Fəlakətli deformasiya

Və yaxud Fərəc Quliyev Sərkisyanın üzünə tüpürsəydi…

Vallah-billah, hey deyirəm, daha pritça və iri həcmli nəsr əsərlərindən başqa heç nə yazmayım, olmur ki, olmur. Beyinlərimiz o qədər demormasiyaya uğrayıb, Leninin beyni kimi elə bir bərbad hala düşüb ki, nəinki elementar sağlam düşüncədən məhrum olmuşuq, hətta nə dediyimizi qətiyyən başa düşmürük. Nəinki dediyimzi tərsinə yozuruq, mahiyyətinə getmirik, hətta onu öz xeyrimizə yozuruq da.

Mənim Fərəc Quliyev müəllimə hörmətim vardı. Hərçənd ki, necə deputat təyin olunduğunu başa düşmədim. Axı o ki, müxalifət adamıydı. Müxalifətçiyə isə Milli Məclisdə yer ola bilərmi? Nə isə, bu, tamam başqa bir mövzudur. Fərəc bəy «Hürriyyət»in müxbirinə müsahibə verib. Nə deyir, nə deməyir, işim yoxdur, mən onun qəzetin haşiyəyə çıxardığı bir fikri barədə danışmaq istəyirəm. Amma konkret, bu fikrin mənası, izahı barədə danışmaq istəyirəm. Həmin fikrin ayrıca haşiyəyə çıxarılıb, xüsusi şriftlərlə verilməsindən belə çıxır ki, müxbir və qəzet əməkdaşları da Fərəc Quliyev kimi onun bu fikirdə əks etdirdiyi hərəkəti qeyri-adi cəsarət və qəhrəmanlıq aktı hesab edirlər.

Keçək sitata. Fərəc bəy deyir: «Mənim Ermənistan prezidentinin otağında onu «işğalçı» adlandırmağım indiyə qədər tarixdə (bəh, bəh, hətta tarixdə e!) görünməyən bir məsələ idi».

Doğrusu, əvvəl oxuyanda elə bildim ki, düz oxumamışam. Sonra dalbadal bir neçə dəfə oxudum, gördüm yox e, kişi elə-belə də deyir. Daha bu boyda təhrif olmaz ki.

Yaxşı, Sərkisyanı «işğalçı» adlandırmısan, hə, nə olsun. Məgər o, işğalçı olduqlarını, Azərbaycanın Dağlıq Qarabağdan başqa 8 rayonunu alıb, 20 ildən çox işğal altında saxladıqlarını danır bəyəm? Əgər dansaydı, prezidentlərin yüzlərlə görüşündə bu məsələ müzakirə olunardımı? 20 ildir müzakirə edirlər ki, işğal olunan torpaqlar qaytarılsın, sonra Dağlıq Qarabağ məsələsinin müzakirəsi başlansın. Köçəryan nəinki bunu danır, əksinə, bununla fəxr edir. Çünki işğalçı kimdir? Qalib. İşğalçı kimdir? Güclü. Belə deyil? Məgər adama qalib gəldiyini, güclü olduğunu demək cəsarət sayılır? Məgər bu, onu tərifləmək deyilmi?

İşğalçı kimdir? Fateh. II Mehmet İstanbulu işğal etməyibmi? Bəs niyə bununla fəxr edirik?

Əgər bu, pis söz olsaydı, Köçəryan o dəqiqə cavab verib belə olmadığını deyərdi. Amma o, cavab verib ki, hə, işğalçıyam, əcəb eləyirəm. Öz aramızdır, məgər kişi düz demir?

Əgər sən Ramil kimi cibindən bıçaq çıxarıb Sərkisyanı gəbərtsəydin və ya heç olmasa üzünə türüpsəydin, o başqa məsələ. Bu, doğrudan da bir növ, qəhrəmanlıq olardı. Amma sən ona demisən ki, mənim torpağımı işğal etmisən. O da heç şübhəsiz, deyib ki, hə, etmişəm, əcəb eləmişəm, hə, nə olsun. Doğrudan da, axı nə olsun. Amma sən nəylə fəxr edirsən? Erməni prezidentini qəhrəman adlandırmaqla. Ümumiyyətlə, təkcə sən belə deyilsən. Xarici işlər nazirimiz də hey guya, sensasyon bəyanat verib deyir ki, ermənilər, erməni nümayəndə heyəti və ya prezidenti danışıqları pozur, konstruktiv mövqe tutmur. Hə, nə olsun, pozur da. Ürəyi istəyir pozur, konstruktiv mövqe də tutmur. Bu, birinci dəfə deyil ki, 100 il də keçsə belə olacaq və sən də gəlib qəhrəman kimi bəyanat verəcəksən ki, ermənilər konstruktiv mövqe tutmur. Ermənilər də deyir ki, əcəb eləyirik.

Doğrudan da, gülməli deyilmi?

Hələ bəlkə, Sərkisyan bu sözdən sonra sənə təşəkkür də eləyib. Etməyibsə, bu onun mədəniyyətsizliyidir. Çünki biri adamı tərifləyəndə ona təşəkkür etmək əxlaqın birinci şərtidir. Elə deyilmi, cənab Fərəc müəllim?

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: