Bəşəriyyətin amöb növü

Bir müddət qabaq Rusiyanın NTV kanalında məşhur aktyor Kalyaginin 70 illiyi münasibətilə müsahibəsi verilirdi. Müxbir, aktyorun keçən əsrin 70-ci illərində bir neçə ay, hətta il Bakıda yaşayıb, 2-3 filmdə çəkildiyinin səbəbini soruşanda Kalyagin dedi ki, ooo…, bəs paxlava, qoyun ətindən dadlı yeməklər. Məlum oldu ki, şöhrətli aktyor məhz bunların xatirinə Bakıda qalmağa dözmüşdür.

Pah atonnan! Gör bizim içimizdə yaşamaq nə qədər çətin və dəhşətli bir işdir. Gör bu idarə və müəssisələri, məktəb, küçə və bazarları dolduran xalq nə qədər dözülməzdir.

Nəyə görə və nəyləri ilə? Birincisi, açıq, ürək bulandıran yaltaqlıqları, qulluq göstərmək hərislikləriylə.

Dad-aman, 3 milyon avtomobillərin sükanı arxasında və ya Fikrət Qoca, ya Mirsərçə (Mirşahin) kimi maşının qabaq oturacağında deyil, arxa oturacağında oturub, sürücünün düşüb nə vaxt qapını açacağını gözləyən …ların lovğalığından.

Gör yazıq Kalyagin həmin 2-3 ildə bu insan dəstələrinin əməllərindən, rəftarından, hərəkətlərindən və təmaslarından nələr çəkib ki, xalq haqqında bir kəlmə də müsbət söz deyə bilməyib paxlava və kababdan danışır.

Bu səbəbdəndir ki, dünya şöhrətli Nobel mükafatı laureatı, fizik Landau Bakıda doğulub boya-başa çatsa da, sonralar ömrü boyu heç yerdə nə Bakının, nə 10 il oxuduğu orta məktəbin, nə də ümumiyyətlə, bir nəfər azərbaycanlının adını səkib. Elə bil bu adam 17-18 il insanlar arasında deyil, səhrada yaşayıb.

Mən Mandelştam, Pasternak kimi şer nəhənglərinin pis günlərində erməni və gürcü poeziyasından tərcümə edib yaşadıqlarını oxuyanda təəccüb etmədim. Bəs bizdə niyə yox? Çünki adam zəhləsi getdiyi insanın hətta qulluğundan da iyrənir. Niyə? Çünki şüursuz və ləyaqətsiz, şəxsiyyətsiz adamlar – özü də naziri də, fəhləsi də, generalı da, soldatı da bu səviyyədə olan kütləyə necə xidmət edə bilər?

Tanıyana əndazəsiz yaltaqlıq, tanımayana lovğalıq, yazıçı və jurnalistlərin 90 faizi bəsit, səviyyəsiz və raşot ustası olan bir xalqa kim xidmət edər?

Əslində heç bu xidmətin qiymətini, dəyərini belə, bilməyəcəklər. Necə ki, Bakıda nə Amerika tarixçisi Straxovskinin, nə də böyük ingilis yazıçısı Ceyms Oldricin adı əbədiləşdirilib və belə şey hardan Hacıbala Abutalıbov kiminin yadına düşə bilər. Bu, mümkünmü?

Özləri şəxsiyyət olmayanlar başqa şəxsiyyətlərin dəyərini və qiymətini anlaya bilərlərmi? Siz küçələrdə, yollarda bəzəkli avtomobillərin sükanı arxasında oturan bu donuq, lovğa üzlərə baxın! Diqqətlə baxın! Onları bəşərin hansı növünə aid etmək olar? Əlbəttə, yalnız bir növünə, amöb növünə.

Advertisements
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: