İnternetdə haqqımda mülahizə yürüdən cənablara və xanımlara cavab

Nəhayət, dostlarımın köməyilə internetə verdiyim müsahibəyə verilən cavabları və reaksiyaları oxudum. Mənimlə həmrəy olanlara təşəkkür etməkdən başqa neyləyə bilərəm. Lakin bu təşəkkür çoxmənalı yox, birmənalıdır və öz əsl mənasındadır.

Müsahibəyə mənfi reaksiya verən, məni tənqid edən, mənə irad tutan Elnur, Teymur, Mübariz, Deli, Görsen, Sənan, Xalid, Yusif, Vüqar Əli və xüsusilə qadınlar və qızlara – Lalə, Nurlanə, Sevda, Şəlalə, Tata və başqalarına.

Əvvələn, bir daha xatırladım ki, mən qətiyyən ateist deyiləm və olmamışam. Hətta hamının ateist olmağa məcbur olduğu sovet dövründə də. İslam dininə, həzrəti peyğəmbərə, həzrət Əliyə xüsusi ehtiram göstərib ilk dəfə kəlamlarını Azərbaycan dilinə çevirib çap etdirmiş, bioqrafiyalarını fəlsəfə antologiyalarıma daxil etmişəm. İkincisi, dindar möminlərə xatırladım ki, dindarlıq çox asan bir işdir. Buna görə heç bir xüsusi qabiliyyət tələb olunmur. Ən dılğır, ən idraksız bir adam da dindar ola bilər və heç kimin bunu xüsusi bir üstünlük hesab etməyə haqqı yoxdur. Bu, saçını uzadıb və ya darbalaq və enlibalaq şalvar geyib bununla fəxr etmək kimi bir şeydir. Siz çoxsunuz, mən isə təkəm və sizdən fərqli olaraq mən çoxlu fəlsəfi yazılarımda hətta Allahın varlığını elmi-fəlsəfi-məntiqi düşüncə və qənaətlərlə sübut etməyə çalışmışam. Ona görə sizlərdən fərqli olaraq mənim dinə yanaşmağım başqa cürdür və elə bilirəm ki, buna görə kimsənin mənə tənə vurmağa da haqqı yoxdur.

Bir daha belə adamlara xatırladım ki, məhz öz idrakı olmayan cılız novruzəlilər yox, məhz Platon, Aristotel, Kant, Üzeyir Hacıbəyov, Mirzə Fətəli və nəhayət, təvazökarsızlıq olsa da, özümü də o cərgəyə qatıb deyirəm ki, cənnəti Allah məhz bu cür adamlar üçün yaradıb.

Bir oxucu – gərək ki, adı Elnurdur – məni bədbəxt adam hesab edir və bu məxluqa təzə yazdığım bir pritça ilə cavab verirəm.

İnternetdə çox yer tutmasın deyə, məzmunu belədir ki, bir nəfər yüz kilometrlərlə uzanan cəngəllik və meşələrlə gedir. Onun nə axtardığını heç kim bilmir. O, ən sonuncu kəndi belə, arxada qoyaraq həftələrlə kol-kos, ot, ağaclar arasından güclə keçərək qaranlıq meşələrin dərinliklərinə gedir. Bu axtarış bəlkə də, aylar, illərlə çəkir və nəhayət, bir gün bu adam axtardığını tapır. Hələ dünya yaranandan insan ayağı dəyməyən bir yerdə ətir iyindən az qala bihuş olub həmin arı pətəyini tapır. Barmağını balaca toxundurub dodağına vuran kimi az qala huşu başından gedir və o, pətəkdən bir böyük tikə kəsib, otlar üstə oturaraq doyunca yeyir və elə həmin andan nəinki on kilometrlərlə ətrafda nə var, hətta uzaq planetlərdə və qalaktikalarda olan vaqeələri, səhnələri və hadisələri də görür.

Hörmətli, Elnur, mən belə bir adamam və bunu bil ki, hələ indiyə qədər yer üzündə mənim kimi xoşbəxt adam olmamışdır.

Və nəhayət, xanımlar – Lalə, Tata, Sevda, Şəlalə, Nurlanə və başqaları.

Bu xanımlar bilsinlər ki, onların mənim müsahibəmi və dünyagörüşümü bəyənməmələri, onu məzmunsuz və düşüncələrimi yanlış hesab eləmələri, inanın ki, ürəkdən deyirəm, mənim üçün dünyada ən böyük tərif və qiymətdir. Buna görə hamınıza təşəkkür edib, bir daha baş əyirəm. Ancaq sizin üçün müəmmalı qalmasın deyə, bu paradoksu bir balaca açmaq istəyirəm. Nurlanə xanım, əgər ürəyiniz istəsə, maraq göstərsəniz, XX əsrin əvvəllərində Almaniyada yaşamış dahi bir həkim, fizioloq və filosof, eyni zamanda xirurq, saysız universitetlərin və akademiyaların həqiqi üzvü doktor P.Mobiusun Almaniyada dönə-dönə, rusca da bir neçə dəfə nəşr olunmuş «Fizioloqiçeskiye slaboumiye jenşinı» kitabını oxumağınızı və ya ona nəzər salmağınızı məsləhət bilərdim.

Qeyd edim ki, bu, fundamental əsərin müəllifinin gəldiyi nəticədir və mən elə düşünürəm ki, onu bütün qadınlara tətbiq etmək yəqin ki, ədalətsizlik olardı. Çox güman ki, qadınların heç olmasa yüz mində, iki yüz mində biri bu fizioloji normadan kənara çıxır.

Реклама
Categories: Köşələr | 1 комментарий

Навигация по записям

One thought on “İnternetdə haqqımda mülahizə yürüdən cənablara və xanımlara cavab

  1. Ayzek

    Sizin dəyəriniz ,yeriniz sizi anlayanların yanında uca qatdadır.Mənasız Polemikabazlarla polemika yalnız o mənasız polemikabazlara gəlir gətirir.Özünü qonarar verənlərə göstərənlərlə (pokazuxalarla)polemikaya dəyməz

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: