Obyekt və subyekt

Beyinlərdə dağıntı, pozuntu prosesi gedir; «Polyuşka pole» və «Bülbül» romansları bir gün heç kimə gərək olmayacaq

Bir zamanlar Plotində obyektin subyektdən asılı olduğunu oxuyanda doğrusu, təəccüb etdim. Hər hansı bir obyektin, məsələn, günəşin və ya qalaktikaların subyektdən, yəni tamaşaçıdan nə asılılığı ola bilər? Yalnız indi başa düşürəm ki, nəinki asılılığı var, hətta subyektsiz obyekt yoxdur.

Təsəvvür edin ki, hansı bir səhnədəsə dahi aktyorların ifasında dahiyanə «Hamlet» tamaşası gedir və zalda da heç bir tamaşaçı yoxdur, videoya çəkən də. Tamaşa qurtarandan sonra məgər kimsə sübut edə bilərmi ki, belə bir tamaşa olub və ya aktyorlar kimisə inandıra bilərlərmi ki, belə bir tamaşada oynayıblar?

Və ya Puşkinin «Stansiya nəzarətçisi» hekayəsini götürək. Bu uzaq qatarların kiçik dayanacağında yaşayan və qulluq edən nəzarətçinin fövqəladə gözəllikdə gənc bir qızı var. Əgər zadəgan bir cavan təsadüfən qızı görüb, özü ilə Peterburqa aparmasa və orada onunla evlənməsəydi, illərdən sonra atası da, qız da bu tənhalıqda qocalıb ölər və heç kim də bu pəridən xəbər tutmazdı. Heç, olub-olmaması da bilənməyəcəkdi.

Bəli, mən indi başa düşürəm ki, insan adlanan və 99,99 faizi bir heyvan növü olan insanların cüzi bir qismi günəşi, ulduzları, kainatı və ümumiyyətlə, kainatın təkamülünü görsünlər deyə, yaradılıb. Çünki başqa heyvan növlərinin heç biri heç vaxt başını qaldırıb göyə baxmır.

Əgər belə olmasaydı, bu boyda həngamə heç bir şahidi və tamaşaçısı olmadan milyard illər od saça-saça fırlanıb, bir gün yox olub gedəcəkdilər və bütün bunlar tamamilə mənasız bir hadisə kimi itib gedəcəkdi.

Allah bilir, Platon və Aristoteldən Lao Tszıya qədər nə qədər zəka titanları beləcə yaşayıb, düşünüb, sonra da bütün zəkalarını özləri ilə qəbrə aparıb gediblər.

İnsanlarda da, onların beynində də bütün təbiətdə olduğu kimi entropiya gedir. Yəni beyinlərdə müsbət proses deyil, sağlam düşüncə deyil, nizam-intizam deyil, dağıntı, pozuntu prosesi gedir və «Polyuşka pole» və «Bülbül» kimi təsvirəgəlməz gözəllikləri olan romansların bir gün heç kimə gərək olmadan unudulub gedəcəyinə mən tamamilə əminəm. Bir halda ki, elə bu günün özündə bu boyda ölkədə məndən başqa demək olar ki, heç kim bu musiqi möcüzələri ilə maraqlanmır, 100 ildən sonra kim onları axtarıb tapacaq? Və bu cür əsərlər ki sayları cəmi 10-15-ə qədərdir, bir zaman hamısı min tonlarla musiqi zir-zibillərinin içində itib getməyəcəkmi? Hər gün Maykl Cekson kimi zənci meymunların yüzlərlə nümunəsi peyda olub, milyardlarla axmaq gənclərin olan-qalan ağlını da alıb dəli etməyəcəkmi?

Bəli, bəşəriyyətin gələcəyi ürəkaçan deyil və mən o gün gəlib çatınca hardansa bir xilaskar astroidin yerə düşüb, bəşəriyyəti məhv etməsinə o qədər də təəssüflənmirəm.

O vaxt, Qobinonun təsvir etdiyi kimi, Yer kürəsinin yenə bu çığıran, bağıran ikiayaqlı məxluqlardan azad olub, necə səssiz-səmirsiz fırlandığını təsəvvür edib ləzzət alıram.

Реклама
Categories: Qızıl fəlsəfə | 1 комментарий

Навигация по записям

One thought on “Obyekt və subyekt

  1. RESHAD ADSIZ

    ƏLİSA BƏY, MƏN AZ QALA HƏR GÜN «POLYUSHKO POLYE» Nİ 4 VERSİYADA DİNLƏYİRƏM, TƏLƏSMƏMƏNİZ YAXŞI OLARDI. «BÜLBÜL» VƏ DİGƏR ƏSƏRLƏR DƏ ELƏCƏ. AXI KİMİN HANSI SƏSSİZLİKDƏ NƏ ETDİYİ İLƏ VƏ NƏLƏR YARATDIĞI İLƏ ƏLAQƏDAR TƏKƏBBÜRLÜ BİR ŞƏKİLDƏ HÖKM VERMƏK OLMAZ
    SİZİ 18 İLDİR Kİ DƏRİNDƏN İZLƏYƏN OXUCUNUZ!
    BƏLKƏ ADIMDAN XATIRLAYA BİLDİNİZ, HƏRÇƏND UZUN İLLƏRDİR GÖRÜŞMÜRÜK

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: