Sovet dövlətinə həsrət çəkənlərə

O vaxt indi tamamilə azad olan beyinlər məhbus idi…

Hətta bir çox ağıllı və məsləkli adamların da dilindən bəzən sovet rejiminə tərif eşidəndə təəccüb edirəm və bu adamları başa düşürəm. Həqiqət müqayisədə üzə çıxar. Bu gün iqtisadi və mənəvi vəziyyət və ədalət prinsipi o qədər acınacaqlı haldadır ki, adamlar o günlərə həsrət çəkirlər.

Lakin ümumiyyətlə, əlbəttə, bu elə-belə, yeri gələndə deyilən sözdür, mahiyyətcə bu gün, o gündən müqayisəolunmaz, ağlasığmaz dərəcədə üstündür.

Əvvələn, axı insan təkcə çörəklə yaşamır, ikincisi, kütlə üçün fərqi yoxdur. Kütlə, xüsusilə bizimkilər hər cür şəraitdə və rejimdə çörəklərini tapacaqlar və tapırlar. Bu günün sahibləri nə qədər istəsələr də, nifrət etdikləri dəstənin xoşbəxtliyini əllərindən almağa gücləri çatmır. Bəli, bu gün dövlət terrorizmi tüğyandır, lakin o vaxt da beləydi və daha çətin, ağır və qorxulu idi.

Bu gün rejimə meydan oxuyanlar, o vaxt onu bir balaca cırmaqlayanda aradan götürülürdü. Göründüyü kimi fərq göz qabağındadır.

Bəli, o vaxt siyasi və ümumiyyətlə, əxlaq indikindən qat-qat abırlı idi. Rejimi onda olmayan məziyyət və keyfiyyətlərlə bəzəmək indi əndazəsiz şəkil alıb. Lakin bu gün ölkə nəinki beyninin yarısı çürümüş Leninin dahiyanə dərəcədə obrazlı adlandırdığı «xalqlar həbsxanası» olan çar Rusiyasından, hətta ondan da qat-qat ağır olan sovet dövründə olduğundan da çox-çox azaddır. Həm də təkcə kiminsə istədiyi ölkəyə köçüb getmək mənasında yox, daha çox düşünmək və düşündüyünü üzə çıxarmaq mənasında.

Bəli, vəziyyət anormaldır. Elmi, dövlətin idarəçiliyində olan təşkilatlarda ədalətsizlik və zorakılıq hökm sürür. Lakin bütün bunlar 22 milyon kavadrat kilometrlik ərazidə gecə-gündüz yalnız «şiroko strana moya rodnaya» oxumağa məhkum edilən rejimlə müqayisədə nədir ki? Heç nə. O vaxt indi tamamilə azad olan beyinlər məhbus idi, o beyinlər ki, bu gün ənginliklərdə pərvaz edirlər. Bəli, aşağılarda zibil və üfunətdir, lakin hünərin, əzmin, mənəviyyatın və qanadların varsa, uç, göylərdə pərvaz et! Yarıac olsan da. O vaxt isə qanadlar körpə ikən yandırılırdı.

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: