Şaumyanın qəzeti

Azərbaycan müstəqil respublika olsaydı, «Bakinskiy raboçiy» qəzeti hələ də çap olunardımı?

Azərbaycanda heç elə bil heç nə baş verməyib, 1992-ci ildə sovet kommunist imperiyası dağılmayıb, Sov.İKP ləğv edilməyib, Azərbaycan müstəqil respublika olmayıb. Əslində mahiyyətcə elə belədir. Çünki olsaydı, Şaumyanın yaratdığı və 70 il sovet rejiminin və ideologiyasının ruporu olan «Bakinskiy raboçiy» qəzeti hələ də çap olunardımı? Vallah, dünyada bundan gülməli şey yoxdur. Elə bil kimsə küçədən keçir, əynindəki təzə kostyumun dalında palçığa bulaşmış iki təpik izi və onun heç vecinə deyil. Lovğa-lovğa, dik-dik keçib gedir. Bu nə cür hakimiyyətdir, bu nə cür sistemdir, bu nə cür ideologiyadır, heç cür başa düşmək olmur. Təsadüfi deyil ki, ölkəmizə gəlib-gedənlər mat-məəttəl qalıb gedirlər.

Təsəvvür edin ki, Almaniyada faşist hakimiyyəti devriləndən sonra Berlində yenə faşist dövlətinin mətbuat orqanı böyük tirajla, təmtəraqla çap olunur. Bu, mümkündürmü? Yox. Amma bizdə mümkündür.

Niyə? Çünki hakimiyyətdə yenə həmin kommunistlərdir ki, Şaumyanın varisləri olmaqla fəxr edirlər.

Bakıda «raboçiy» yoxdur, olanlar da demək olar ki, rus dilini bilmirlər. Dövlət dili Azərbaycan dilidir, bəs onun mətbuat orqanlarından biri rus dilində niyə çıxır?

1918-ci ildə ermənilərdən ibarət Bakı komissarlarının təsis etdiyi bu mənfur qəzet yenə heç nə olmamış kimi beləcə, hər gün çap olunur.

1918-ci ildə xalqımızın bir nömrəli düşməni, 18-ci ilin mart qırğınlarının təşkilatçısı Stepan Şaumyan həmin günlərdə «Bakinskiy raboçiy» qəzetində «Azerbaydjan» adlı iri bir məqalə çap etdirib. Şaumyan orada soruşur ki, hardadır bu təzə qondarma ölkə? Hardadır «azerbaydjantsı» adlandırılan bu qondarma xalq? O, yazır: «Bunların heç biri yoxdur, ölkə də, xalq da qondarmadır. Bu ölkədə azərbaycanlılar yox, müsəlmanlar var. Ölkə  isə Azərbaycan deyil, ayrı-ayrı quberniyalardır».

Bəli, Şaumyan «Bakinskiy raboçiy» qəzetində belə yazır. Doğrudan da, ölkəmiz uzun illər erməni və yəhudilərin əlində olub, sovet və rus ağalarına canla-başla xidmət edib.

1991-ci ildən sonra bu qəzeti birdəfəlik ləğv etmək əvəzinə bir dəstə yəhudi və yəhudiyə bənzərlər üçün iş yeri kimi saxlanılır. Görəsən, bəs niyə indiki rəhbərləri bu qəzetin başlığında «1918-ci ildə şanlı bolşevik Stepan Şaumyan tərəfindən təsis edilmişdir» sözlərini yazmırlar? Niyə? Niyə kişinin zəhmətini hədərə verirlər?

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: