Bizim kütlə

Lebon və Konetti kimi iki dahi kütləni çox geniş və dəqiq tədqiq edib mahiyyətini açmışlar və ümumiyyətlə, dünyanın hər yerində kütlələr bir-birlərinə oxşayırlar, lakin bir istisna ilə.

Bu günlərdə avtobusla 1-2 kmyolu yarım saata gedəndə dözə bilməyib etiraz etdim. Çünki sürücü yalan olmasın, təxminən hər 30-40 metrdən bir sərnişinlərin qışqırığı ilə saxlayır, kimsə düşür və yenə tərpənirdi.

Mənim etirazımı eşidib hamı əlbir halda elə cavab verdilər ki, qorxub səsimi kəsdim.

Səsimi kəsib fikirləşdim ki, ayə, mən də qəribə, ağılsız bir adamam. Gör kimlərin mənafeyinə toxunuram.

Hər cür siyasi motivlərdən tamamiə xali olan bizim kütlə necədir? Başqa xalqların kütlələri əsasən elə siyasi motivlər üzrə kütləyə dönür, bizdə isə bu, yoxdur. Bu mənada bizim kütlə unikal bir sürüdür. Onu nə maraqlandırır? Kimsə kimləsə dalaşsın, mübahisə etsin və ya hər hansı bir yol qəzası və ya başqa küçə hadisəsi bir anda hamını maqnit kimi özünə cəlb edir. İşlərini-güclərini atıb dərhal sonsuz bir maraqla tamaşaya dururlar.

Məsələn, əgər 4-5 nəfər 1 nəfərin üstünə düşüb onu döyürsə, bu, bizim cavanlar, bizim kütlə üçün misilsiz bir tamaşa olacaq və inanın ki, əgər məharətli bir adam tez yolu kəsib tamaşapulu istəsə, hamı nə qədər desən verər. Və çoxluğun bir nəfərin üstünə düşüb döyməsinə heç bir etiraz etməyəcək, əksinə, gülməyə başlayacaqlar.

Bizim kütlə hədsiz savadsız olsa da, hazırcavablığına söz yoxdur. Bir balaca toxunsan, elə bir cavab verəcək ki, danışmağa söz tapmayacaqsan. Eyni zamanda bizim kütlə hədsiz dərəcədə qorxaq və prinsipsizdir. Bir balaca polis və ya qeyri-polis başlarına qışqıran kimi hamısı dağılacaq.

1988-90-cı illərdə Azadlıq meydanına yığışanlar əslində müəllim, həkim, kiçik məmurlar, tələbələr və şagirdlərdən ibarət bir növ, intellektual kütlə idi və onları da toplayan azadlıq, demokratiya ehtiyacı deyil, yuxarıların əmri idi.

Bizim kütləni mənəvi birlik, daxili yekdillik, milli mənafe kimi anlayışlar birləşdirə bilməz və birləşdirmir. Rusiyadakı çoxmilyonlu azəriləri (Azərbaycan türklərini – red.) buna misal göstərmək olar. Bu qədər adamın heç bir siyasi təşkilatı, heç bir mədəni birliyi və heç bir milli birləşməsi yoxdur və ola da bilməz. Çünki böyük əksəriyyəti kiçik alver, süpürgəçi və hətta tualet təmizləyən olan bu adamların idealı yalnız və yalnız çörəkpuludur. Bütün bunlara baxmayaraq, onlardan Rusiya dövləti heç bir etiraz görmür və ona görə də onlar təkcə Rusiyada deyil, dünyanın hər yerində on minlərlə, yüz minlərlə olsalar da, yox kimidirlər.

Ən mühüm cəhət isə bundan ibarətdir ki, bizdə kütlə ilə xalq anlayışının, akademiklə fəhlə şüurunun sərhədi o qədər nazikdir ki, bir balaca siyasi külək əsəndə kimin kim olduğunu müəyyən etmək olmur.

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: