Alman təfəkkürünə elegiya

4 əsrdən bəri Leybnits və Kantdan Şopenhauer, Yaspersə qədər uzanıb gələn və dünya fəlsəfi fikrini ardınca aparan alman təfəkkürü süqut etdi. Yox, onu hər hansı bir yaramaz diktator və ya Rusiya, İngiltərə və başqaları kimi paxıl bir millətin və dövlətin təsiri yox, çox ucuz, mənasız bir oyun, bir xəstəlik və maniyanın qorxunc virusları məhv etdi.

Bəli, 400 il dünya fəlsəfi məktəblərinin önündə gedən, bütün 400 ilində fikir titanları yetirən alman zəkasını beləcə, XX əsrin sonlarında FUTBOL adında yüngül və mənasız bir ayaq oyunu məhv etdi. İldırım sürətilə yayılıb beyinləri zəhərləyən bu xəstəlik alman gənclərini idiot səviyyəsinə endirib, nəhəng stadionlara toplaşaraq böyürən heyvanlar sürüsünə çevirdi.

On minlərlə, yüz minlərlə müxtəlif peşə sahibləri olan bu cavanlar dəri futbol topunun 10 metrlik qapısız bir darvazadan içəri vurulmasından vəcdə gələrək bağırtıları ilə teleekranları sarsıdırlar.

Futbol, zəka çıraqlarını söndürür. Çünki beyinləri qurudur və dünənəcən dünyaya siyasi ədalət pozuntularını törədənlərin qamçısı olan tələbə gənclərin küçə etiraz və nümayişlərini məhz futbol ehtirasları ləğv etdi.

Polis, cəza orqanları və diktatorların qabağında aciz qaldığı etiraz yürüşlərini futbol adında mənasız bir ayaq oyunu yox etdi.

İdman yarışları gözəl şeydir, amma o qədim yunanlarda olduğu kimi yalnız olimpiya və dünya çempionatları kimi fasiləli mərhələlərlə keçirilməlidir. Çünki insan övladı üçün başqa daha vacib işlər var.

Ah, ellinlər, ellinlər! Siz necə müdrik insan imişsiniz. Dörd ildən bir, bir yerə yığışır, bir neçə gün cavanların bütün sahələrdə yarışmalarına tamaşa edir və onlara zeytun budağından çələng bağışlayırdınız. Yoxsa, hər gün nəhəng stadionlara axışıb, 2 saat tər-qan içində bağırandan sonra hansı zəka və ədalət aktı üçün cavan oğlanların fiziki və ruhu gücü qalar? Əlbəttə, futbol Fransanın da, İtaliyanın da işığını söndürüb. Lakin çoxdan çox, azdan az gedir.

Allah ingilislərə lənət eləsin. Çünki artıq 50 ildir ki, Almaniyada nə Bethoven və Motsartlar, nə Höte və Nitşelər doğulur. Çünki təlabat-çağırış yoxdur.

Реклама
Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: