Behbudovu, hansı ki, uzun illər Azərbaycanın rəmzi idilər, bir də analar doğa bilməz, yəni atalar… Və deməli, Azərbaycan bir də heç zaman başqa ölkələrdə o şöhrəti, o rəğbəti qazana bilməz. Bilərmi? Yox, yox!

Üzeyir bəyi, o bəy ki böyüklər içində böyük idi, aydındır ki, heç Allah da təkrar edə bilməz. Möcüzə təkrarolunmazdır. Amma hardasa, müəyyən dərəcədə elə Rəşid bəy də.

Budur, axır ki, kimlərsə nəcib və böyük bir iş görüb (yəqin ki, qızı ilə yeznəsi) dahi və xoşbəxt müğənninin oxuduqlarının əksəriyyətini – 150-ə qədər mahnı və romansı disk şəklində buraxıblar. Görən kimi ikisini aldım, birini oğlum, birini də özüm üçün. Elə yolda siyahıya baxıb hansılarındansa doyduğumu (bunlar xalq mahnıları, Vasif Adıgözəlovun əsərləri, yüngül estrada mahnıları, Bakı haqqında 5-6 eyni dərəcədə içiboş mahnılar və s.) görüb evə çatan kimi «Sədərək»ə gedib, 50 manata təzə maqnitafon aldım. Çünki təzə disklər köhnə maqnitafonlara düşmür. Və oğlum da siyahıda qeyd etdiyim 30-a qədər mahnı və romansı mənim üçün ayrıca diskə köçürdü. Bunlar melodiya gözəlliyi, bədii və emosional qüdrəti, sehrli təsiri ilə heç vaxt köhnəlməyən aşağıdakı ölməz mahnı və romanslardır: «Əsgərin ariyası», «Koroğlunun ariyası», «Balaşın mahnısı», «Füzuli» kantatasından romans, «Sənindir», «Məlahət sultanı», «Nazənin», «Etmədədir» kimi Azərbaycan, əksəriyyəti isə «Qaladan enişmi olur», «Halvaçı», «İncə geyərsən», «Yabançı», «Unudulmaz» və başqa türk mahnıları ki osmanlıların yeganə dəyərli sərvətidir və «Əbu Həbib»- ərəb, «Deyirlər ki, mən bacarmıram» – macar və başqa xalqların mahnı və romanslarıdır ki, Rəşid insanı sərməst və xoşbəxt edən bir məharətlə ifa edir.

Heyf ki, xalqımız səviyyə və zövqcə belə dahilərdən çox-çox aşağıdır və aşağı olduğuna görə də Rəşid bəyin sağlığında qiyməti layiqincə verilmədi. İndi isə hələ də heykəli qoyulmayıb.

Bəli, dönə-dönə dediyim kimi, dahilik hardasa, bədbəxtlikdir. O mənada ki, yuxarıda indicə ərz etdim. Bəli, Rəşid populyar idi, şöhrətli idi. Amma Maykl Cekson kimi meymunların şöhrəti hara, Rəşidin şöhrəti hara?

Bir dəfə hansısa bir türk müğənnisinin ifasında «Unudulmaz» mahnısını eşitdim. Amma türk bunu necə oxuyur, Rəşid necə oxuyur!

İllər, qərinələr keçəcək və bəşəriyyət, xüsusilə cavanlar, tamam zövqdən, gözəllik hissindən, ahəngdarlıq cazibəsindən məhrum olan milyardlarla bala meymunlar özləri kimi cəngəllik sahiblərinin bağırtılarına, qışqırıqlarına aludə olub, Rəşid kimi bir möcüzənin oxuduqlarına tamamilə biganə olub qalacaqlar.

Məsələn, kalaraturlu saprano səsli yeganə müğənnimiz (bu səslə oxuyanların sayı indiyə qədər 10-15-dən çox deyil) Şövkət Məmmədovanı artıq heç kim tanımır və onun ifasında yadigar qalan əsərlərə də heç kim qulaq asmır.

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: