2012

Mayya təqviminə görə bu il dünyada həyatın sonu çatır

Qədim mayya xalqı böyük sivilizasiya və ehramlar yaradıb, ağlasığmaz elmi nailiyyətlər kəşf etmişdi. Lakin onların ən böyük və sirli dühası təqvimlərində əks olunmuşdur. Və bu təqvim keçmişə deyil, gələcək hadisələrə yönəlmişdir.

Təqvimin yaranmasından bir müddət sonra bu böyük xalq anlaşılmaz bir şəkildə yoxa çıxmış, tarix səhnəsindən silinib getmişlər.

Lakin təqvim qalır və alimlər onu oxumuşlar. Kaş nə tapaydılar, nə də oxuyaydılar. Çünki bu təqvim 2012-ci ildə başa çatır. Həmin il, yəni bizim bu ildə dünyada həyatın sonu çatır.

Keçən ilki istilər, bu ilki ağlasığmaz qış, qar… Doğrudanmı həyatın sonu çatıb və bu qeyri-adi hadisələr onun əlamətləridir?

Həyat əsasən 2 şeydən məhv olur: Günəşdə gedən partlayışlar və Yerə düşən nəhəng astroiddən.

Dövlət başçıları, əgər bu hadisələrin ikisindən biri baş verəcəksə, bunu bilmirlərmi? Ola bilməz ki, müasir elm bunu görməsin. Bəs niyə bu barədə heç nə deyilmir? İnsanlardan gizlədirlərmi? Xalqların dəhşətli panikaya düşə biləcəyindən qorxub açıqlamırlarmı?

Hər halda özləri üçün yeraltı şəhərlər yaradılıb, ABŞ-da da, Rusiyada da, başqa ölkələrdə də.

Lakin bu cəhdlər əbəs deyilmi? Bəlkə də yox. Atom enerjisi ilə işıqlanan və qızdırılan yeraltı şəhərlərdə nə qədər adam xilas ola bilər?

Bəs Bakının küçələrində əllərindən yerimək mümkün olmayan «Mersedes» və «Cip»lərin sahibləri küçələrin ortasında maşını saxlayıb yüzlərlə başqa maşınların yolunu kəsərək heç kimi və heç nəyi vecinə almadan bir əliylə telefonla danışıb, bir əliylə siqaret çəkən, dünyanın ən heyvan donuzundan da qat-qat donuz məxluq olan milyonlarla yaramaz, qudurğan, ləyaqətsiz azərbaycanlılar görəsən, neyləyəcək? Onların necə dəhşətlə anqırdıqlarını görmək…

Heyf ki, qurunun oduna yaş da, acgöz, riyakar, mənfur rusla, farsla, çinli ilə, azərbaycanlı ilə bərabər çex də, alman da, yapon da məhv olacaq. Heyf! Heyf ki, beyninin neyronları da yaramaz və rəzil olan  Bakının bu 2 milyonluq  avtomobil sahibləri, bu bioloji varlıq olan erkək və dişiləri ilə bərabər 100, 200 şərəfli ailələr də məhv olacaq.

Lakin Bakı küçələrini dolduran, bir əli rulda, bir əli telefonda olan, bu arxalı (çünki hakimiyyət onların dayısıdır) və çoxmilyonlu dördayaqlılar sürüsü hara, 65 milyon il əvvəl eləcə, Yer üzünə düşən astroidin məhv etdiyi minlərlə fağır dinozavrlar sürüsü hara?

Bəlkə, Allah insanları xilas edəcək? Bu, məntiqə sığmır, çünki axı məhv edən onun özü olmayacaqmı? Özü astroidi göndərirsə, daha niyə xilas edir ki? Yox, əgər astroiddən xəbəri yoxsa və həyat başlı-başına buraxılıbsa, onda da heç şübhəsiz ki, Allaha ümid olmaq gülüncdür.

Lakin axı dünyanın axırı çatdığını çox demişdilər. Göründüyü kimi hələ ki, düz çıxmır. Amma doğrudanmı bu dəfə, yəni bir dəfə düz çıxacaq? Bəlkə Allah, danışanda riyakarlıqdan bığları tərpənənləri və yolları kəsən, şərəf və ləyaqət nə olduğunu bilməyən bu harın sürünü cəzalandırmaq istəyir? Axı ümumiyyətlə, sırf təsadüfi hadisə olan bu fəlakət niyə məhz 2012-ci ildə baş verir? Məgər 2012-ci il nədir ki? Heç nə… Sadəcə, adamın bir neçə yüz tanış-tunuşuna və əlbəttə, artıq bu acı qisməti çoxdan dadmış böyük insanların böyük sənətinə heyfi gəlir.

Bəlkə, Yaradan həmin böyük və alicənab insanlar üçün həqiqətən sürpriz hazırlayıb? Kim bilir. İnanmaq çətin olsa da, kim bilir.

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: